MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə114/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   110   111   112   113   114   115   116   117   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)


istehsal amillərinin rəqabət bazarı üçün düsturu aşağı­dakı kimi olur:
MRPf = Pf
Yuxarıda verilən düsturları hazır məhsulmtəələr və xidmətlər) bazarında firmanın mənfəətinin maksimuma çat­dırılmasının məlum qaydası ilə müqayisə etmək pis olmaz. Davranışın səmərəliliyi və mənfəətin maksimuma çatdırıl­ması prinsiplərinin hər iki halda eyni olduğunu sezmək asan­dır. Firma əlavə məhsul vahidinin istehsalından əldə edilən son hədd gəlirləri ilə son hədd xərcləri bərabərləşənə kimi istehsalı davam etdirəcək (MR=MC). Firma istehsal amillə­rindən əlavə resurs vahidinin son hədd xərcləri ilə son hədd gəlirləri bərabərləşənə kimi istifadə edəcək (MRPf = MRCf). Tam rəqabət şəraitində bu düsturlar müvafiq olaraq P = MC və MRPf = Pf kimi görünür.
Elə hallar olur ki, dəyişkən amillərin sayı birdən artıq olur, uzunmüddətli dövrdə isə ümumiyyətlə bütün amillər də­yişkəndir. Bu halda istehsal amillərinə tələbat və firmanın tarazlığı necə müəyyən edilir? Təhlil bir qədər mürəkkəbləşir, amma yanaşma və prinsiplərin özləri əvvəlki kimi qalır.
Firmanın istehsal xərclərini azaltmağa və daha ucuz resurslar almağa can atması təbiidir. Bu meylə resursların özlərinin bir tərəfdən bir-birini tamamlayıb müştərək isti­fadə olunmağı (komplementar resurslar), digər tərəfdən bir- birini müəyyən qədər əvəz edə bilməkvəzləyici resurslar və ya substitutlar) xüsusiyyətləri səbəb olur. Məsələn, eyni özü­lü ekskavator və bir maşinistin, ya da bel ilə işləyən 100 yer- qazanın köməyi ilə qazmaq olar. Bu nümunədə kapital və iş qüvvəsi həm bir-birini tamamlayan, həm də əvəzləyən re­surslardır.
Sahibkar xərcləri minimuma endirməyə imkan verən tex­nologiyanı seçməyə çalışır və bir qayda olaraq daha ucuz amilə üstünlük verir. Başqa sözlə, əgər iş qüvvəsinin qiyməti tutaq ki, artırsa, kapital daha ucuz olur və ona tələb artır. Bu fenomen əvəzləmə effekti adı alıb. Əvəzləmə effekti, o cümlədən istehsal amilinə tələb əyrisinin niyə enən və mənfi meylli olduğunu başa düşməyə kömək edir.
Lakin amillərdən birinin (tutaq ki, işçi qüvvəsinin) qiy­mətinin artması başqa effekti - məhsul buraxılışı effektini də verə bilər. İstehsal amillərindən birinin qiymətinin artma­sı istehsal xərclərinin ümumi səviyyəsini artırır. Digər eyni şərtlərdə xərclərin artımı istehsal həcminin azalmasına və ya məhsul istehsalının ixtisarına səbəb olur. Bu isə öz növ­bəsində bütün istehsal amillərinə, o cümlədən nisətən ucuz amilə olan tələbi də aşağı salır (bu təbii ki, yalnız keyfiy­yətli resurslar üçün doğrudur, çünki keyfiyyətsiz resursla­ra tələb hətta arta da bilər), istehsal həcmi effekti həm də resurslara tələb əyrisinin enən xarakterini də izah etməyə kömək edir.
Əvəzləmə və istehsal həcmi effekti demək olar ki, həmişə həmin amil (qiyməti dəyişən) üçün bir istiqamətdə, əvəzləyici amil üçün isə praktik olaraq, əks istiqamətlərdə təsir edir.
Əgər iki resurs müstəsna tamamlayıcı resurslardırsa, onlardan birinin qiyməti dəyişdiyi təqdirdə yalnız istehsal effekti müşahidə edilir. Əvəzləmə effekti olmur.
Beləliklə, sahibkar resursların elə kombinasiyasını seçmə­yə (yəni elə texnologiyanı seçməyə) çalışır ki, bu məhsulun verilmiş istehsalını ən az xərclərlə həyata keçirə bilsin. Buna ən ucuz resursların əldə edilməsi ilə nail olunduğunu güman etmək doğru olmazdı. Sahibkarı təkcə amillərin qiyməti deyil, həm də onların məhsuldarlığı, yəni qoyulan pul vəsaiti vahidinə əldə oluna biləcək gəlir də maraqlandırır. Müxtəlif istehsal amillərinə qoyulan bir rubl (dollar, frank və s.) məh­sulun müadil artımını təmin edəndə xərclər minimuma endi­rilir. Başqa sözlə desək
MPl/Pl - MPk/Pk, burada L - əmək, K - kapitaldır.
Əgər, tutaq ki, iş qüvvəsinə qoyulan bir rubla, kapitala qoyulan bir rubldan məhsulun daha çox artımına nail oluna bilərsə, onda hər iki resursa qoyulan pulun eyni məhsuldar­lıq dərəcəsi olana qədər daha çox əmək və daha az kapitaldan istifadə olunmalıdır. Maraqlıdır ki, marjinalist nəzəriyyəsi­nin nəticələri K.Marksın kapitalın özünün hər bir vahidin­dən dəzgaha, xammal və ya iş qüvvəsinə qoyulmasından asılı olmayaraq eyni qazanc gətirəcəyini gözlədiyi barədə məlum müddəası ilə müəyyən qədər üst-üstə düşür.
Yuxarıdakı düsturu bir qədər başqa şəkildə də yazmaq olar:
MPL/MPK = PL/PK-
Ola bilər ki, resursların bir neçə kombinasiyası xərcləri eyni səviyyədə azaltmağa imkan verir. Hansı varianta üstün­lük vermək lazımdır? Bu halda əlavə seçim meyarlan tətbiq etmək lazımdır. Bu, məhsulun verilmiş istehsalının meyarları ola bilər. Bu halda firma xərclərinə görə müadil olan resurs kombinasiyalarından əmtəənin tələb olunan həcmdə istehsa­lını təmin edənini seçir. Digər mühüm meyar mənfəətin maksimallaşdırılmasıdır. Ayrıca götürülmüş resurs üçün mənfəətin istehsal amilindən əldə olunan son hədd gəlirinin bu amilin qiymətinə bərabər olduqda maksimallaşması doğ­rudur. Bu yanaşma çoxlu sayda amil istifadə olunanda tətbiq edilə bilər: hər bir resursun tətbiqini amildən əldə olunan son hədd gəliri onun qiymətinə bərabər olana kimi artırmaq lazımdır:
MRPl = PL, MRPk = PK.
Bu fikri başqa cür MRPL/PL = MRPK/PK = 1 düsturu şəklində də yazmaq olar.
Marjinalist nəzəriyyəsi bu nəticəni aşağıdakı kimi şərh edir: rəqabət bazarlarında resursların son hədd məhsuldar­lığı gəlirlərin cəmiyyətdə amillərə görə bölgüsünün əsasında durur. Resursun satışı onun sahibi üçün amilin qiymətinə bərabər gəlir təmin edir. Resursun qiyməti də öz növbəsində resursun məhsuldarlığı ilə müəyyən edilir və istehsal amilin­dən əldə edilən son hədd gəlirinə bərabərdir.
Son hədd məhsuldarlığı nəzəriyyəsinin geniş yayılmasına baxmayaraq onun çoxlu tənqidçiləri olub və indi də var. Birincisi, heç bir sahibkaristifadə olunan istehsal amilinin əlavə vahidi ilə yaradılan məhsuldan əldə olunan son hədd gəliri” (MRP) terminindən demək olar ki, istifadə etmir (bəl­kə də, heç bilmir). Sahibkarlar dərslikdəki qanunlarla o qə­dər də tanış deyillər və öz fəaliyyətlərini bir qədər başqa istəklərindən çıxış edərək tənzimləyirlər.
İkincisi, bir istehsal amilinin tətbiqini digərini dəyişmə­dən artırmaq mümkün olan hədlər çox kiçikdirlər və həmişə mümkün olmurlar. Hətta iqtisadi nəzəriyyə ilə tanış olma­yan adama da aydındır ki, əgər makinaçılıq bürosunda 10 yazı makinası varsa, bir növbədə 10 makinaçı olmalıdır. Bu halda son hədd məhsulu makinaçıların sayının 1-dən 10-a ki­mi artması zamanı artacaq, amma on birincinin son hədd məhsulu sıfır olacaq. Qrafikdə əyrinin aşağı enən qolu olma­yacaqdır.
Üçüncüsü, misal üçün iş qüvvəsi qismində resursu nəzər­dən keçirək. Hətta formal məntiq nöqteyi-nəzərindən də ay­dındır ki, yalnız sonuncu (hədd) işçi özünün yaratdığı əlavə məhsuldan əldə edilən son hədd gəlirinə bərabər əmək haqqı (aldığı resursun qiymətini) alır. Bütün digər işçilər də belə əmək haqqı alır: bu, bir tərəfdən əmək bazarının rəqabət tə­biətindən, digər tərəfdən formalaşmış kollektiv əmək müqa­vilələri təcrübəsindən irəli gəlir. Bununla yanaşı, son hədd işçilərindən başqa qalan bütün işçilər onların istehsal etdiyi məhsulların son hədd gəlirlərinin dəyərində ifadə olunan məhsuldarlığa malikdirlər və bu onların aldıqları əmək haq­qından

Belə çıxır ki, birindən başqa bütün işçilər ədalətli əmtəə mübadiləsi həyata keçirmir, onlara “əskik verilən məbləğ” isə sahibkarın iqtisadi mənfəətinin mənbəyidir. Nə qədər qə­ribə görünsə də, marjinalist nəzəriyyə bununla marksizmin muzdlu əməyin kapital tərəfindən istismarı haqqında əsas tezisinin haqlılığını dolayısı ilə təsdiq edir. K. Marksm nəzə­riyyəsinə görə, sahibkar gəliri yalnız muzdlu işçi tərəfindən yaradılan dəyərin onun özünün iş qüvvəsi dəyərindən çox ol­ması sayəsində mümkündür. Başqa sözlərlə, işçi özünün əmək haqqı şəklində aldığından artıq dəyər yaradır. Marks bu fərqi izafi dəyər adlandırıb.
Maraqlıdır ki, kapitalın mənfəəti işçiyə “əskik verilən məbləğ" hesabına alması faktını müasir Qərb iqtisadi nəzə­riyyə dərsliklərinin çox az qismi qeyd edir. Müəlliflərin çoxu marjinalist nəzəriyyəsinin daxili ziddiyyətini görməməyə ça­lışır.
İstehsal amillərinə qiymət qoyulmasının daha ümumi mə­sələlərini nəzərdən keçirdikdən sonra əmək, kapital və tor­paq bazarına xas olan xüsusiyyətlərin öyrənilməsinə keçək.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin