MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə61/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   57   58   59   60   61   62   63   64   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

10.2. İnhisar və oliqapoliya
Qeyri-təkmil rəqabətin üç modeli mövcuddur: inhisar, oli­qopoliya, məhsulların diferensiasiyası (şəkil 12.3).

İnhisar (monopoliya - yunanca: monos - tək, poleo - satı­ram) dövlətin, müəssisənin, təşkilatın, satıcının hər hansı bir təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin müstəsna hüququdur (yəni bir şəxsə, bir qrup şəxsə və ya dövlətə mən­sub olan). Öz təbiətinə görə inhisar azad rəqabətin, kortəbii bazarın əsaslarını dağıdan qüvvə kimi çıxış edir.
Müxtəlif ölkələrdə və müxtəlif tarixi dövrlərdə iqtisadiy­yatda bir neçə növ inhisar yaranır:

  • təbii inhisarlar, buna sərəncamlarında nadir və sərbəst təkrar istehsal oluna bilməyən elementlər (nadir metallar, torpaq və s.) olan mülkiyyətçi və təsərrüfatçı subyektlər ma­likdirlər;

  • natural inhisarlar, hər hansı bir məhsulun istehsalı və satış bazarının ayrı-ayrı əllərdə cəmlənməsini bildirir. Onun təsadüfi, sabit və ümumi formaları var.

Təsadüfi forma gözlənilmədən, yaxşı istehsal şərtləri və tələblə təklifin müvəqqəti əlverişli nisbəti şəraitində əmtəəni istehsal edib satmaq üçün müstəsna imkan düşən zamanı ya­ranır.
Sabit inhisar XX əsrin sonlarında satış bazarlarını ələ keçirmiş ən iri müəssisələrdə yaranmışdır. Sabit inhisarların pul, rinq, kartel, sindikat, trest kimi formaları məlumdur. Bu inhisarlar təsərrüfatın hər hansı bir sahəsində yaranırlar. Bir sahədə yüksək gəlir gətirməyən artıq kapitalın meydana gəlməsi müxtəlif sahələrdə inhisarların (kombinə edilmiş trestlər, konsernlər, konqlomeratlar) yaranmasına gətirib çıxartdı.
İnhisarın ümumi forması XX yüzilliyin ikinci yarısında, bazarların çoxunda sahibkar birləşmələri birgə və ya dövlə­tin köməkliyilə ya əsas alıcı, ya da satıcı olanda yaranıb. Be­lə inhisarlara misal olduqca azdır. Məsələn, ABŞ-da bu, alüminium istehsalı üzrə <*Alkoa» və digər şirkətlərdir.
İnhisarların yaranması istehsalın təmərküzləşməsi (isteh­salın əlavə cəlb olunan kapital hesabına böyüdülməsi) və mər- kəzləşdirilməsinin (xırda və orta müəssisələrin bir böyükdə qovuşması) nəticəsi oldu. Qovuşma müxtəlif cür baş verə bilir: ya rəqabət mübarizəsinin gedişində müəssisənin birinin digərini udması (müflis olmuş rəqiblərin mülkiyyətinin də­yər-dəyməzinə alınması), ya da səhmdar cəmiyyətlərinin ya­radılması yolu ilə.
Azad rəqabət çiçəklənmə dövrünə XIX əsrin 50-70-ci illə­rində çatdı: o zaman inhisarlar təzə yaranırdılar, olduqca qey­ri-sabit idilər və tez dağılırdılar. İnhisarlar iqtisadi hadisə kimi çoxdan məlum idi. Onlar qədim dövrlərdə də, feodalizm dövründə də mövcud olmuşdular və hər hansı bir təsərrüfat­çılıq sahəsində müstəsna iqtisadi üstünlüyə malik olmalarını bildirirdilər. Lakin o vaxtlar onlar tipik hadisə deyil, sadəcə olaraq istisna idilər. Onlar XX əsrdə geniş yayıldılar. İnhisar­ların yaranması ilə rəqabət mübarizəsi inhisarlarla autsayder­lər (inhisarçı birləşmələrə daxil olmayan müəssisələr) arasında, bir də inhisarların öz daxilində aparılır. İnhisarlar
autsayderləri kütləvi şəkildə müflisləşdirmək və ya məcburən öz nəzarətləri altına almaq məqsədilə tez-tez qiymətlərin xeyli aşağı salınmasını tətbiq edirlər. Bazarın belə «təmizlən­mə* sindən sonra inhisarlar nəinki qiymətlərin əvvəlki səviy­yəsini bərpa edir, hələ onu daha da artırırlar.
İnhisarçı qiymət yaranmasına istehsal həcmini, monop- sonist isə alış həcmini dəyişmək yolu ilə təsir edə bilir. İn­hisarçı öz istehsalını əlavə məhsulun hər bir vahidi onun istehsalına çəkilən xərcdən artıq gəlir gətirincəyə qədər ge­nişləndirir.
İnhisar və monopsoniya qeyri-təkmil rəqabətin nadir halla­rıdır. Əmtəənin əsas kütləsinin bir neçə iri satıcıda cəmləşdiyi oliqopoliya (yunanca oliqos - çox olmayan, poleo - satıram) və bir neçə iri alıcının olmasını göstərən oliqopsoniyaya daha çox təsadüf olunur. Oliqopoliyaya misal ABŞ avtomobil səna­yesinin üç nəhəngi, bütün məhsulun 90% -dən çoxunu istehsal edən «Ceneral motorz», «Ford» və «Kraysler» ola bilər.
Qeyri-təkmil rəqabətin üçüncü modeli məhsulun diferen­siasiyasıdır (diferensiasiya edilmiş məhsulun çoxsaylı satıcı­ları). Diferensiasiya edilmiş məhsulun satışı zamanı çoxlu satıcı və alıcı olur.
Amma iri təsərrüfat təşkilatçısı olmaq həmişə çətindir (şəkil 12.4.).
Bazarda oliqopolik davranışın müxtəlif modelləri arasın­da ən çox maraq doğuranı məxfi oliqopolik razılaşma və oli- qopoliyanın üstün forma olmasıdır. Belə firmanın davranışı (məsələn, Amerikanın kompüter nəhəngi Ay-Bi-Em) vahid inhisarçının davranışına yaxındır.
İnhisarların yaranması, bir tərəfdən bazarın təbii inkişaf prosesidir, digər tərəfdən isə bazarın sonrakı inkişafı inhi­sarların məhdudlaşdırılmasını tələb edir. Son dövrlərdə ABŞ- da belə bir ifadə yaranıb: «xırda olmaq gözəldir». Nisbətən xırda firmalar daha çevikdirlər, onlar bazardakı hər yeni meyllərə daha tez uyğunlaşmağa qabildirlər, dünya iqtisadiy­yatından daha az asılıdırlar, onların təşkilati quruluşu nəza­rətdə saxlanıla biləndir.
İnhisarların daxilində mübarizənin xarakteri inhisarın - kartel, sindikat, trest və ya konsern formasında olması ilə müəyyənləşir. Kartel əsasında ittifaqın bütün iştirakçıları üçün, onların təsərrüfat müstəqilliyi saxlanılmaqla, istehsa­lın həcmi, qiymətləri, hər birinin bazarda payını, satış bazar­larının bölüşdürülməsini və s. müəyyənləşdirən saziş quran inhisarçı ittifaqdır. Kartellər daxilində rəqabət mübarizəsi aşağıdakılardır. Kartelə müxtəlif texniki inkişaf səviyyəli müəssisələr daxil ola bildiyindən, mübarizə bu və ya digər texniki təkmilləşməni tətbiq etmək uğrunda ola bilər. Birli­yin liderləri bütün gəlirlərin çox hissəsini alanda onlar tex­niki tərəqqiyə maraqlarını müəyyən qədər itirirlər. Onlar həmin kartel iştirakçılarının müəssisələrində texniki yeniləşmələrə yol verməməyə çalışırlar. Həmin ittifaqın zəif üzvləri az gəlirlə qane olmaq istəmirlər. Onlar sözləşir və inhisarın güclülərinin təzyiqinə baxmayaraq öz müəssisələ­rində yeni texnoloji proseslərin, ixtira və təkmilləşdirmələ- rin tətbiqi sayəsində əmək məhsuldarlığının artırılmasına nail olurlar. Kartel iştirakçılarının satdığı əmtəələrə qiymət müəyyənləşdirilməsi uğrunda mübarizə daim gedir. Kartelin daha güclü iştirakçıları qazanclarım artırmaq üçün satılan əmtəələrin miqdarının artırılması hesabına qiymətləri endirir­lər. İstehsal məsrəfləri daha yüksək olan daha zəif iştirakçılar kartel razılaşması ilə müəyyənləşən qiymətin qaldırılmasına nail olurlar.
Kartel daxilində kəskin mübarizə obyekti kvotadır. Kvo­ta kartel iştirakçısının ümumi istehsalda və bu birliyin sa­tışında payıdır. Əslində kvota kartelin əldə etdiyi gəlirlərdə paydır. Hər bir müəssisə öz istehsal gücünə uyğun kvota və müvafiq olaraq gəlirlərdə payını alır.Kvota uğrunda müba­rizə kartel yaranan gündən aparılır. Kartel iştirakçıları kvo­taların dəyişdirilməsini tələb edirlər, çünki iştirakçıların qüvvələr nisbəti dəyişir. Kimi zəifləyir, kim isə güclənir, la­kin hamı böyük kvotaya malik olmaq istəyir. Güclənən işti­rakçılar kvotanın öz xeyirlərinə dəyişdirilməsini, zəifləyənlər əvvəlki kimi qalmasını tələb edirlər. Kvotalar haqqında razı­laşmanın qüvvədə olma müddəti, cərimələrin məbləği, kvo­taların artırılması və s. ətrafında mübarizə gedir. Bazar uğrunda da mübarizə gedir. Onlardan hər biri daha əlveriş­lisini ələ keçirmək istəyir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin