MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İqtisadi nəzəriyyədə tələb və təklifin dörd qaydası oldu­ğu göstərilir



Yüklə 1,26 Mb.
səhifə56/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   52   53   54   55   56   57   58   59   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

İqtisadi nəzəriyyədə tələb və təklifin dörd qaydası oldu­ğu göstərilir.

  • Tələbin artması həm tarazlıq qiymətinin, həm də tarazlıq əmtəə miqdarının artmasına səbəb olur.

  • Tələbin aşağı düşməsi tarazlıq qiymətinin və tarazlıq əmtəə kəmiyyətinin aşağı düşməsinə səbəb olur.

  • Təklifin artması tarazlıq qiymətinin azalmasına və tarazlıq əmtəə kəmiyyətinin artmasına səbəb olur.

  • Təklifin azalması tarazlıq qiymətinin artmasına və tarazlıq əmtəə kəmiyyətinin azalmasına səbəb olur.

Bu qaydaları tətbiq etməklə tələb və təklifin istənilən də­yişmə hallarında tarazlıq nöqtəsini tapmaq mümkündür.
İstənilən əmtəənin rəqabət bazarında tələb və təklifin tarazlığı məhz bu sxem vasitəsilə əldə olunur. Tarazlıq hər bir rəqabət bazarının qanunudur. Hər bir bazardakı taraz­lıq bütövlükdə iqtisadi sistemdə tarazlığın saxlanılmasının səbəbidir.
Qeyd etmək lazımdır ki, tarazlıq qiyməti bazarın rəqabət şəraitində müəyyənləşir. Lakin bütün rəqabət şərtlərini göz­ləmək mümkün deyil. Bazarın qiymət tarazlığı mexanizmi təkmilliyə yaxınlaşmaq mexanizmdir ki, buna da tam nail olmaq mümkün deyildir.
Bununla belə, tələb və təklifin tarazlıq qanununa uyğun olaraq həyatda istənilən əmtəənin qiyməti formalaşır. Bazar mexanizminə rəqabət tarazlıq vəziyyətini dəyişən inhisarçı müdaxilə elementləri təzahür etməzsə, bütün əmtəə bazarları rəqabət tarazlığına yaxındır. Rəqabət bütün əmtəə sahibkar­larını iqtisadi üsullarla tarazlıq qiymətinə əmtəə istehsal et­məyə, satmağa, almağa və bazarda tarazlığa nail olmağa vadar edən böyük qüvvədir.
Bazarda tarazlığın formalaşması şərtləri iqtisadi ədəbiy­yatda həm mikroiqtisadiyyat səviyyəsində, ayrıca bir bazar­da ayrıca bir təsərrüfat vahidinə şamil edilməklə, qismən tarazlığı səciyyələndirməklə (A.Marşall, D.Xaksli), həm də makrosəviyyədə bütün iqtisadi sistemə şamil edilməklə (L.Valras, V.Pareto, C.fon Hayman, V.Leontyevin ümumi tarazlıq modeli) tədqiq olunur.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin