MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə66/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   62   63   64   65   66   67   68   69   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

İnhisarçı rəqabət və cəmiyyət. Yuxarıda göstərildiyi hi­mi, inhisarçı rəqabət zamanı nə allokativ, nə də istehsal sə­mərəliliyinə nail olunmur.
Bundan başqa, məhsulun müxtəlifləşməsinə və reklama lüzumsuz və səmərəsiz xərclər çəkildiyi barədə tez-tez itti­hamlar səslənir. Bu zaman aşağıdakı dəlillər irəli sürülür.

  1. Cəmiyyət məhdud resurslarını əbəs yerə eyni növ məh­sullarda mənasız yerə müxtəliflik yaratmağa sərf edir. Mə­sələn, aspirinin bəzi patentləşdirilmiş və həddən artıq reklam edilmiş markaları üçün istehlakçı iki dəfə və daha artıq ödəməli olsa da, aspirin aspirin olaraq qalır.

İstehlakçıya həqiqətən sabunun və ya diş pastasmın ma­hiyyətcə eyni olan 50 növü lazım deyil. Nəticədə, istehlak­çılar reklama və məhsulun artıq yerə müxtəlifləşməsinə görə də pul ödəməli olurlar. Reklam xərcləri bəzən əmtəənin satış qiymətinin 50%-ə qədərini və daha artıq hissəsini təşkil edir.
Oliqopoliya qeyri-təkmil rəqabət formalarından biridir və bir çox göstəricilərinə görə xalis inhisarı xatırladır. “Oliqo­poliya” məfhumu elmi dövriyyəyə ingilis iqtisadçısı Çemberlin tərəfindən daxil edilib. Oliqopoliyanın aşağıdakı fərqləndirici xüsusiyyətləri var:

  • sahədə bir neçə (adətən ikidən beşə kimi) çox iri firma hakim mövqe tutur;

  • həmin firmalar o qədər böyük olurlar ki, onların hər birinin istehsal həcmi sahə təklifinə təsir edə bilir. Bununla da firma bazar qiymətinə təsir edə, yəni bazar hökmranlığını həyata keçirə bilir;

  • oliqopoliyanın məhsulu həm homogen (bircinsli), həm də müxtəlif ola bilər;

  • sahəyə giriş müxtəlif maneələrlə son dərəcə məhdudlaş­dırılıb;

  • oliqopoliya məhsuluna olan tələb əyrisi inhisardakı tələb əyrisinə çox bənzəyir.

