r_P-AC
i ı — •
P
Surət və məxrəci Q-yə vursaq, onda surətdə mənfəəti, məxrəcdə isə ümumi (məcmu) gəliri alarıq:
(P-AC)xQ _ n L~ PxQ = TC/
Bununla da Lerner göstəricisi yÜKSƏK mənfəəti inhisarın əlaməti Kimi nəzərdən Keçirir. Müəyyən mənada bu düzgündür, lanin elə hallar olur Kİ, yÜKSƏK mənfəət norması heç də birmənalı şəKİldə inhisar əlaməti deyil.
İnhisar hÖKmranlığının digər göstəricisi Herfindal-Hirş- man göstəricisidir(bu indeKSİ təKİif etmiş alimlərin adı ilə). O, bazann təməncüzləşməsi dərəcəsini səciyyələndirir və firma məhsulunun sahədə xüsusi çəkİsİ barədə verilənlər əsasında hesablanır. Bütün firmalar xüsusi çəKİlərinə görə ən böyüyündən ən Kiçiyinə qədər dərəcələrə bölünür:
ıHH=s;+s;+s;+~+s*n, burada IHH- Herfindal-Hirşman indeKSİ; Si- ən iri firmamn xüsusi çəkİsİ; S2~böyÜKİüyünə görə sonraKi firmanın xüsusi çəkİsİ; Sn- ən xırda firmanın xüsusi çənisidir.
Əgər sahədə cəmi bir firma fəaliyyət göstərirsə (yəni söhbət sırf inhisardan gedirsə), onda St = 100%, IHH — 10000-dir.
Əgər sahədə 100 eyni firma varsa, onda S(=l%, 7^=100x^=100.
10.4. İnhisarçı rəqabət və oliqapoliya şəraitində firmanın davranışı İnhisarçı rəqabət elə aralıq bazar modelinə deyilir ki, onun üçün aşağıdakı təsnifat əlamətləri səciyyəvidir.
Sahə bazarında çoxlu miqdarda firma mövcuddur. Həmin xüsusiyyətlərinə görə bu model təkmil rəqabətlə oxşardır.
Təkmil rəqabətdə olduğu kimi, ayrılıqda götürülmüş firma bazara ümumi sahə təklifilə müqayisədə elə az həcmdə məhsul çıxarır ki, bu amilin köməyilə bazar qiymətlərinə təsir edə bilmir.
Sahəyə digər kapitalın axını üçün maneə demək olar ki, yoxdur. Yeni firmalar bu sahədə sərbəst fəaliyyətə başlaya bilir, həmçinin sahənin firmaları da onu sərbəst tərk edə bilirlər.
Məhsulun təbiəti təkmil rəqabət şəraitindən əsaslı şəkildə fərqlənir. Firmanın məhsulu üçün bir çox yaxın əvəz- ləyiciləri mövcuddur, lakin bu məhsul fərqli olub, sahənin analoji məhsulundan nə iləsə fərqlənir. Məsələn, diş pastası bazarında bu məhsulun müxtəlif adda və markası olan növləri təklif olunur. İstehsalçı istehlakçıya əsasən reklam sayəsində öz məhsulunda olan və olmayan fərqlilik barəsində məlumat çatdırır. Fərqləndirilmiş məhsul müəyyən mənada nadir olur və bununla da inhisar istehsal məhsulu olduğunu andırır. Əmtəə nişanlarının, sənaye markalarının və adların patentləşdirilməsi bu nadirliyi daha da möhkəmləndirir və fərqli malın istehsalçısına qiymətlər üzərində müəyyən nəzarəti həyata keçirməyə imkan verir.
İnhisarçı rəqabət qabiliyyətli firmaların məhsuluna olan tələb əyrisi yuxarıda adları çəkilən xüsusiyyətlər sayəsində təkmil rəqabətli firmaların əyrisindən daha az elastik, lakin inhisar tələb əyrisindən (bütövlükdə sahə tələbi əyrisi) daha çox elastikdir.
Qısamüddətli dövrdə inhisarçı rəqabətli firmanın davranışı əsasən inhisar davranışına bənzəyir. Firmanın son hədd gəliri qiymətə bərabər deyil, belə ki, firmanın qiymət üzərində müəyyən nəzarəti var. Firma məhsuluna olan tələbatı itirmədən onun qiymətini artıra bilir. Firma öz məhsulunu daha çox satmaq üçün onun qiymətini endirməlidir, bu halda firmanın son hədd gəliri əyrisi tələb əyrisindən aşağıda yerləşir. İnhisarçı rəqabət şəraitində firma istehsal həcminin və qiymətin elə kombinasiyasını seçir ki, onun mənfəətini mak- simallaşdırsın. Firmanın MC və MR əyrilərinin kəsişməsi ilə tarazlıq nöqtəsi müəyyən edilir, yəni MC=MR şərti mənfəətin maksimuma çatdırılması şərtidir (şəkil 21.1).
İnhisar kimi rəqabətqabiliyyətli firma ilə müqayisədə firma istehsalı bir qədər kəsirli edir və qiyməti artırır. Qiymət son hədd xərclərindən yüksək (P>MC) olduğundan, cəmiyyətdə allokativ səmərəliliyə nail olunmur. Əgər firmanın məhsuluna tələb çox aşağıdırsa, firma zərər çəkəcəkdir. Əgər bu zaman firmanın tarazlıq qiyməti orta dəyişkən xərclərini ödəyirsə, firma fəaliyyət göstərməyə davam edib MC=MR olan həcmdə məhsul istehsal edərək (şək.21.2) itkiləri minimuma endirə bilər.
Əgər tələb çox azdırsa və tarazlıq qiyməti hətta orta dəyişkən xərcləri də ödəmirsə, firma istehsalını dayandırır.
Uzunmüddətli dövrdə inhisarçı rəqabətli firmanın davranışı inhisarın uzunmüddətli dövrdə davranışından fərqlənir. Sahəyə daxil olmaq üçün maneələr olmadığından, iqtisadi gəlir olduğu zaman yeni firmalar burada öz istehsallarını yaradacaqlar. Sahəyə yeni firmalar daxil olduqca, əvvəlki firmaların hər birinin məhsuluna olan tələb əyrisi sol tərəfə dönməyə başlayır və bununla yanaşı son hədd gəliri əyrisi də daha az meylli olur. Əyrilərin bu dönüşü yalnız tələb əyrisi orta xərclər əyrisinə toxunana kimi davam edir. Bu toxunma nöqtəsində iqtisadi mənfəət yox olur, deməli, sahəyə yeni firma və yeni kapitalların axını da bitir, indi sahənin bütün firmaları yalnız normal mənfəət əldə edəcəklər, çünki tarazlıq qiyməti orta xərclər səviyyəsində sabitləşir (şək.21.3). «E» nöqtəsi firmanın inhisarçı rəqabətində uzunmüddətli tarazlıq nöqtəsidir.
Tələb əyrisi təkmil rəqabətdə olduğu kimi üfüqi olmadığından tarazlıq nöqtəsinin orta uzunmüddətli xərclərin ən aşağı kəmiyyətinə uyğun gəlmədiyinə diqqət verək. Ona görə
də qiymət uzunmüddətli orta xərclərin ən aşağı səviyyəsinə bərabər deyil, deməli, inhisarçı rəqabətdə istehsal səmərəliliyi əldə edilmir.