MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə122/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   118   119   120   121   122   123   124   125   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Kapital xidməti bazan. Kapital xidməti bazarında icarə olunan avadanlığa tələbə qarşı onun təklifi durur. Bu zaman ayrıca götürülmüş firma tərəfindən tələb və təklifdən bazar tələb və təklifini fərqləndirmək lazımdır. Həm icarəçi firma, həm də mülkiyyətçi firma bazarda səmərəli davranış prinsipi­ni əldə rəhbər tuturlar: onlar icarəyə götürülən (verilən) tex­nikanın miqdannı əlavə avadanlıq vahidinin icarəsinin son hədd xərcləri ilə onlardan istifadənin son hədd gəliri bəra- bərləşənə qədər (MRC-MRP) artırmaqda davam edəcəklər.
Təkmil rəqabət qabiliyyətli icarəçi firma üçün onun avadanlığa tələbi kapital xidmətlərindən son hədd gəliri ilə müəyyənləşəcək və bazarın renta ödənişləri dərəcələrindən tərs mütənasib asılılıqda olacaq. Bununla da tələb əyrisi enən səciyyəli olacaq. Bununla belə, firma təkmil elastik təkliflə üzləşir, çünki mövcud i bazar dərəcəsində o, bazardan istə­nilən miqdarda onu maraqlandıran kapital xidməti ala bilər. Təklif əyrisi X oxundan renta ödənişlərinin bazar dərəcəsi vahidi qədər aralıda olan üfüqi xətt şəklində olacaq. Təklif və tələb əyrilərinin kəsişməsi avadanlıq icarəçisi firmanın tarazlığını səciyyələndirir (şəkil 23.2).



Qeyri-təkmil rəqabət şəraitində ayrıca firmaya qarşı duran təklif əyrisi yüksələn səciyyəli olacaq.


Uzunmüddətli dövrdə bazar üçün bütövlükdə kapital xidmətlərinin tələb və təklif əyriləri müvafiq olaraq enən və yüksələn səciyyəli olur. Qısamüddətli dövrdə müəyyən növ kapital xidmətinin məcmu təklifi tamamilə qeyri-elastik olacaq və qrafikdə şaquli əks olunacaq, çünki konkret mə­qamda müəyyən miqdarda konkret avadanlıq növü mövcud­dur. Həmin avadanlığın icarəsi üçün renta ödənişinin taraz­lıq dərəcəsi həmin kapital xidməti növünə olan tələb və tək­lif əyrilərinin kəsişmə nöqtəsi ilə müəyyənləşir.
Təkmil rəqabət şəraitində avadanlığı icarəyə verən mül­kiyyətçinin tələb əyrisi üfüqi olacaq, yəni bazar həmin fir­manın təklif etdiyi istənilən miqdarda kapital xidmətlərini mövcud bazar dərəcəsi ilə qəbul etməyə hazırdır. Avadanlıq mülkiyyətçisi tərəfindən təklifi diqqətlə nəzərdən keçirək. Təklif əyrisi əlavə vaxt vahidi ərzində avadanlıqların icarəyə verilməsindən son hədd xərcləri əyrisi ilə eynidir. Bəs bu son hədd xərcləri nəyə bərabərdir?
Qısamüddətli dövrdə icarəyə verilən avadanlığın miqdarı dəyişmir. Buna görə də mövcud avadanlığın icarəyə verilməsi:
amortizasiya;
avadanlığa cari xidmətlə bağlı xərclər daxil olan son hədd xərcləri ilə bağlıdır.
Bu xərclər aşağıdakılarla şərtlənir: icarənin hər bir za­man kəsiyində avadanlıq köhnəlir və dəyərinin bir qismini itirir, həm də onu icarəyə verməyə hazırlamaq üçün təmir et­mək, nizamlamaq, daşımaq lazım olur.
Amortizasiya və cari xidmətin son hədd xərcləri praktik olaraq sabitdir və hər əlavə icarə günü eyni əlavə xərclərlə müşayiət olunur. Bu son hədd xərclərinin kəmiyyəti renta ödənişlərinin vaxta görə dərəcəsini təşkil edəcək. Buna görə də qısamüddətli dövrdə son hədd xərcləri əyrisi üfüqi olacaq və renta ödənişlərinin bazar dərəcəsinə bərabər olacaq. İca­rəyə vermək üçün nəzərdə tutulmuş avadanlığın həcmi qısa­müddətli dövrdə firmanın sərəncamında olan avadanlığın maksimum həddinə çatan kimi təklif əyrisi üfüqidən şaquli- yə çevriləcəkdir (şəkil 23.3).
Uzunmüddətli dövrdə firmanın əlavə avadanlıq alıb onu da icarəyə vermək imkanı var. Buna görə də təklif əyrisinin üfüqi hissəsi yuxarı qalxacaq, çünki son hədd xərclərinə üçüncü element də - avadanlıq alınması üçün daxili xərclər də daxildir. Sonuncular firmanın pulu banka qoymaq və ya





Şəkil 23.3. Qısamüddətli dövrdə təklif


başqa layihəyə investisiya etmək əvəzinə avadanlıq almaqla imtina etdiyi faiz dərəcəsinə bərabərdir. Təklif əyrisinin şa­quli hissəsinə gəldikdə isə o, yüksələnə çevrilir ki, bu da ren- ta ödənişlərinin bazar dərəcəsi cəlbedici olduqda, yəni artdıqda, əlavə avadanlıq alıb icarəyə vermək imkanı ilə bağlıdır (şəkil 23.4).


Şəkil 23.4. Uzunmüddətli dövrdə təklif




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin