Dövriyyə kapitalı. Dövriyyə kapitalının maddi-əşyavi daşıyıcıları istehsal prosesində fəaliyyət göstərən əmək cisimləri (xammal, materiallar, yanacaq) və iş qüvvəsidir.
Əmək cisimləri bir istehsal tsiklinin gedişində öz natural formaları üzrə tam sərf olunur və öz dəyərlərini tam şəkildə hazır məhsul üzərinə keçirirlər. Məhsul satılandan sonra əmək cisimlərinin dəyəri kapitalın hər dövriyyəsində pul şəklində sahibkara qayıdır. Sonra növbəti istehsal tsiklini təmin etmək üçün əmək cisimlərinin natural forma üzrə ödənilməsi baş verir. Bir dövriyyə prosesində tam işlədilən az-
qiymətli əmək vasitələri (kiçik alətlər) də eyni cür dövr edirlər. Əmək vasitələrinin belə elementləri də dövriyyə kapitalına aid edilə bilərlər.
İş qüvvəsi istehsal prosesində öz dəyərini məhsula nə o saat, nə də tədricən keçirmir. O, yeni dəyər yaradır. Lakin dövr etməsinə görə dəyişən kapital dövriyyə kapitalından fərqlənmir. Bir istehsal tsiklinin gedişində təkrar istehsal edilmiş iş qüvvəsi dəyəri əmtəə satılandan sonra pul şəklində sahibkara qayıdır və növbəti istehsal tsiklində iş qüvvəsinin muzdla alınması üçün istifadə oluna bilər.
Qeyd etmək lazımdır ki, məhsuldar kapitala; həm əsas, həm də dövriyyə kapitalına yalnız istehsal prosesində real iştirak edən maddi ünsürləri və iş qüvvəsi aiddir. Materialın, komplektləşdirici məmulatların, avadanlığın alınıb ehtiyatda saxlanılması kimi hadisə təsərrüfatın səmərəli aparılması təcrübəsi ilə bir araya sığmır və kapitalın təsərrüfat fəaliyyətindən çıxarılmasına, onun dövr etmə sürətinin azaldılmasına aparır. Gününə və saatına qədər dəqiqliklə çatdırmaya təminat verən müqavilə əlaqələrinin yayılması müasir müəssisəyə işi minimum xammal və material ehtiyyatı ilə * təkər üstə» qurmağa imkan verir.
Kapitalın istehlakı prosesini və ondan istifadənin səmərəliliyini aşağıdakı göstəricilərin hesablanması yolu ilə rəqəmlərlə səciyyələndirmək olar (səh. 435-dəki cədvələ bax).
19.3. Müəssisənin investisiya resurslarının hərəkəti: kapitalın dövranı Kapitalın istehsalı təşkil etmək və investisiyalar qoymaq üçün zəruri olan elementlərinə əsaslı və ya investisiya resursları (əmtəələri) deyilir. Sahibkar investisiya resurslarını istehsal amilləri bazarından alır.
Sovet və Rusiya iqtisadi ədəbiyyatında investisiya resurslarına çox vaxt müəssisənin istehsal fondları deyilirdi, K.Marksm «Kapital»ında istehsal fondları sənaye kapitalının mövcudluq və hərəkət forması kimi təhlil olunur.
Bütün iqtisadi məktəblər vurğulayırlar ki, kapital hərəkətsiz mümkün deyil, bu hərəkət özünəməxsus tsiklik xarakter daşıyır, bu hərəkətin mənası və məqsədi özü-özünə artma, yəni mənfəət gətirməkdədir. Kapitalın hərəkətinin ən dolğun və ardıcıl təhlilini K.Marks vermişdir.
öz hərəkətini kapital iki sahədə - istehsalda və tədavüldə - həyata keçirir və üç mərhələdən ibarət olur:
/İv mərhələ PƏ< ^
mərhələ ,.JP... mərhələ ...Ə -P'
Burada P - pul vəsaitləri;
Ə - əmtəə;
İV - istehsal vasitələri;
İQ - iş qüvvəsi;
...İP...- istehsal prosesi;
Ə' - ticarət məhsulu;
P' - məhsul satışından əldə olunan pul.
Mərhələlərin hər birini diqqətlə nəzərdən keçirək. İstənilən sənaye kapitalının hərəkəti mütləq pul formasından başlayır: pul kapital elementlərini və iş qüvvəsini almaq üçün zəruridir, özü də bu zaman pullar tam xərclənmir, avans edilir. Yəni sahibkar gözləyir ki, investisiya məbləğini özünə qaytaracaq və müəyyən qədər mənfəət əldə edəcək. Kapitalın hərəkəti tədavül sahəsində baş verir, amma bu zaman əmtəə istehsalı şəraitinin və avanslaşdırılmış dəyərin artma şərtlərinin əsası qoyulur. Birinci mərhələnin sonunda pul kapitalın məhsuldar kapitalın elementlərinə çevrilir.
İkinci mərhələ istehsal sahəsində baş verir. Burada istehsal vasitələri və muzdlu iş qüvvəsinin birləşməsi baş verir.
İnvestisiyanın növləri Kapitalın məhsuldar formasının funksiyası istifadə olunan istehsal amillərinin dəyərindən artıq dəyərə malik əmtəə kütləsi yaratmaqdır. Dövranın ikinci mərhələsindən üçüncü mərhələsinə keçəndə kapital məhsuldar formasından əmtəə formasına çevrilir. Üçüncü mərhələ əmtəə məhsulunun satışı ilə bağlıdır və tədavül sahəsində gedir. Özü də nəticədə kapital yenidən ilkin pul formasına qayıdır, lakin onun həcmi avans edilmiş məbləğlə müqayisədə artmış olur. Kapitalın əmtəə formasının funksiyası yalnız əmtəənin satışında deyil, onlardakı dəyərin qaytarılması və gözlənilən mənfəətin əldə olunmasmdadır.
Kapitalın hərəkəti funksional formaların üç hərəkət mərhələsinə müvafiq olan pul, məhsuldar və əmtəənin ardıcıl növbələşməsi ilə müşayiət olunur. Bu zaman üçüncü mərhələnin sonunda sənaye kapitalı öz ilkin natural formasına qayıdır, yəni hərəkət spesifik dövran şəkli alır:
Kapital dövriyyəsi ilkin avanslaşdırılmış dəyərin artırılması məqsədilə investisiya resurslarını onların natural və dəyər formalarında əhatələyir.
Iv
...İP...ə' -P İQ
Kapital dövranının təhlili sənaye kapitalının tərifini konkretləşdirməyə imkan verir.
Sənaye kapitalı dövriyyənin gedişində ardıcıl olaraq üç funksional formanı dəyişən və bu formalara müvafiq funksiyaları yerinə yetirən kapitaldar.
Hərəkətdə fasilələrə yol verməmək üçün sahibkar kapitalın bir qismini daim pul ehtiyyatı şəklində, ikinci qismini bazarda satış mərhələsini keçən əmtəə məhsulu şəklində saxlamalıdır. Buna görə də sənaye kapitalı yalnız ardıcıl olaraq funksional formalarını dəyişmir, həm də eyni zamanda hər üç formada mövcud olur. Bu zaman hər üç kapital forması öz dövriyyəsini edir bi, bunu da aşağıdakı düsturlar şəklində göstərmək olar:
ytV
P~Ə\ ...İP...Ə1 -P'(kapitalın pul funksional formasında dövranı)
ytV
...Ə1-P' - ...İP"(kapitalın məhsuldar funksional formasında dövranı)
/IV
Ə' -P' - Ə\ . -İP-Ə"(kapitalın əmtəə funksional formasında dövranı)