MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə132/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   128   129   130   131   132   133   134   135   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

(1 + R)n
Burada PV - cari dəyər;
FV - gələcək dəyər;
R - faiz dərəcəsi;
N - illərin sayıdır.
Diskontlaşdırma faiz dərəcəsindən istifadəyə əsaslanır. Maliyyə təhlili zamanı diskont dərəcəsi kimi (diskontlaşdır- ma üçün faiz dərəcəsi) firmanın borca maliyyə vəsaiti ala bi­ləcəyi tipik faiz götürülür.
İstənilən əsaslı əmtəənin (dəzgahın) ilkin dəyərinin dis- kontlaşdırılmasının necə müəyyənləşdirildiyini konkret misalda nəzərdən keçirək. Deyək ki, sahibkar dəzgah alıb ondan üç il istifadə edərək 6500 dollar gəlir əldə etmək istə­yir; özü də gəlir belə bölünür: birinci istismar ili - 1500 dol­lar, ikinci il - 3000 dollar, üçüncü il isə - 2000 dol-lar. Məlumdur ki, faiz dərəcəsi 8% -dir. Bu halda diskontlaşdırıl- mış dəyər belə olacaq:
PV=1500/(1+0,08)+[3000/(1+0,08)]2 +[2000/(1+0,08)]® = 5540,3 dollar.
Bu o deməkdir ki, sahibkar dəzgaha 5540,3 dollar vermə­lidir ki, üç il ondan istifadə etdikdən sonra 6500 dollar gə­lir əldə etsin.
Beləliklə, diskontlaşdırma gələcək gəlirlərin cari (bugün­kü) dəyərini müəyyənləşdirmək məqsədilə gəlir (mənfəət) və xərc axınlarının diskont dərəcəsi əsasında bir araya gətiril­məsidir.
Diskontlaşdırılmış dəyərin müəyyənləşdirilməsi sahibka­rın investisiya qərarları qəbul etməsi üçün böyük əhəmiyyət kəsb edir.
investisiya onlarla bağlı gözlənilən gəlirlər xərclərdən yüksək olduğu təqdirdə zəruridir.
Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın böhrandan çıxarılması yalnız investisiyalar əsasında mümkündür, in­vestisiya fəallığı birinci növbədə həm kapital qoyuluşunun artırılması, həm də qoyulan vəsaitin veriminin sürətləndi­rilməsi və səmərəliliyin artırılması imkanı geniş olan işləyən müəssisələrdə artmalıdır.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin