9.2. Tarazlıq qiyməti. Tələb və təklif qiyməti Bu qrafik ayrılıqda götürülmüş əmtəəyə tələb və təklifin davranışını eyni zamanda ifadə edir və iki xəttin hansı nöqtədə kəsişdiyini göstərir (E). Bu nöqtədə tarazlıq yaranır. E nöqtəsinin koordinatları PE tarazlıq qiyməti və QE tarazlıq həcmdir. E nöqtəsi QE =QS =QD bərabərldiklərini xarakterizə edir; burada Qs - təklifin həcmi, QD - tələbin həcmidir. Tarazlıq nöqtəsi göstərir ki, tələb və təklif bir-birinə əks qüvvələr olmaqla burada tarazlığa gəlirlər. Tarazlıq qiyməti göstərir ki, əmtəə alıcılara lazım olan qədər istehsal olunub. Belə tarazlıq bazar iqtisadiyyatının maksimum səmərəliliyinin ifadəsidir, çünki tarazlıq vəziyyətində bazarda tarazlıqdır. Nə satan, nə də alan bu tarazlığı pozmaqda maraqlı deyil. Əksinə, müvazinətdən fərqli istənilən başqa qiymətdə bazar müvazinətli deyil və alanlar da, satanlar da bazarda vəziyyəti dəyişməyə can atırlar. Beləliklə, tarazlıq qiyməti konkret qüvvələrin təsiri nəticəsində tələb və təklifi tarazlığa gətirən qiymətdir. Real qiymət tarazlıq qiymətindən (Pj) yüksək olarsa, belə qiymətdə Qj - tələb həcmi, Q2 - təklif həcmindən az olacaq. Bu halda istehsalçılar qiyməti aşağı salmağı məhsulu əvvəlki, tələbdən xeyli artıq olan həcmdə istehsal etməkdən üstün biləcəklər. Təklifin artıqlığı (Q2- Qı) qiymətə azaldıcı təsir edəcək.
Əgər bazardakı real qiymət - (P2) tarazlıq qiymətindən aşağı olarsa, Q4 - tələb həcmi, Q3 - təklif həcmindən böyük olacaq və əmtəə çatışmazlığı olacaq. Ayrı-ayrı alıcılar daha yüksək qiyməti ödəməyə üstünlük verəcəklər. Nəticədə tələb artıqlığı (Q4 - Q3) qiymətə təzyiq göstərməyə başlayacaq.
Bu proses tələblə təklifin həcminin bərabər olduğu PE tarazlıq səviyyəsində qərarlaşana qədər davam edəcək.
Ümumi iqtisadi tarazlığın ilk tərifini Leon Valras (1874) vermişdi, Marksın orta qiymət (istehsal qiyməti) kateqoriyasından fərqli olaraq o, ictimai istehsal sistemindən uzaqlaşmağa cəhd edərək ilkin kateqoriya kimi faydalılığa əsaslanırdı.
Əgər tarazlıqdan uzaqlaşma ilkin vəziyyətə qayıtmaqla müşayiət olunursa, tarazlıq sabit adlanır. Əks təqdirdə tarazlıq qeyri-sabit olur.