MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə130/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   126   127   128   129   130   131   132   133   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Dövriyyə kapitalı. Dövriyyə kapitalının maddi-əşyavi da­şıyıcıları istehsal prosesində fəaliyyət göstərən əmək cisim­ləri (xammal, materiallar, yanacaq) və iş qüvvəsidir.
Əmək cisimləri bir istehsal tsiklinin gedişində öz natural formaları üzrə tam sərf olunur və öz dəyərlərini tam şəkildə hazır məhsul üzərinə keçirirlər. Məhsul satılandan sonra əmək cisimlərinin dəyəri kapitalın hər dövriyyəsində pul şəklində sahibkara qayıdır. Sonra növbəti istehsal tsiklini təmin etmək üçün əmək cisimlərinin natural forma üzrə ödə­nilməsi baş verir. Bir dövriyyə prosesində tam işlədilən az-
qiymətli əmək vasitələri (kiçik alətlər) də eyni cür dövr edir­lər. Əmək vasitələrinin belə elementləri də dövriyyə kapi­talına aid edilə bilərlər.
İş qüvvəsi istehsal prosesində öz dəyərini məhsula nə o saat, nə də tədricən keçirmir. O, yeni dəyər yaradır. Lakin dövr etməsinə görə dəyişən kapital dövriyyə kapitalından fərqlənmir. Bir istehsal tsiklinin gedişində təkrar istehsal edilmiş iş qüvvəsi dəyəri əmtəə satılandan sonra pul şəklində sahibkara qayıdır və növbəti istehsal tsiklində iş qüvvəsinin muzdla alınması üçün istifadə oluna bilər.
Qeyd etmək lazımdır ki, məhsuldar kapitala; həm əsas, həm də dövriyyə kapitalına yalnız istehsal prosesində real iştirak edən maddi ünsürləri və iş qüvvəsi aiddir. Materia­lın, komplektləşdirici məmulatların, avadanlığın alınıb ehti­yatda saxlanılması kimi hadisə təsərrüfatın səmərəli aparılması təcrübəsi ilə bir araya sığmır və kapitalın təsər­rüfat fəaliyyətindən çıxarılmasına, onun dövr etmə sürətinin azaldılmasına aparır. Gününə və saatına qədər dəqiqliklə çat­dırmaya təminat verən müqavilə əlaqələrinin yayılması müa­sir müəssisəyə işi minimum xammal və material ehtiyyatı ilə * təkər üstə» qurmağa imkan verir.
Kapitalın istehlakı prosesini və ondan istifadənin səmə­rəliliyini aşağıdakı göstəricilərin hesablanması yolu ilə rə­qəmlərlə səciyyələndirmək olar (səh. 435-dəki cədvələ bax).


