İnhisarçı rəqabət özündə inhisarın və təkmil bazarın əlamətlərini birləşdirir. Ərzaq mağazaları, baqqaliyə ticarəti, benzindoldurma məntəqələri və bir çox başqa pərakəndəsatış müəssisələri inhisarçı rəqabət şəraitində fəaliyyət göstərirlər.
İnhisarçı rəqabətin mahiyyəti ondadır ki, hər bir firma çoxlu oxşar, lakin təkmil əvəzləyicisi olmayan məhsul satır. Nəticədə hər bir firmanın öz məhsuluna azalan tələb əyrisi olur. Fərqlənmə məhsulun özündən (məsələn, pivənin müxtəlif növləri) və ya mağazanın yerləşmə yerindən asılı ola bilər.
10.3. Bazar hökmranlığı Adətən, hesab edirlər ki, inhisar qiymətləri ən yüksək qiymətlərdir. Əslində isə onlar bir qayda olaraq rəqabət qiymətlərindən yüksəkdir. Lakin inhisar bir məhsul vahidinə mənfəəti deyil, bütün mənfəət kütləsini maksimallaşdırmağa çalışır. Qiymət artımı isə sonsuz deyil, o, həmin müəssisənin (firmanın) məhsuluna tələbin qiymət elastikliyi ilə məhdudlaşır. Buradan inhisar hökmranlığı firmanın məhsuluna olan tələb elastikliyinə əks olan kəmiyyətdir (I/Ed),
A.P.Lerner bu müddəaya əsaslanaraq 1934-cü ildə aşağıdakı indeksi təklif etmişdir:
_Pm~MC_1 1Pm E' burada IL - inhisar hakimiyyətinin Lerner indeksi;
Pm- inhisar qiyməti;
MC - son hədd xərcləri;
E - məhsula tələbin elastikliyidir.
Təkmil rəqabət şəraitində MC=Pm.Və deməli, IL-0. Əgər müsbət kəmiyyət olarsa (IL > 0), firma inhisar hökmranlığı na malİKdir. Bu göstərici nə qədər yÜKSƏK olarsa, inhisar hÖKmranlığı da bir o qədər böyÜK olar. Lanin belə göstəricini hesablamaq real son hədd məsrəflərinin hesablanması mürəKKəbliyi ilə əlaqədar çətindir. Buna görə də təcrübədə son hədd məsrəflərini orta göstəricilərlə əvəzləyirlər. Bu halda iİKİn düstur belə yazıla bilər: