İnvestisiyaların müxtəlif istehsalat və sahə növləri üzrə resursların bölgüsünü səciyyələndirən sahə (istehsal) quruluşu mühüm əhəmiyyətə malikdir. Bu halda müəssisənin investisiyaları həm bir sahədə cəmlənə, həm də diversifikasiya edilmiş, yəni sahələrin geniş spektrini əhatələyə bilərlər.
İnvestisiyaların təkrar istehsal quruluşu ümumi və xalis kapital qoyuluşları, yeni tikiliş və bərpa, istehsalın yenidən təchiz edilməsi arasında nisbəti göstərir.
İnvestisiyaların texnoloji quruluşunapassiv və aktiv elementlər daxildir. Passiv elementlərə yeni istehsalat binalarının, kommunikasiyaların, yolların və s. tikintisinə çəkilən xərclər daxildir. Aktiv investisiyalar bütün növ avadanlıqların alınmasını nəzərdə tutur.
Başa çatdırılmamış və başa çatdırılmış tikintilər arasındakı nisbətinvestisiyaların vacib quruluş xarakteristikasıdır. investisiyaların həcmində ebaşa çatdırılmamışlar»ın payı nə qədər az olsa, investisiya vəsaitləri bir o qədər səmərəli istifadə olunur.
Əslində, yalnız kapitalın fiziki elementlərinə qoyuluşlar investisiyalara aiddir. Bununla belə, ədəbiyyatda və gündəlik həyatda qiymətli kağızlara investisiyalar anlayışı kök salmışdır. Bu kimi söz birləşmələrinin iqtisadi məzmunu yoxdur, çünki qiymətli kağızlar özü-özlüyündə kapital deyil, onlar əmtəə və xidmətlər istehsalında bilavasitə iştirak etmirlər. Qiymətli kağızlar yalnız kapitala mülkiyyətin özünəməxsus «titulu odur, bu da K.Marksa onları fiktiv kapital adlandırmağa əsas vermişdi. « Qiymətli kağızlara investisiyalar o ifadəsi iqtisadi cəhətdən nə qədər mənasız olsa da, onun geniş yayılmasından çıxış edən iqtisadçılar «maliyyə investisiyaları * məfhumunu yaratmışlar. Maliyyə investisiyaları vəsaitlərin səhmlərə, istiqrazlara, müxtəlif növ sertifikatlara, bonlara və s. qoyulmasını bildirir. Maliyyə investisiyalarını real investisiyalardanfərqləndirmək lazımdır: sonuncular ya yeni kapitalın yaradılmasını, ya da mövcud kapitala xalis əlavələri nəzərdə tutur.
İnvestisiyaların növləri müxtəlif meyarlar üzrə fərqləndirilirlər ki, bunlar arasında da ən mühümləri kapitalın qoyuluş istiqaməti, reallaşdırma forması, riskin dərəcəsi, investisiya tsiklinin müddətidir (səh. 429-dakı şəklə bax).
Firmanın investisiya aktivliyini investisiyaların dinamikasından görmək olar.
Firmanın investisiya cəlbediciliyi xərcini ödəmə müddəti ilə səciyyələndirilə bilər:
__ , , . Zəruri investisiyalar Xərcini ödəmə müddəti — —77777 :—, ..rr,7—7— İllik amortızasıya+ıllık mənfəət Bütün fəaliyyəti müddətində sahibkar həcmi, xarakteri və mənbələri fəaliyyət dövründən asılı olan investisiyalar qoymalı olur.
Sahibkar biznesi təşkil etmək üçün onun ilkin mərhələsində ilkin kapital qoyuluşu etmək lazım gəlir. İlkin kapitaldan və istehsalın ilkin mərhələsində cari xərclərdən ibarət olan start kapitalı fərqləndirilir. İlkin start kapitalı müəssisənin qeydiyyata alınmasına, bank hesabının açılmasına, binanın və ya onun icarə hüququnun alınmasına, maşınlar, avadanlıqlar, cihazlar, patentlər, lisenziyaların alınmasına xərclənir.
Cari xərclərə xammal və materialların alınması, icarə haqqı, əmək haqqı, sosial fondlara ayırmalar və s. daxildir.
İnvestisiyaların təhlili zamanı onların maliyyələşdirmə mənbəyi məsələsi ortaya çıxır. Kapital həcminin artırılması birinci növbədə özünümaliyyələşdirmə, yəni müəssisənin öz vəsaitləri (mənfəətlər, amortizasiya fondu) hesabına əldə olunur, özünümaliyyələşdirmə bütün investisiyaların orta hesabla 60-70% təşkil edir, öz vəsaitlərindən başqa borc götürülmüş vəsaitlər də cəlb oluna bilər. Bu zaman bank, dövlət, xarici kreditlər böyük rol oynayırlar. İnvestisiya üçün vəsaitin bir qismi səhmlər və istiqrazlar buraxılması hesabına əldə oluna bilər.