17.3. Təkmil rəqabət şəraitində əmək bazarında qiymətin formalaşması
Əmək bazarı və ya iş qüvvəsi bazarı üçün istehsal amilləri bazarları haqqında yuxarıda deyilənlərin ümumiyyətlə hamısı doğrudur. Bununla yanaşı, hər şeydən əvvəl əmək təklifinə aid bəzi xüsusiyyətləri qeyd etmək lazımdır. Sonuncu üç səviyyədə nəzərdən keçirilə bilər: ayrıca işçi tərəfindən əmək təklifi; fərdi sahibkara əmək təklifi; əməyin konkret növünə bazar təklifi.
Fərdi əmək təklifi öz növbəsində əməklə şərtlənən qurbanları xarakterizə edən daxili xərclərlə müəyyən edilir: iş xoşagəlməz, hətta sağlamlıq üçün zərərli ola bilər; iş asudə vaxtın qısalmasına səbəb olur. Hər bir əlavə iş saatı əlavə və ya son hədd qurbanlarını şərtləndirir, yəni müvəqqəti xərclər artır. Əməklə şərtlənən qurbanların əyrisi müsbətə meylli olur (şək. 22.7). Elə bu əyri də əslində fərdi əmək təklifi olacaq, çünki əməklə əlaqədar olan narahatçılıqlar nə qədər çox- dursa, əmək haqqı da o qədər yüksək olmalıdır ki, insanlar işləməyə razı olsunlar (şək.22.8).
Ayrıca işçinin əmək təklifi əyrisi heç də həmişə artan olmayacaq. Müəyyən hallarda işçinin təklif etdiyi əmək saatları (günləri və s.) əmək haqqı tarifinin artırılmasına baxmayaraq, azala bilər (şək.22.9). Bu cür davranışın mexanizmini başa düşmək üçün əmək haqqı tarifinin artımının iki effektini gözdən keçirək: əvəzləmə və gəlir effekti.
Əvəzləmə effekti - insanları daha çox işləməyə təhrik edir, çünki əmək haqqı dərəcələrinin artımı, asudə vaxtı iqtisadi cəhətdən əlverişsiz edir. Gəlir effekti - daha yüksək əmək haqqı insanın rifahını yüksəldir, o öz asudə vaxtını daha yüksək qiymətləndirməyə başlayır və ən əsası, həyat səviyyəsini aşağı salmadan özünə daha çox asudə vaxtı rəva görür. Hansı effektin üstünlük təşkil etməsindən asılı olaraq işçi tərəfdən əmək təklifi ya artacaq, ya da azalacaq. Adətən əmək haqqı dərəcəsi aşağı olanda əvəzləmə effekti üstünlük
təşkil edir, yəni insanlar daha çox işləməyə can atırlar.
Əgər fərdi sahibkarın qarşılaşdığı əmək təklifi nəzərdən keçirilsə, tam rəqabət şəraitində bu təklif tamamilə elastik olacaq. Bu fəslin əvvəlində qeyd edildiyi kimi, bu təklif qrafik olaraq X oxundan əmək haqqının bazar dərəcəsinə müvafiq hündürlükdə olan üfüqi xətdən ibarət olacaq. Sahibkar işçiləri işə götürərkən qiymətləri hazır şəkildə qəbul edən kimi çıxış edir, yəni əmək haqqını tarazlı bazar səviyyəsində ödəyir.
yəni əmək haqqını tarazlı bazar səviyyəsində ödəyir.
Əməyin konkret növünün bazar təklifinə gəldikdə isə, bu halda əyri sırf artan xarakter alacaq, çünki əmək haqqının daha yüksək dərəcələri bu işi görməyə hazır olan çoxlu sayda insan cəlb edəcək. Bu zaman əmək haqqının baza dərəcəsinin dəyişməsi təklif əyrisi boyu hərəkətlə müşayiət olunur, başqa amillərin dəyişməsi isə bütün əyrinin sağa və ya sola hərəkətini şərtləndirir.
Təklif əyrisi əmək haqqının hansı minimal səviyyəsində bu sayda işçinin göstərilən işi yerinə yetirməyə hazır olduqlarını göstərir, işçiləri başqa fəaliyyət sahəsinə keçməkdən saxlayan bu kimi qazanclar transfer adlanırlar. Onlar qrafik olaraq yuxarıdan təklif əyrisi, soldan və aşağıdan koordinat oxları, sağdan əmək bazarının tarazlıq nöqtəsindən keçən və işçilərin tarazlıq miqdarını göstərən şaquli xətlə məhdudlaşdırılmış sahə kimi təqdim olunurlar (şək.22.10).
Təkmil rəqabət şəraitində bütün işçilər qiyməti hazır qəbul edən olduqlarından əmək haqqı səviyyəsi hamı üçün eyni olacaq. Bu zaman son hədd işçi istisna olmaqla, bütün qalanların hamısı əslində razı ola biləcəkləri əmək haqqı ilə müqayisədə bir qədər əlavə pul alacaqlar. Bu əlavə qazanc və ya əmək haqqının real olaraq alınmış dərəcəsi ilə transferlər arasındakı fərq işçilərin aldığı iqtisadi renta adlanır (şək.22.10).
Şəkil 22.10. İşçinin transfer qazancları və iqtisadi renta
iqtisadi rentanın ölçüsü əmək təklifinin elastikliyindən asılıdır. Məsələn, əgər bu işçi nadir hadisədirsə (məsələn, dünya şöhrətli müğənni) təklif əyrisi demək olar ki, şaquli olacaq, yəni bütün qazanc yalnız iqtisadi renta olacaq.
Əmək təklifinin elastikliyi vaxt dövründən, çətinlik və istehsal amilinin mobilliyi ilə (məsələn, işçilərin mobilliyi) bağlı xərclərdən asılı olur. Əgər qısamüddətli dövrdə müəyyən ixtisaslı kadrların çatışmazlığından söhbət gedirsə, bu halda yaranan iqtisadi renta kvazirent adlanır və uzunmüddətli dövrdə kadrların yenidən hazırlanması və ya digər rayonlardan işçi cəlb edilməsi sayəsində asanlıqla aradan qaldırıla bilər.
Dostları ilə paylaş: |