9.1. A.Marşalın qiymət nəzəriyyəsi 9.2. Tarazlıq qiyməti. Tələb və təklif qiyməti 9.3. Qısamüddətli və uzunmüddətli dövrlərdə tarazlıq qiymətlərinin müəyyən olunması 9.4. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin dövlət tənzimlənməsi 9.5. Vergilərin qiymətlərin səviyyəsinə təsiri
9.1. A.Marşalın qiymət nəzəriyyəsi Qiymət və onun formalaşma mexanizmi iqtisadi nəzəriyyə kursunda ən mürəkkəb və fundamental problemlərdəndirlər. Bazar iqtisadiyyatında qiymətlər sistemi əsas təşkiledici qüvvə kimi çıxış edir. Əmtəələrin qiyməti sahibkarlar və istehlakçılar üçün elə bir oriyentirdir ki, onlar şəxsi maraqlarını təmin edən seçimləri ona istinadən edirlər.Əmtəənin qiymətində cəmiyyətin, dövlətin, satıcılar və alıcıların, ayrıca bir işçinin, sahibkarın maddi maraqları, istehsal və təkrar istehsal, regional və federal, milli və beynəlmiləl maraqlar cəmləşir.
Məlumdur ki, klassik siyasi iqtisad qiyməti dəyərin pulla ifadəsi adlandırırdı. Neoklassik istiqamət diqqəti faydalılığa yönəldərək, əslində, dəyərin mövcudluğunu inkar edir və qiymətin başqa anlamını təklif edir.
Müasir dünya iqtisadi nəzəriyyəsində ən çox A.Marşallın qiymət konsepsiyası yayılmışdır. A.Marşallın <Özünün qiymət konsepsiyasında A.Marşall A.Smitin, D.Rikardonun, J.B.Seyin, E.Bem-Baverkin, D.Loderdeyvin nəzəriyyələrinə əsaslanır və üç məşhur konsepsiyanı — son hədd faydalılığı, istehsal xərcləri, tələb və təklifi bir qiymət nəzəriyyəsində birləşdirmişdir. Bu nəzəriyyəyə görə qiymət - əmtəəyə görə alınan müəyyən məbləğdə pul vahididir. Bazarda tələb qiyməti ilə təklif qiymətinin qarşılıqlı təsirinin nəticəsi kimi formalaşan tarazlıq qiyməti7 xüsusi əhəmiyyət kəsb edir. Hər miqdarda əmtəənin tələb qiyməti müəyyən miqdarda əmtəənin müəyyən müddət ərzində alıcını cəlb edə biləcək qiymətidir. Hər bir əmtəə üzrə təklif artdıqca onun tələb qiyməti aşağı düşür. Təklif qiyməti əmtəənin konkret bazara satış üçün çıxarıldığı qiymətdir. Əmtəənin illik miqdarı azaldıqca və ya artdıqca təklif qiyməti ya arta, ya da azala bilər, o hətta gah qalxıb, gah da düşə bilər. Həmin miqdarda əmtəənin təklif qiyməti onun istehsal amillərinin qiymətindən asılıdır. Bu qiymətlərin cəmi göstərilən miqdarda əmtəənin təklif qiymətini təşkil edəcək. A.Marşallın ilkin mövqeyi belədir: bazarda normal tələb və normal təklif təmsil olunmuşlar. Tələb və təklifin qüvvələri sərbəst fəaliyyət göstərirlər, ticarətçilərin möhkəm birliyi mövcud deyil, azad rəqabət geniş tətbiq olunur. Bazarda eyni zamanda yalnız bir normal qiymət var. Bazarın ümumi konyunkturası bütün götürülmüş zaman müddətində dəyişilməz qalır. Normal qiymət normal tələb və normal təklifin sabit tarazlıq vəziyyəti ilə müəyyənləşir. Normal təklif qiyməti həm uzun müddət üçün, həm də qısa müddət üçün ümumi istehsal məsrəflərinin əmtəə miqdarına bölünməsi yolu ilə müəyyənləşir ki, bu da orta məsrəfdir.