MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə129/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   125   126   127   128   129   130   131   132   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

19.2. Əsas və dövriyyə kapitalı


Əsas kapital. Əsas kapitalın maddi-əşyavi daşıyıcıları bir qayda olaraq əmək vasitələri: istehsalat binaları, maşınlar, avadanlıqlardır. Əmək vasitələri bütövlüklə istehsal prose­sində iştirak edirlər, lakin onların dəyərləri məhsul üzərinə hissə-hissə, aşındıqca keçir. Əsas kapitalın dövriyyəsinin xüsusiyyətləri bununla müəyyənləşir. Dövretmənin gedişin­də sanki onların dəyərinin bölünməsi baş verir. Məhsul üzə­rinə keçmiş bir həssə dövriyyə prosesinə girir, dövriyyəni başa vurur və əmtəə satıldıqdan sonra pul şəklində sahibkara qayıdır. Bu hissə toplanaraq əsas kapitalın əvəzlənməsi fon­dunu və ya amortizasiya fondunu təşkil edir.
Digər hissə istehsal prosesində fəaliyyətini davam etdirən əmək vasitələrinin qalıq dəyəri formasında mövcuddur. Aşındıqca və amortizasiya olduqca qalıq dəyər azalır, əvəzlə- mə fondu isə artır. Əsas kapitalın dövriyyəsi onun dəyərinin bütün hissələri öz dövretmələrini başa vurub sahibkara pul formasında qayıtdıqda başa çatdıracaq və bu da sahibkara köhnəlib sıradan çıxmışların yerinə yeni avadanlıq almağa, yeni zavod tikməyə imkan verəcək. Başqa sözlə, kapitalın bütün hissələri öz ilkin natural formalarına qayıdacaq və də­yərinə görə tam dövriyyəsini başa çatdıracaqlar.
ETİ şəraitində kəskinləşmiş rəqabət sahibkarları əsas fondları onlann fiziki aşınma müddəti başa çatmazdan əvvəl yeniləşdirməyə məcbur edir. Avadanlığın artan mənəvi aşın­ma təhlükəsi sürətləndirilmiş amortizasiya praktikasının yayılmasını şərtləndirmişdir ki, bu da 3-5 ilə əsas kapitalın əvəzlənmə fondunu formalaşdırmağa imkan verir. Bu amor­tizasiya fonduna yalnız əsas kapitalın dəyərinin fiziki aşın­ma ilə bağlı məhsula real olaraq əlavə olunan bir hissəsinin deyil, həm də mənfəətin bir qisminin də əlavə olunması nəti­cəsində mümkün olur. Bu kimi təcrübə mənfəətin vergi qo­yulan məbləğini azaltmağa, əsas kapitalın mənəvi aşınması və qiymətdən düşməsi təhlükəsindən qaçmağa, istehsalın sonrakı inkişafı və yeniləşdirilməsi üçün zəruri əhəmiyyətli özünümaliyyələşdirmə resursları yaratmağa imkan verir. Bir çox ölkələrdə sürətləndirilmiş amortizasiya əsas istehsal fondlarının yeniləşdirilməsi məqsədilə dövlət tərəfindən hə­vəsləndirilir.
XX əsrin 90-cı illərində əsas fondların intensiv köhnəlməsi müşahidə olunurdu. Sənayedə əsas fondların aşınma əmsalı (onların ümumi dəyərinin faizilə) 80-ci illərdəki 36%-dən 1995-ci ildə 48,5% -ə qədər artdı. Bir çox sahələrdə 1996- cı ildə aşınma əmsalı daha yüksək idi:
neftçıxarma sənayesində

  • 61%, kimya və neft-kimya - 59,7%, yanacaq sənayesində

  • 52,6%. Sənayedə istehsal avadanlığının orta yaşı 1970-ci ildə 8,42 il, 1996-cı ildə isə artıq 14,9 il olmuşdu. 1970-ci ildə avadanlığın 30%-inin orta yaşı 10 ildən çox olduğu halda, 1996-cı ildə 64,3% olmuşdu. Yaşı 5 ildən az olan avadanlığa gəldikdə isə 1996-cı ildə onun payı cəmi 8,7% idi, halbuki 1970-ci ildə onun payı 40,8% təşkil edirdi.

Əsas fondların təzələnmə əmsalı (yeni istifadəyə verilən fondların əsas fondların ümumi dəyərinə faiz nisbəti) 1990- cı ildəki 6,0%-dən 1996-cı ildə 1,5%-ə enmişdi. Sıradan çıx­ma əmsalı da (ləğv olunan əsas fondların onların ümumi dəyərinə faiz nisbəti) 1996-cı ildə 1,5% təşkil etmişdi. Bu isə

  1. deməkdir ki, yeni fondlar hesabına ölkənin əsas fondları güclə əvvəlki səviyyədə saxlanılırdı1.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin