Dövlət (hökumət) ictimai məqsədlərə çatmaq üçün təsərrüfat subyektləri və bazar üzərində lazım olanda nəzarəti təmin etmək üçün hüquqi və siyasi hakimiyyəti həyata keçirən müxtəlif hökumət idarələri ilə təmsil olunur. Dövləti təmsil edən büdcə təşkilatlarının məqsədi gəlir əldə etmək yox, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi funksiyasım həyata keçirməkdir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi dövlətin bazar mexanizminin işləməsi üçün normal şəraitin təmin edilməsi, ekoloji və sosial problemlərin həll olunması məqsədi ilə təsərrüfat subyektlərinə və bazar konyunkturasına təsiridir. Dövlət tənzimləməsinin müxtəlif növləri mövcuddur: büdcə-vergi, kredit-pul, inzibati. Büdcə-vergi tənzimləməsi iqtisadiyyatın «ifrat qızması- nın» qarşısını almaq üçün büdcənin gəlir və xərc hissələrinin artırılması ilə, bəzən isə ölkədə iqtisadi artımı tənzimləmək üçün defisitlə yekunlaşdırılmasını nəzərdə tutur. Defisit maliyyələşmə inflyasiyanı qidalandırır, buna görə də hökumət büdcənin tarazlaşdırılmasına çalışır Kredit-pul tənzimləməsinə faizin dərəcəsinin dəyişilməsi, açıq bazarda əməliyyat, mütləq bank ehtiyatlarının normalarının dəyişdirilməsi daxildir. Bu tənzimləmə forması bankların iştrakı ilə həyata keçirilir. Bank - iqtisadiyyatın normal fəaliyyəti üçün zəruri pul kütləsinin hərəkətini tənzimləyən maliyyə-kredit təsisatı kimi çıxış edən çoxsaylı bazar subyektlərindən biridir. Bazar iqtisadiyyatında inzibati tənzimləmə məcburi kartelləşmə, müəssisənin yaradılması üçün icazə alınmasının zəruriliyi və s. kimi tədbirlərin köməyi ilə həyata keçirilir. Hazırda dövlətlərin əksərinin davranışında iqtisadi proseslərinə daha mötədil dövlət müdaxiləsinə meyl müşahidə olunur. ABŞ-da tənzimləmənin ciddi surətdə uzunmüddətli inkişaf məqsədlərinə - «Amerikanın gələcəyinə investisiya qoyuluşu», daha dəqiq desək, infrastruktura, «insan kapitalına, təbiətin mühafizəsinə və s. yönümlənməsi baş verir. Fransada dövlət tənzimləməsinin əsas istiqamətləri mədəniyyətin, təhsilin, peşə hazırlığının, 1990-ci ildən isə mənzil tikintisinin də inkişafıdır. Rusiyada büdcə tənzimləməsində əsas diqqət vətəndaş proqramlarına: qısamüddətli proqramlardan uzunmüddətli proqramlar üzərinə köçürülür. Müasir bazar təsərrüfatı sistemində dövlətin güddüyü və ictimai məqsədlər olan iqtisadi məqsədlər (və ya dəyərləndirmə mülahizələri) iqtisadi nəzəriyyə üzrə Qərb dərsliklərinin əksəriyyətində verilib. Onları cədvəl 8.3-dəki kimi təqdim etmək olar.
İqtisadi məqsədlər
İqtisadi sistemlər həyat əhəmiyyətli iqtisadi məqsədləri həyata keçirir
İqtisadi artım
Daha yüksək həyat səviyyəsinin təmin edilməsi
Tam məşğulluq
Əmək qabiliyyətli və işləmək istəyənlər üçün iş
İqtisadi səmərəlilik
Məhdud resurslar şəraitində minimal xərclərlə maksimal xeyir
Qiymətlərin sabit səviyyəsi
inflyasiya və deflyasiyanın templəri üzərində səmərəli nəzarət
Gəlirlərin ədalətli bölgüsü
Cəmiyyətin gəlir səviyyəsinə görə kəskin təbəqələşməsinə yol verilməməsi
İqtisadi təminatlılıq
Əmək qabiliyyəti olmayan əhaliyə sosial təminatların tətbiqi
İqtisadi azadlıq
İqtisadi subyektlərin suverenliyi
Ticarət balansı
Xarici ticarət-maliyyə münasibətlərinin stabilliyi, ixracın idxalı üstələməsi
İqtisadi artım maddi nemətlər istehsalı həcminin artırılmasını, onların keyfiyyətinin yaxşılaşdırılmasını, daha yüksək həyat səviyyəsi ilə təmin olunmanı nəzərdə tutur.
İqtisadi səmərəlilik mövcud məhdud istehsalat resurslarının minimal sərfi ilə daha böyük (yüksək) nəticələrin əldə olunmasını tələb edir.
Pareto-səmərəlilik iqtisadiyyatın elə vəziyyətidir ki, bu zaman cəmiyyətin digər üzvünün vəziyyətini ağırlaşdırmadan heç olmasa bir insanın tələbatlarının ödənilməsi səviyyəsini yüksəltmək mümkün deyil.
mƏmək qabiliyyətli əhalinin tam məşğulluğuişləməyi bacaran və istəyən hər kəsi ixtisası və tələbatına uyğun olaraq işlə (iş yeri ilə) təmin etməkdir.