Mövzu 11. Təkmil rəqabət şəraitində firmanın davranışı 11.1.Bazar qurluşlarının modelləri 11.2. Təkmil rəqabətli bazar modeli 11.3. Qısamüddətli dövrdə firmanın tarazlığı 11.4. Uzunmüddətli dövrdə firma və sahənin təklifi 11.5. Təkmil rəqabət və ictimai səmərəlilik 11.1.Bazar qurluşlarının modelləri Bazar quruluşu və ya spesifik rəqabət vəziyyəti firmanın davranışına və onun bazar strategiyası və taktikasının seçilməsinə həlledici təsir göstərir. Firmanın davranışı isə, Öz növbəsində, bilavasitə onun fəaliyyət nəticələrinin göstəriciləri: qiymət, gəlir, səmərəlilik ilə bilavasitə bağlıdır. Firmanın davranışı və nəticəliliyi bütün sahənin fəaliyyəti və uğur qazanmasına təsir etməyə bilməz, sahənin vəziyyəti isə bütövlükdə milli iqtisadiyyata təsir edir. Beləliklə, bazar iqtisadiyyatında tərəfmüqabillərin qarşılıqlı şərtlənməsinin səviyyəsi xeyli yüksək olduğundan, bazarın təşkili və ya quruluşu yalnız mikroiqtisadiyyat üçün deyil, həm də makroiqtisadiyyat üçün ən mühüm əhəmiyyət kəsb edir.
Bu tezisi şərti məntiqi sxem şəklində yazmaq olar:
Bazarın quruluşu —» firmanın davranışı -ə firmanın uğurluluğu —> sahənin uğurluluğu -ə milli iqtisadiyyatın uğurluluğu.
Bazarın quruluşu bu və ya digər dərəcədə mürəkkəb ola bilər və bundan başqa, Özündə qeyri-bazar elementlərini ehtiva edə bilər. Bununla belə onun təsnifat aparmağa imkan verən səciyyəvi əsas əlamətləri var. Müasir iqtisadi nəzəriyyədə bazar quruluşunun dörd tipi göstərilir: təkmil rəqabət, inhisar rəqabəti, oliqopoliya və xalis inhisar. Birinci və sonuncu iki qütb, iki son hədd modellərdir ki, bunlar arasın da qeyri-təkmil adlandırılan inhisarçı rəqabət və oliqopoliya ara formaları yerləşir. Əslində inhisar da qeyri-təkmil rəqabətə aiddir, doğrudur, bəzi tədqiqatçılar onu rəqabətin olmaması kimi qiymətləndirirlər.
Yuxarıda göstərilən təsnifatın əsasında aşağıdakı əlamətlər durur: