MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Kapital bazarında qiymətin əmələ gəlməsi



Yüklə 1,26 Mb.
səhifə121/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   117   118   119   120   121   122   123   124   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

18.2. Kapital bazarında qiymətin əmələ gəlməsi
İstehsal amillərinin təbiətinin və onların təkrar istehsal prosesi və kapital yığımı prosesində rolunun dərk edilməsi üçün amilin, yaxud onun göstərdiyi xidmətlərin və istehsal funksiyasını yerinə yetirməyə qabil olan maddi daşıyıcı kimi amilin özünün funksiyasını fərqləndirmək lazımdır. Məsə­lən, istənilən dəzgah özü-özlüyündə müəyyən formada olan metaldır. Dəzgahın funksiyası xam materialı işləmək yolu ilə hər hansı bir məhsulu istehsal etməkdən ibarətdir. Kapi­tal daşıyıcısının öz funksiyasından (xidmətindən) belə ayrıl­ması gəlirin formalaşması və təcrid olunmasında böyük əhəmiyyət kəsb edir. Dəzgah sahibi özü ondan məhsuldar is­tifadə edə və bu fəaliyyətdən müntəzəm mənfəət əldə edə bi­lər. Dəzgahı satmaq da olar. Bu halda dəzgahın əvvəlki sahibi onun qiymətinə bərabər birdəfəlik gəlir əldə edər. Amma dəzgahdan istifadənin üçüncü yolu da var: kapitalın xid­mətlərini satmaq, yəni onu icarəyə vermək olar. Bu zaman gəlir müntəzəm renta ödənişi şəklində olacaq. Qeyd etmək lazımdır ki, son onilliklərdə istehsal vasitələrinin uzunmüd­dətli icarəsi və ya lizinq yalnız milli miqyasda deyil, beynəl­xalq miqyasda da get-gedə daha çox yayılır.
Yuxarıda deyilənlərin hamısı təbii ehtiyatlar üçün də doğrudur. Torpaq sahəsinin sahibi təsərrüfat işlərini özü apara (məhsul becərmək, meşə qırmaq, neft çıxarmaq və s.) və sahibkar gəliri əldə edə bilər. Lakin hələ uzaq keçmişdən torpaq sahəsinin sahibi olmaq hələ mülk sahibinin özünün mütləq orada işləməsini nəzərdə tutmayıb. Torpaq əsrlərdən bəri icarəyə verilib və sahibinə renta formasında gəlir gəti­rib. Digər tərəfdən, torpağı satmaq və sahibkar gəlirini tor­pağın satış qiyməti şəklində reallaşdırmaq olar.
Əmək bir amil kimi müəyyən qədər fərqlidir. Bu amilin adı özü-özlüyündə torpaq və kapitalda oluğu kimi maddi daşıyıcıya deyil, onun funksiyalarına aiddir. Əmək qabiliy­yətinin daşıyıcısı kimi insan çıxış edir. Quldarlıq dövründə insanla onun əməyi arasındakı fərq çox aşkar görünürdü. İnsanı (qulu) satmaq da, onun əmək funksiyasından istifadə etmək də olardı. Beləliklə, torpaqda və ya əmək vasitələrində heç bir prinsipial fərqi yox idi. Təsadüfi deyil ki, qulu «da­nışan alət* hesab edirdilər. Müasir dövrdə qul bazarı deyil, yalnız əmək (xidmətlər) bazarı mövcuddur. Buna görə də istehsalın şəxsi amili onun daşayıcısının adı ilə deyil, funk­siyasının adı ilə adlanır. Beləliklə, « əməyin qiyməti* ifadəsi insanın özünün deyil, əmək xidmətlərinin satışını səciyyə­ləndirir.
Aşağıda istehsal amilləri bazarında resursun özünün qiy­məti və onun istehsal xidmətləri qiyməti və ya renta arasında fərq nəzərə alınmaqla qiymətin əmələ gəlməsi xüsusiyyətləri nəzərdən keçiriləcək.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin