MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Vergilərin qiymətlərin səviyyəsinə təsiri



Yüklə 1,26 Mb.
səhifə59/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   55   56   57   58   59   60   61   62   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

9.5. Vergilərin qiymətlərin səviyyəsinə təsiri
Yuxanda qeyd olunan ilkin tələbat mallarına «tavan qiymətlərinin müəyyənləşdirilməsi siyasətindən başqa, döv­lətin vergi siyasəti kimi mühüm aləti də var. Məsələn, zinət əşyaları istehsalına (və satıcısına) dolayısıyla yüksək vergi müəyyənləşdirməklə dövlət bu qəbildən olan əmtəələrin istehsalını və istehlakını məhdudlaşdırmaq məqsədi güdür. Və əksinə, ilkin tələbat əmtəələrinə vergini azaltmaqla döv­lət onlann istehsalı və istehlakını həvəsləndirir (şəkil 11.15). Vergidən başqa subsidiyalardan da istifadə oluna bilər. Sub­sidiyalar istehlakçılara verilir ki, onlar əmtəə istehlakmın həcmini artıra bilsinlər. Subsidiyalar əmtəə təklifini həvəs­ləndirmək və bununla onların bazar qiymətini aşağı salmaq üçün təchizatçılara da verilə bilər. Subsidiyaların bazarın tarazlığına və qiymətlərin səviyyəsinə təsiri mexanizmi şəkil 11.16-da verilmişdir.
Əksər hallarda vergi ağırlığının hamısı istehlakçı üzərinə keçirilmir. Əvvəlki və yeni təkliflər arasındakı şaquli məsafə bir əmtəəyə düşən vergi vahidini göstərir. Diqqət yetirək ki, qiymət artımının son göstəricisi vergi vahidindən aşağı ola­caq, çünki tələb əyrisi şaquli deyil, mənfi meyllidir. Buna görə də vergi vahidinin yalnız bir hissəsi yeni bazar qiymə­tinə daxil olur və alıcı tərəfindən ödənilir. Verginin qalan hissəsi satıcının payına düşür. Əgər tam qeyri-elastik tələb hadisəsini nəzərdən keçirsək, verginin hamısının əmtəənin qiymətinə girdiyini və tələb əyrisinin tam şaquli olduğunu görərik. Belə ki, Rusiyada MTS satışlarına vergi qoyulanda vergi bütövlükdə telefon şəbəkəsi abonentlərinin üstünə ke­çirilir, çünki hazırda mövcud olan qiymət intervalında MTS xidmətlərinə tələb tamamilə qeyri-elastikdir.
Mövzu 10. Rəqabət və inhisarçılıq. İnhisarçı rəqabət nəzəriyyələri


10.1. Rəqabət: anlayışı və növləri
10.2. İnhisar və oliqapoliya
10.3. Bazar hökmranlığı
10.4. İnhisarçı rəqabət və oliqapoliya şəraitində firmanın davranışı

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin