inhisar qiyməti üstəlik mənfəət şəklində inhisar mənfəəti əldə etmək məqsədilə hazar qiymətinin rəqabət qiymətindən yuxan və ya aşağı müəyyənləşdirilən xüsusi növüdür
inhisar qiyməti üstəlik mənfəət şəklində inhisar mənfəəti əldə etmək məqsədilə hazar qiymətinin rəqabət qiymətindən yuxan və ya aşağı müəyyənləşdirilən xüsusi növüdür. Bu mənfəət forması inhisarçların bazarda öz iqtisadi üstünlüklərini realizə etməsi, əhalidən və digər sahibkarlardan aldıqları bir növ « xərac »dır.
Qeyri-qiymət rəqabəti qiymət və dəyərin qarşılıqlı əlaqəsinin bazar tənzimləmə mexanizmini dəyişir. Əgər bazarda oliqopoliyanın müəyyənləşdirdiyi qiymət üstünlük təşkil edirsə, qiymət artıq əmtəə dəyəri ətrafında əvvəlki hərəkətləri edə bilməz. Dəyərin kəmiyyəti məhsulun təsbit olunmuş qiymətinin səviyyəsinə müvafiq olaraq dəyişir, rəqabətin kəskinliyindən asılı olaraq oliqopoliyanın əmtəənin keyfiyyətinin yüksəldilməsinə, istehlakçılara xidmət şəbəkəsinin saxlanılmasına, reklama və s. xərcləri artır və ya azalır. Məhsullarının hazırlanması və satışına inhisar və oliqopoliyala- rın məsrəfləri sürətlə dəyişir və bazar qiymətlərinə nisbətən daha çevikdir.
Duopoliya bazar quruluşudur, qarşılıqlı əlaqələri, sahədə istehsal həcmini və bazar qiymətini müəyyənləşdirən firmalar bazarda fəaliyyət göstərən zaman olur. Belə bazarda tarazlığın sabitliyi qiymətin son hədd məsrəflərinə (yəni rəqabət tarazlığı yaranır) bərabər olduqda yaranır. Duopoliya şəraitində firmalar qiyməti aşağı salmaq və istehsal həcmini artırmaqla rəqabət aparırlar. Bu vəziyyət Bertran tarazlığı ilətəsvir edilmişdir.
Ştakelber tarazlığı bazar hakimiyyətinin firmalar arasında qeyri-bərabər bölgüsünü təsvir edir, bu zaman firmalardan biri aparıcı olur, digəri uyğunlaşma siyasəti aparır.
Kunıo tarazlığıbazarda o zaman əldə olunur ki, duopoliya şəraitində hər bir firma müstəqil fəaliyyət göstərir, lakin digər firmanın ondan gözlədiyi optimal istehsal həcmi seçir. Kurno tarazlığı iki firmanın reaksiya göstərmə əyrilərinin kəsişmə nöqtəsi kimi təzahür edir.