Oliqopoliyanın iki həlledici xüsusiyyəti: əsasən sahəyə da­xil olmaq istəyənlər üçün maneələrin olması və sahədə fəaliy­yət göstərən firmaların bir-birindən qarşılıqlı asılılıqlarıdır. Firmaların sayı az olduğundan birinin davranışı rəqib fir­malarda müxtəlif münasibətlər (bu münasibətlər gözlənilməz də ola bilər) yarada bilər. Bundan başqa, belə münasibət bu firmanın bazardakı mövqeyinə bilavasitə təsir edəcək. Buna görə də oliqopolist özünün bazardakı davranışını təkcə şəxsi maraqlarına, bazarın vəziyyətinə görə deyil, həm də rəqiblə­rin cavab hərəkətlərinin proqnozunun nəticələrinə uyğun qurmalıdır.
Oliqopoliya firmaları eyni zamanda bir sıra, o cümlədən: nə qədər məhsul istehsal etmək, hansı qiyməti müəyyənləş­dirmək, reklamı hansı miqyasda həyata keçirmək, yeni məh­sulu bazara daxil edib-etməmək və ya nə zaman daxil etmək və s. kimi qərarlar qəbul etməlidirlər. Bütün bunlar qərar qəbuletmə prosesini çox çətinləşdirir. Firmanın oliqopoliya şəraitindəki davranışının nəzəri təhlili də bir o qədər asan deyil. Bu gün iqtisadi nəzəriyyədə oliqopoliyanı izah edən kifayət qədər model mövcuddur. Onlardan əsaslarını nəzər­dən keçirək.
Sövdələşmə modelləri
Təkmil, yaxud inhisar rəqabəti şəraitində çoxsaylı firma­lar sözləşə bilmir və əsasən qiymət sahəsində öz aralarında kəskin mübarizə aparırlar. Onlardan fərqli olaraq 2-4 oliqo­polist firma öz aralarında müştərək strategiya və taktika haqqında sözləşə, hər bir tərəfdaş üçün əlverişli olan qiymət­ləri müəyyən edə və sahə təklifinin optimal ölçüsünü, hər bir iştirakçının sahə istehsalındakı payını müəyyənləşdirib bazarı öz aralarında bölə bilərlər. Bu halda bazar istehsalın həcminin azaldılması və qiymətlərin şişirdilməsi (təkmil rə­qabət şəraiti ilə müqayisədə) hesabına sahə mənfəətinin ümu­mi həcminin artdığı xalis inhisar bazarına çevrilir.
Sahə bazarının bölgüsünü həyata keçirən, qiymət və is­tehsalın həcmi haqqında qərarları birlikdə qəbul edən firma­lar qrupu kartel adlanır.
tqtisadi ədəbiyyatda kartelin ikili qiymətləndirilməsi mövcuddur. Qərbin “Ekonomiks” dərslikləri karteldən oliqopo- list modeli kimi bəhs edirlər, çünki sahədə bir neçə iri firma hakim mövqe tutur. V.l.Lenin diqqəti sövdələşmə nəticəsində bir neçə firmanın bazarda bir firma kimi fəaliyyət göstər­məsinə cəlb edərək karteli inhisar formalarından birinə aid edib8.
Müasir şəraitdə qiymət və istehsal normalarının müəy­yənləşdirilməsi üzrə sövdələşmə bir çox Ölkələrdə antiinhisar aktları vasitəsilə qadağan edilib. Lakin inhisar qiymətlərinin müəyyən edilməsinin cazibəsi o qədər böyükdür ki, firmalar qanunu pozmaqdan çəkinmirlər. Dövri olaraq qalmaqallı ifşa halları baş verir. Məsələn, ABŞ-ın elektroavadanlıq istehsal­çıları arasında 1950-ci illərdə əldə edilmiş sövdələşmə yaxşı məlumdur. O vaxt 5 şirkətin 12 nümayəndəsi gizlin toplaşıb qiymətlər və bazarın bölünməsi, müqavilələr, mənfəətlər haqqında sövdələşmişdilər. Onların sxemi müsabiqələrdə işti­rak zamanı müqavilənin alınmasında növbəliliyə riayət edil­məsini nəzərdə tuturdu: firmalar növbə ilə ən yaxşı şərtləri təklif edəcək və müsabiqənin qalibi olacaqdırlar. Sövdələşmə­nin aşkara çıxarılması nəticəsində onun iştirakçıları həbs edildilər.
Əgər milli səviyyədə qiymətlərin inhisarçı tənzimlənməsi qanunsuzdursa, belə məhdudiyyətlər beynəlxalq təcrübədə qüvvədə olmur, “Yeddi bacı” kimi tanınan beynəlxalq neft karteli daha məşhur nümunədir. Kartelə beş Amerika, bir Böyük Britaniya və bir İngiltərə-Hollandiya neft şirkəti daxildir. Daha bir misal Neft ixracçıları Ölkələrinin Təşkila­tı OPEK ola bilər: onun fəaliyyəti 1970-2000-ci illərdə neft və neft məhsulları bazarına aparıcı təsir göstərmişdi - o za­man OPEK neftin dünya bazarına çıxarılmasını dəfələrlə, kəskin şəkildə məhdudlaşdırmış, neft və neft məhsullarının qiymətini həddindən çox artırmışdı.
Kartel sövdələşmələrinin işləməsi üçün, birincisi, kartelin məhsuluna olan tələb qiymət üzrə elastik olmamalı, məhsu­lun yaxın əvəzedicinin olmaması zəruridir. Neft bu tələblərə ən yaxşı cavab verən məhsuldur. İkincisi, kartel onun bütün iştirakçılarının oyunun qaydalanna riayət etdiyi halda işləyə bilir. Bu şərt tez-tez pozulur, çünki məsələn, kartelin müəy­yənləşdirdiyi istehsal kvotasını ötüb keçməkdən və yüksək qiymət üzrə satışın həcminin artırılmasından əldə edilən po­tensial qazanc çox böyükdür. Dönük çıxan firma şübhəsiz ki, rəqabət üstünlükləri qazanır, lakin keçmiş tərəfdaşları ilə münasibətləri ciddi şəkildə pozmaq kimi bir risklə üzləşir.
Hazırda qiymət rəqabətinin əhəmiyyəti xeyli azalıb. Bu hal, həm antiinhisarçı qanunvericiliyin sərtləşdirilməsi, həm də kartelin, ən azı onun klassik formasının, əhəmiyyətinin azalması ilə bağlıdır. Müasir kartellər - əgər belələri indi yaranırsa - qiymətlərə və istehsal kvotalarına deyil, bahalı avadanlıqdan müştərək istifadə, bahalı investisiya layi­hələrinin müştərək şəkildə həyata keçirilməsinə və s. aid olur, kartel demək olar ki, konsorsium formasına yaxınlaşıb.
Kartelə aid olan digər dəyişiklik ondan ibarətdir ki, o get­dikcə açıq sövdələşmədən gizli sövdələşmə formasına keçir.
Gizli sövdələşmə
Görkəmli müasir iqtisadçılar C.Helbreyt və P.Samuelson öz əsərlərində dəfələrlə nəzərə çatdırıblar ki, hazırda aparıcı firmaların açıq razılaşmalar bağlamağa ehtiyacı yoxdur. On­lar işlərin vəziyyətini, potensial imkanları, bir-birinin məq­ səd və maraqlarını o qədər yaxşı bilirlər ki, görüşmədən, te­lefonla danışmadan və hətta işarə belə etmədən sakitcə hamı üçün eyni dərəcədə sərfəli olacaq strategiya işləyib hazırlaya bilirlər. Bu cür gizli sövdələşmənin kifayət qədər çoxsaylı formaları ola bilər. Daha əhəmiyyətlilərinə nəzər salaq.
Qiymətlərdə liderlik modeli
Bu model sahədə kifayət qədər çoxlu sayda firmanın fəa­liyyət göstərdiyi, lakin bununla belə yalnız bir iri firmanın aşkar lider rolu oynadığı vəziyyəti təsvir edir. Lider qiymət siyasətini müəyyənləşdirir, qalanları da bu siyasətə riayət edir. Lider bir qayda olaraq, hətta bazarda ən zəif və xərcləri daha yüksək olan “arxadakı” firmanın da maraqlarına cavab verən qiymətləri müəyyənləşdirir. Bu zaman lider firma təbii ki, yüksək inhisar mənfəəti şəklində “qaymağı yığır”.
Bir sıra hallarda lider firma müəssisələri bazarda sıxışdı­ra bilir. Lider qiymətləri elə səviyyəyə qədər endirir ki, kiçik firmaların təklifi sıfra kimi enir, firmalar rəqabətə dözmür və sahədən gedir. Bundan sonra lider firma qiymətləri onun üçün sərfəli olan səviyyəyə kimi qaldırır və bazarda boşalan yeri tutur. Əgər sahədə bir neçə firma lider roluna iddia edirsə, onlar bu işi növbə ilə yerinə yetirə bilərlər.
Qiymətlərdə liderliyin bir növü barometr firma modeli­dir. Bu halda firma istehsal həcmi nöqteyi-nəzərindən hakim mövqe tutmur, lakin nüfuzuna, ya da digər mülahizələrə görə özünəməxsus barometr rolu oynayır. Sahənin bütün qa­lan firmaları onun davranışına, o cümlədən də qiymətlər üz­rə davranışına yönümlənirlər.
Baş barmaq qaydası
Aşkar lider olmadıqda qiymətin müəyyənləşdirilməsində firmalar hansısa ümumi, qəbul olunmuş qaydalara riayət edə bilərlər. Oyunun bu qaydaları öz sadəliklərinə, məlumluqla-
rına və anlaşıqlıqlarma görə baş barmaq qaydası adlanır.
Bu qaydalardan biri istehsalın orta xərcləri əsasında qiymət qoyulmasıdır. Bu təcrübə orta xərclərin müəyyən faiz qədər (məsələn, 10%) artırılmasını nəzərdə tutur, elə bu faiz də mənfəət çərçivələrini tənzimləyəcəkdir. Beləliklə, məhsu­lun qiyməti aşağıdakı düsturla müəyyən ediləcək: orta xərc­lər üstəgəl mənfəət əlavəsi. Orta xərclərin səviyyəsinin dəyişməsi ilə qiymətin də avtomatik olaraq dəyişməsi nəzər­də tutulur.
Digər geniş yayılmış qayda bəzi adəti qiymət səviyyələ­rinin müəyyən edilməsi, qiymətin pilləli dəyişməsidir ki, so­nuncuda “pillə” rolunu bəzi adəti qiymət səviyyələri oynayır. Məsələn, Quelle kataloqunda 17,28 və ya 32,53 kimi qiymət­lər yoxdur. Bütün əmtəələr 19,95; 29,95; 39,95; 49,95 və s. qiymətləndirilib. Qiymətlərin pilləli dəyişməsi də geniş tətbiq olunur ki, bu qaydada yenə də adəti qiymətlər «pillələr» ro­lunu oynayır. Qiymətin pilləli dəyişməsi bütün satıcıların qiy­məti eyni cür, bir ənənəvi pillədən digərinə kimi, məsələn, 49,95-dən 39,95-ə kimi endirdiyi satışlar üçün səciyyəvidir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin