MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə131/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   127   128   129   130   131   132   133   134   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

19.4. Kapitalın dövriyyəsi
Sahibkar investisiya qoyuluşunu və kapitalın istehsala tətbiqini bir dəfə mənfəət əldə etmək üçün deyil, kapital də­yərinin fasiləsiz artırılması məqsədilə həyata keçirir. Bu istehsal fondlarının özünün hərəkət formasının - dövranı formasının nəticəsində mümkün olur. Kapitalın dövranı baş­ladığı həmin natural formada başa çatır və deməli, onu hey təkrarlamaq mümkündür.
Fasiləsiz davam edən kimi nəzərdən keçirilən sənaye kapitalının (istehsal fondlarının) dövranı onun dövriyyə­sini təşkil edir. Kapitalın dövriyyəsi avanslaşdırılmış kapi­talın dəyərə görə artmasını və ilkin natural formada geri qayıtmasını nəzərdə tutur.
Bu prosesin baş verdiyi zaman kəsiyi kapitalın dövriyyə vaxtı adlanır.
Dövriyyə müddəti kapital qoyulmuş sahənin xüsusiyyə­tindən asılıdır. Ağır sənayedə kapital bir qayda olaraq yün­gül sənayeyə nisbətən ləng dövr edir. Sahibkarların heç biri kapitalın nə qədər tez dövr etməsinə laqeyd deyil. Dövriyyə vaxtını azaltmaq üçün boş dayanma hallarını aradan qaldır­mağa imkan verən istehsalın səmərəli təşkili istiqamətində tədbirlər görülür. Taxtanın qurudulması, məmulatın rənglən­məsi və qurudulması, kimyəvi reaksiyaların həyata keçirilməsi və s. kimi istehsal proseslərini sürətləndirməyə imkan verən texnoloji yeniliklər böyük rol oynayır. Dövriyyə vaxtının azaldılması həmçinin maddi-texniki təminatın operativliyin­dən, məhsulun daşınma və bazarda satılma sürətindən asılıdır.
Kapitalın dövriyyə müddətini hər hansı şərti qəbul edil­miş vahidlə, məsələn, illə müqayisə etsək, kapitalın il ərzin­də etdiyi dövrlərin sayı barədə müəyyən təsəvvür əldə etmək olar. Bu göstərici kapitalın dövriyyə sürətini səciyyələndirə­cək. Məsələn, kapitalın dövriyyə müddəti 4 ay olarsa, döv­riyyə sürəti ildə 3 dövr olacaq.
istehsal fondlarının müxtəlif elementləri eyni sürətlə dövr etmir. Bu baxımdan məhsuldar kapitalı əsas və dövriy­yə kapitallarına (əsas və dövriyyə fondları) bölürlər.
19.5. İnvestisiya layihələrinin qiymətləndirilməsi. Diskontlaşdırma

İnvestisiya qoyuluşlarında müxtəlif vaxtlarda ortaya çı­xan xərcləri və gəlirləri (qazancları) müqayisə etmək lazım­dır. Layihənin həyata keçirilməsinə xərclər müəyyən vaxt aparır, gəlirlər isə, adətən xərclər həyata keçirildikdən sonra meydana gəlir. Buna görə də zaman kəsiyində pulun dəyəri anlayışından söhbət açılır. Bu o deməkdir ki, əvvəlcədən xərclənmiş rubl, sonradan xərclənmiş rubldan bahadır.


Pulun cari və gələcək qiymətini ölçmək üçün tətbiq olu­nan texniki üsul diskontlaşdırma adlanır.
Diskontlaşdırma mürəkkəb faizlərin hesablanmasının əks prosesidir.
Gələcək dəyəri hesablamanı apardığımız illərin sayı qədər dəfəyə (1+faiz dərəcəsi) bölməklə cari dəyəri tapırıq:

Göstəricilər

Hesablamaq üçün düsturlar

İllik amortiziasiya

Əsas kapital r Xidmət müddəti

Amortizasiya norması

N = r-1 ; x 100%
a Əsas kapital

Amortizasiya fondu

F =A x t, burada t- faktik xidmət müddətidir
a r

Kapital verimi (fond verimi)

İllik məhsul
K = •
Əsas kapital + Dövriyyə kapitalı

Əməyin kapitalla təminatlığı

Əsas kapital K Əmək resurslarının miqdarı L

Kapitalın son hədd məhsulu natural ifadədə

AP
MP*= AK *
Burada AP - məhsulun natural ifadədə artımıdır;
AK - fiziki ifadədə kapital vahidinin artımıdır

Hədd məhsulu pulla ifadədə

ATP
MRT>= AK '
Burada ATP = AP x hazır məhsul vahidinin qiyməti

FV
PV= 77

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin