19.4. Kapitalın dövriyyəsi
Sahibkar investisiya qoyuluşunu və kapitalın istehsala tətbiqini bir dəfə mənfəət əldə etmək üçün deyil, kapital dəyərinin fasiləsiz artırılması məqsədilə həyata keçirir. Bu istehsal fondlarının özünün hərəkət formasının - dövranı formasının nəticəsində mümkün olur. Kapitalın dövranı başladığı həmin natural formada başa çatır və deməli, onu hey təkrarlamaq mümkündür.
Fasiləsiz davam edən kimi nəzərdən keçirilən sənaye kapitalının (istehsal fondlarının) dövranı onun dövriyyəsini təşkil edir. Kapitalın dövriyyəsi avanslaşdırılmış kapitalın dəyərə görə artmasını və ilkin natural formada geri qayıtmasını nəzərdə tutur.
Bu prosesin baş verdiyi zaman kəsiyi kapitalın dövriyyə vaxtı adlanır.
Dövriyyə müddəti kapital qoyulmuş sahənin xüsusiyyətindən asılıdır. Ağır sənayedə kapital bir qayda olaraq yüngül sənayeyə nisbətən ləng dövr edir. Sahibkarların heç biri kapitalın nə qədər tez dövr etməsinə laqeyd deyil. Dövriyyə vaxtını azaltmaq üçün boş dayanma hallarını aradan qaldırmağa imkan verən istehsalın səmərəli təşkili istiqamətində tədbirlər görülür. Taxtanın qurudulması, məmulatın rənglənməsi və qurudulması, kimyəvi reaksiyaların həyata keçirilməsi və s. kimi istehsal proseslərini sürətləndirməyə imkan verən texnoloji yeniliklər böyük rol oynayır. Dövriyyə vaxtının azaldılması həmçinin maddi-texniki təminatın operativliyindən, məhsulun daşınma və bazarda satılma sürətindən asılıdır.
Kapitalın dövriyyə müddətini hər hansı şərti qəbul edilmiş vahidlə, məsələn, illə müqayisə etsək, kapitalın il ərzində etdiyi dövrlərin sayı barədə müəyyən təsəvvür əldə etmək olar. Bu göstərici kapitalın dövriyyə sürətini səciyyələndirəcək. Məsələn, kapitalın dövriyyə müddəti 4 ay olarsa, dövriyyə sürəti ildə 3 dövr olacaq.
istehsal fondlarının müxtəlif elementləri eyni sürətlə dövr etmir. Bu baxımdan məhsuldar kapitalı əsas və dövriyyə kapitallarına (əsas və dövriyyə fondları) bölürlər.
19.5. İnvestisiya layihələrinin qiymətləndirilməsi. Diskontlaşdırma
İnvestisiya qoyuluşlarında müxtəlif vaxtlarda ortaya çıxan xərcləri və gəlirləri (qazancları) müqayisə etmək lazımdır. Layihənin həyata keçirilməsinə xərclər müəyyən vaxt aparır, gəlirlər isə, adətən xərclər həyata keçirildikdən sonra meydana gəlir. Buna görə də zaman kəsiyində pulun dəyəri anlayışından söhbət açılır. Bu o deməkdir ki, əvvəlcədən xərclənmiş rubl, sonradan xərclənmiş rubldan bahadır.
Pulun cari və gələcək qiymətini ölçmək üçün tətbiq olunan texniki üsul diskontlaşdırma adlanır.
Diskontlaşdırma mürəkkəb faizlərin hesablanmasının əks prosesidir.
Gələcək dəyəri hesablamanı apardığımız illərin sayı qədər dəfəyə (1+faiz dərəcəsi) bölməklə cari dəyəri tapırıq:
Göstəricilər
|
Hesablamaq üçün düsturlar
|
İllik amortiziasiya
|
Əsas kapital r Xidmət müddəti
|
Amortizasiya norması
|
N = r-1 ; x 100%
a Əsas kapital
|
Amortizasiya fondu
|
F =A x t, burada t- faktik xidmət müddətidir
a r
|
Kapital verimi (fond verimi)
|
İllik məhsul
K = •
Əsas kapital + Dövriyyə kapitalı
|
Əməyin kapitalla təminatlığı
|
Əsas kapital K Əmək resurslarının miqdarı L
|
Kapitalın son hədd məhsulu natural ifadədə
|
AP
MP*= AK *
Burada AP - məhsulun natural ifadədə artımıdır;
AK - fiziki ifadədə kapital vahidinin artımıdır
|
Hədd məhsulu pulla ifadədə
|
ATP
MRT>= AK '
Burada ATP = AP x hazır məhsul vahidinin qiyməti
|
FV
PV= 77’
Dostları ilə paylaş: |