MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə123/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   119   120   121   122   123   124   125   126   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Kapital bazarı. «Kapital» kateqoriyası özü-özlüyündə ehtiyat konsepsiyasıdır. Kapitalın həcmi pul vahidləri ilə
qiymətləndirilir (pulun Özü kapital olmasa da). Qiymətlən­dirmə həmişə müəyyən vaxt üçün edilir və bu və ya digər təq­vim tarixi üçün nağd kapital ehtiyatını xarakterizə edir. «İnvestisiyam kateqoriyası axın konsepsiyasım səciyyələndirir, yəni müəyyən müddət ərzində kapital kəmiyyəti (ehtiyatı) artımım qiymətləndirir. İnvestisiyanın əksi olan kateqoriya ^amortizasiyam, yəni kapital kəmiyyətinin müəyyən müddət ərzində azalmasıdır. Kapitala və ya kapital əmtəələrə (ava­danlıq, alətlər və s.) tələb kapitalı investisiya etmək, yəni artırmaq istəyindən irəli gəlir. İnvestisiya layihəsi, əgər onun həyata keçirilməsinə çəkilən son hədd xərcləri nəticədə alınan məhsuldan əldə olunacaq son hədd gəlirindən artıq ol­mazsa, qəbul olunar. Deməli, investisiyalı əmtəələrə tələb bu son hədd gəliri ilə müəyyənləşdiriləcək. Tələbin belə xarak­teristikasında yeni heç nə yoxdur. İnvestisiyalı əmtəələrin xüsusiyyəti ondadır ki, kapital zaman kəsiyində mövcuddur və onunla bağlı xərclər və gəlirlərin komponentlərinin çoxu müxtəlif dövrlərə aiddir. Məsələn, əsaslı tikintiyə xərclər bir dəfəyə deyil, iki-üç il ərzində çəkilə bilər. İnvestisiya layihə­sinin işlədiyi ilk illər mənfəət deyil, zərər gətirə bilər. Digər tərəfdən isə, gəlir o saat deyil, tədricən, deyək ki, 20 il ər­zində götürüləcək. Beləliklə, son hədd xərclərini və qazanc­ları müqayisə edib, səmərəli qərar qəbul etmək olduqca çətindir. Bu problemin iki həll metodu var:

  • gələcək xərclər və gəlirlər axınının indiki zamana gəti­rilməsi metodu və ya gələcək pul axınlarının dəyərinin dis- kontlaşdırılması;

  • kapital qoyuluşlarından gəlir səviyyəsinin (xərcini ödə­məsinin) müəyyənləşdirilməsi metodu.

Birinci metodu nəzərdən keçirək. Diskontlaşdırma geniş yayılmış texniki alət olub, investisiya layihəsinin dəyərini, onun məqsədyönlülüyünü və səmərəliliyini kifayət qədər dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Diskontlaşdırma həmişə nəzərə alır ki, investorun pulu faizlə banka qoymaq və ya başqa bir layihəni maliyyələşdirmək kimi alternativi var. Deməli, investisiya layihəsinin gələcək gəlirləri pul qo­yuluşuna görə faiz şəklində gələn gəlirlərlə müqayisə olun­malı, investisiya layihəsinin dəyəri isə sonrakı illərdə layihədən gözlənilən gəlirə bərabər olan faizlər almaq üçün banka qoyulası kapitalla müqayisə olunmalıdır.
Belə ki, bank depozitinə görə illik faiz dərəcəsi r olarsa və faizlər yalnız başlanğıc X kapital dəyərinə deyil, həm də əvvəl hesablanmış faizlərə görə də hesablanırsa, onda t ildən sonra depozitin dəyəri R-ə qədər artmış olar.
R=X(l+r)t
Bu o deməkdir ki, t ildən sonra R məbləğinə malik olmaq bu gün X dəyərinə malik olmağa bərabərdir. Demək olar ki, X gələcək R məbləğin bugünkü qiymətinin nə qədər olacağı­nı göstərir.
X=R/(l+r)t və ya PDV=R/(l+r)t
Burada PDV - layihənin diskontlaşdırılmış dəyəri; r - diskont dərəcəsidir. '
Əgər söhbət gələcək dövrün ayrıca götürülmüş dəyərin­dən deyil, müntəzəm pul axınından gedərsə, diskontlaşdırma düsturu bir qədər mürəkkəbləşər, çünki bütün gələcək gə­lirlərin (xərclərin) diskontlaşdırılmış qiymətlərini toplamaq lazım gələr.
PDV - 2 [Kj/0 - r)1],
Burada PDV - bütün gələcək gəlirlərin (xərclərin) dis- kontlaşdırılmış dəyəri; R -i dövrü ərzində gəlirin (xərcin) məbləği.
Həmin investisiya layihəsi üzrə bütün gələcək gəlirləri və xərcləri hazırkı zamana gətirib və xərcləri gəlirlərdən çıxıb layihənin xalis diskontlaşdırılmış dəyərini alarıq:
NPV=PDV-C
burada NPV - layihənin xalis diskontlaşdırılmış dəyəri;
PDV - gələcək gəlir (xərc) axınının diskontlaş- dırılmış dəyəri;
C - layihənin həyata keçirilməsinə indiki zamana aid xərclərdir.
Əgər NPV>0 olarsa, deməli, layihə səmərəlidir: investisiya qoyuluşu mövcud faiz dərəcəsi ilə banka pul qoyuluşundan daha çox gəlir verər. Və əksinə, layihənin xalis diskontlaşdırılmış dəyəri mənfi kəmiyyət olarsa, pulu ya banka qoymaq, ya da başqa investisiya layihəsini nəzərdən keçirmək daha yaxşı olar.
İnvestisiya layihəsinin səmərəliliyini müəyyənləşdirməyin ikinci metodu mütləq kəmiyyətlərə deyil, nisbi kəmiyyətlərə əsaslanır. Bir tərəfdən, layihədən gələcək gəlir gözlənilən mənfəətin investisiyanın kəmiyyətinə nisbəti kimi qiymət­ləndirilir. Beləliklə, gözlənilən gəlir norması hesablanır ki, bu da investisiyaların son hədd səmərəliliyini (MEİ), yaxud daxili xeyir normasını (İRR) səciyyələndirir. Digər tərəfdən xərclər layihəni maliyyələşdirmək üçün investorun bankdan ala biləcəyi kreditin faiz dərəcəsi vasitəsilə ifadə olunur. Aydındır ki, layihənin gəlirlilik norması bankın faiz dərəcə­sindən aşağı olmazsa, investisiya qoymaq olar.
Deməli, investisiyanın son hədd səmərəliliyi və ya veri­min daxili norması xalis diskontlaşdırılmış dəyər sıfıra çev­rilən zaman diskont dərəcəsini səciyyələndirir.
İnvestisiyaları qiymətləndirməyin bu metodu göstərir ki, kapitalın yeni elementlərinə tələb faiz dərəcəsindən asılıdır (şəkil 23.5). Aşağı faiz dərəcəsində firmalar həvəslə kredit götürüb hətta nisbətən kiçik gəlir normalı layihələrə investi­siya qoyuluşunu həyata keçirəcəklər. Faiz dərəcəsi nə qədər yuxarı olsa, kredit bir o qədər baha başa gəlir və investisiya­lar bir o qədər az olur. Beləliklə, faiz dərəcəsi ya investisiya layihəsinin birbaşa xərclərini (bank kreditinə görə ödənilən faiz), ya da onun daxili xərclərini (alternativ variantın dəyəri, məsələn, pulun banka qoyulması) müəyyənləşdirir.
İnvestisiyaların son hədd səmərəliliyi əyrisi, faiz dərəcə­sinin funksiyası kimi, kapitala (yeni avadanlıqlar və b.) tə­ləbi səciyyələndirir.
Təkmil rəqabət şəraitində investor bazar faiz dərəcəsini labüdlük kimi qəbul edir, yəni investisiyaların maliyyələş­dirilməsi üçün kredit təklifi əyrisi üfüqi olacaq (şəkil 23.6).
Bazar faiz dərəcəsini səciyyələndirən borc vəsaitləri tək­lifi əyrisi ilə borc vəsaitlərinə tələbi əks etdirən investisi­yaların son hədd səmərəliliyi əyrisinin kəsişməsi fərdi investorun tarazlığını müəyyənləşdirir.
B

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin