5.4. Tələbin və təklifin elastikliyi Tələbin elastikliyi Müxtəlif əmtəələr biri-birindən bu və ya digər amilin təsiri altında tələblərin dəyişməsi dərəcəsinə görə fərqlənirlər. Tələbin bu amillərə reaksiya dərəcəsi tələbin elastiklik əmsalının köməkliyilə kəmiyyət ölçməsinə imkan verir. Tələbin elastikliyi məfhumu tələbi müəyyənləşdirən əsas amillərə (həmin əmtəənin qiyməti, başqa əmtəələrin qiymətləri, istehlakçıların gəlirləri və s.) bazarın uyğunlaşma prosesini açıqlayır.
Əvvəlcə qiymətə görə elastiklik əmsalını - tələb həcminin qiymətin dəyişməsinə həssaslıq göstəricisini nəzərdən keçirək. O tələb həcminin faizlə dəyişməsinin qiymətin faizlə dəyişməsinə nisbəti kimi müəyyənləşdirilir:
D _ Q dəyişmə faizi -Ei p —
P dəyişmə faizi burada Ep - qiymətə görə elastiklik əmsalıdır;
y - tələb edilən əmtəənin kəmiyyətidir;
P - əmtəənin bazar qiymətidir.
Qiymətə görə tələbin elastikliyi qiymətin 1% dəyişməsinin təsiri altında tələb həcminin nisbətən dəyişməsini göstərir. Tələb həcminin bazar qiymətlərinin dəyişməsindən asılılığının üç variantını göstərmək olar:
qiymətin hər 1 % düşməsinə satılan əmtəənin həcminin 1 % -dən az artması zəif reaksiyanı bildirir və qeyri-elastiklik tələb məfhumu ilə səciyyələndirilir;
qiymətin hər 1% düşməsinə satılan əmtəənin həcminin 1% -dən çox artması güclü reaksiyanı bildirir və elastik tələb məfhumu ilə səciyyələndirilir;
qiymətin iki dəfə azaldılması nəticəsində satılan əmtəənin qədərinin ikiqat artması tələb elastikliyinin vahidliyini bildirir.
Elastiklik nöqtəvari və qövsvari olur.
N E
D P
A Q/Q AP/P
-AQ P AP Q
öqtəvari elastikliyi (point elasticity) tələb əyrisinə toxunan çəkməklə alına bilər. Məlumdur ki, tələb əyrisinin istənilən nöqtəsində mailliyi toxunma bucağının üfüqi oxla yaratdığı bucağın tangensi ilə müəyyənləşir Tələb elastikliyinin dəyişməsinin praktik əhəmiyyəti ondadır ki, müxtəlif elastiklik halları bilavasitə qiymətin satılmış əmtəənin kəmiyyətinə hasili kimi (PQ) müəyyənləşdirilən əldə olunan mədaxilə təsir edirlər. Qiymətə görə elastik tələbdə mədaxil artır, yəni elastiklik vahiddən böyükdür; vahid elastiklikdə qiymətin aşağı salınması satışın artması ilə dəqiq əvəzlənir, çünki mədaxil dəyişilməz və ya vahidə bərabər
Tələbin elastikliyindən asılı olaraq
tələb əyrisinin forması. Tələb həcminin alıcıların gəlirlərinin dəyişməsinə reaksiyası gəlir üzrə tələb elastikliyi ilə müəyyənləşdirilir.
jj,-p Tələb həcminin faizlə dəyişməsi (Q)