19.3. Müəssisənin investisiya resurslarının hərəkəti: kapitalın dövranı
Kapitalın istehsalı təşkil etmək və investisiyalar qoymaq üçün zəruri olan elementlərinə əsaslı və ya investisiya re­sursları (əmtəələri) deyilir. Sahibkar investisiya resurslarını istehsal amilləri bazarından alır.
Sovet və Rusiya iqtisadi ədəbiyyatında investisiya resurs­larına çox vaxt müəssisənin istehsal fondları deyilirdi, K.Marksm «Kapital»ında istehsal fondları sənaye kapitalı­nın mövcudluq və hərəkət forması kimi təhlil olunur.
Bütün iqtisadi məktəblər vurğulayırlar ki, kapital hərə­kətsiz mümkün deyil, bu hərəkət özünəməxsus tsiklik xa­rakter daşıyır, bu hərəkətin mənası və məqsədi özü-özünə artma, yəni mənfəət gətirməkdədir. Kapitalın hərəkətinin ən dolğun və ardıcıl təhlilini K.Marks vermişdir.
öz hərəkətini kapital iki sahədə - istehsalda və tədavüldə - həyata keçirir və üç mərhələdən ibarət olur:
/İv
mərhələ PƏ< ^
mərhələ ,.JP...
mərhələ ...Ə -P'
Burada P - pul vəsaitləri;
Ə - əmtəə;
İV - istehsal vasitələri;
İQ - iş qüvvəsi;
...İP...- istehsal prosesi;
Ə' - ticarət məhsulu;
P' - məhsul satışından əldə olunan pul.
Mərhələlərin hər birini diqqətlə nəzərdən keçirək. İstəni­lən sənaye kapitalının hərəkəti mütləq pul formasından baş­layır: pul kapital elementlərini və iş qüvvəsini almaq üçün zəruridir, özü də bu zaman pullar tam xərclənmir, avans edilir. Yəni sahibkar gözləyir ki, investisiya məbləğini özünə qaytaracaq və müəyyən qədər mənfəət əldə edəcək. Kapitalın hərəkəti tədavül sahəsində baş verir, amma bu zaman əmtəə istehsalı şəraitinin və avanslaşdırılmış dəyərin artma şərtlə­rinin əsası qoyulur. Birinci mərhələnin sonunda pul kapita­lın məhsuldar kapitalın elementlərinə çevrilir.
İkinci mərhələ istehsal sahəsində baş verir. Burada isteh­sal vasitələri və muzdlu iş qüvvəsinin birləşməsi baş verir.



İnvestisiyanın növləri
Kapitalın məhsuldar formasının funksiyası istifadə olunan istehsal amillərinin dəyərindən artıq dəyərə malik əmtəə kütləsi yaratmaqdır.
Dövranın ikinci mərhələsindən üçüncü mərhələsinə ke­çəndə kapital məhsuldar formasından əmtəə formasına çev­rilir. Üçüncü mərhələ əmtəə məhsulunun satışı ilə bağlıdır və tədavül sahəsində gedir.
Özü də nəticədə kapital yenidən ilkin pul formasına qa­yıdır, lakin onun həcmi avans edilmiş məbləğlə müqayisədə artmış olur. Kapitalın əmtəə formasının funksiyası yalnız əmtəənin satışında deyil, onlardakı dəyərin qaytarılması və gözlənilən mənfəətin əldə olunmasmdadır.
Kapitalın hərəkəti funksional formaların üç hərəkət mər­hələsinə müvafiq olan pul, məhsuldar və əmtəənin ardıcıl növbələşməsi ilə müşayiət olunur. Bu zaman üçüncü mərhə­lənin sonunda sənaye kapitalı öz ilkin natural formasına qa­yıdır, yəni hərəkət spesifik dövran şəkli alır:
Kapital dövriyyəsi ilkin avanslaşdırılmış dəyərin artırıl­ması məqsədilə investisiya resurslarını onların natural və dəyər formalarında əhatələyir.
Iv
...İP...ə' -P
İQ
Kapital dövranının təhlili sənaye kapitalının tərifini kon­kretləşdirməyə imkan verir.
Sənaye kapitalı dövriyyənin gedişində ardıcıl olaraq üç funksional formanı dəyişən və bu formalara müvafiq funk­siyaları yerinə yetirən kapitaldar.
Hərəkətdə fasilələrə yol verməmək üçün sahibkar kapita­lın bir qismini daim pul ehtiyyatı şəklində, ikinci qismini bazarda satış mərhələsini keçən əmtəə məhsulu şəklində saxlamalıdır. Buna görə də sənaye kapitalı yalnız ardıcıl ola­raq funksional formalarını dəyişmir, həm də eyni zamanda hər üç formada mövcud olur. Bu zaman hər üç kapital for­ması öz dövriyyəsini edir bi, bunu da aşağıdakı düsturlar şəklində göstərmək olar:
ytV
P~Ə\ ...İP...Ə1 -P' (kapitalın pul funksional formasında dövranı)
ytV
...Ə1 -P' - ...İP" (kapitalın məhsuldar funksional formasında dövranı)
/IV
Ə' -P' - Ə\ . -İP-Ə" (kapitalın əmtəə funksional formasında dövranı)

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin