Firmanın təklif əyrisi MC əyrisinin onun AVC əyrisi ilə kəsişmə nöqtəsindən yuxarıda yerləşən hissəsi ilə təmsil olunmuşdur. Firma fəaliyyətinin mühüm göstəricisi istehsalçının artıqlığıdır. İstehsalçının artıqlığı qrafik şəkildə təklif əyrisindən yuxarıda və solda yerləşən və yuxarıdan bazar qiyməti əyrisi ilə məhdudlaşan fiqurun sahəsi ilə təmsil olunmuşdur (bax: şəkil 19.14). Diqqət versək görərik ki, firmanın təklif əyrisi MC əyrisinin orta dəyişkən xərclər əyrisi səviyyəsindən yuxanda yerləşən, yuxarı qalxan hissəsi ilə təmsil olunmuşdur.
11.4. Uzunmüddətli dövrdə firma və sahənin təklifi Sahə firmalarının uzunmüddətli dövrdə əldə etdiyi iqtisadi gəlir onları istehsalın miqyasını genişləndirməyə sövq edəcək və eyni zamanda sahəyə yeni kapitallar və firmalar cəlb olunacaqlar. Nəticədə sahənin ümumi təklifi artacaq. Sahənin təklif əyrisi sağa yerini dəyişəcək və tarazlı bazar qiyməti düşəcək (şəkil 19.21).
Əksinə, əgər sahədə qiymət çox aşağı olarsa və firmalar zərər çəkərlərsə, bu onlann çoxunun bağlanmasına və kapitalın sahədən getməsinə səbəb olar. Sahə təklifi azalar, təklif əyrisi sola yerini dəyişər, tarazlıq qiyməti isə artar (şəkil 19.22).
Rəqabət mübarizəsi nəticəsində sahəyə kapital axınının artması və azalması fəaliyyət şəraitləri bərabərləşənə və firmaların hamısı normal mənfəət əldə etməyə başlayana qədər davam edəcək. Bu o deməkdir ki, uzunmüddətli dövrdə sahənin tarazlıq qiyməti istehsalın uzunmüddətli orta xərclərinin minimal göstəricisi səviyyəsində müəyyənləşir: P = LRACmin. Qrafik şəkildə bu o deməkdir ki, son hədd mənfəəti əyrisi (orta gəlir, qiymət) uzunmüddətli orta xərclər əyrisinə onun ən aşağı nöqtəsində toxunur (şəkil 19.23).
Əgər firmanın uzunmüddətli (LR) və qısamüddətli (SR) son hədd və orta göstəriciləri üst-üstə düşərlərsə, E nöqtəsi onun uzunmüddətli dövrdə tarazlıq nöqtəsi olar:
SRMC = SRAC = LRMC = LRAC = MR = PE.
Tələb dəyişərsə, sahənin istehsal həcmi və bazar qiymətində nə baş verər? Bu suala cavab sahə təklifinin uzunmüddətli əyrisinin köməkliyi ilə verilə bilər.
Şəkil 19.24-19.26-nı nəzərdən keçirək.
Hər üç halda sahə məhsuluna tələbin artması baş vermişdir ki, nəticədə tələb əyrisi yerini sağa dəyişmişdir, özü də bu zaman tarazlıq nöqtəsi A nöqtəsindən B nöqtəsinə keçir. Tarazlı bazar qiyməti artır və bazara yeni firmalar cəlb edir, mövcud firmalar isə istehsalın sahəsini artırmağa maraq əldə edirlər. Nəticədə sahə təklifi artır, sahə təklifi əyrisi sağa keçir. Bazarın yeni tarazlıq səviyyəsi C nöqtəsində müəyyənləşir. Deməli, uzunmüddətli dövrdə firmanın təklif əyrisi yalnız sağa keçmir, həm də onun mailliyi də dəyişir. Sahənin uzunmüddətli dövrdə təklif əyrisini səciyyələndirən nöqtələr A və C - sahənin ilkin və son tarazlıq nöqtələridir.
Şəkil 19.24 - 19.26 üç tipik vəziyyəti əks etdirirlər. Birinci halda (şəkil 19.24) C nöqtəsində tarazlıq qiyməti ilkin səviyyədə qalır, ikinci halda (şəkil 19.25, a) — artır, üçüncü halda (şəkil 19.26, a) - ilkin səviyyə ilə müqayisədə aşağı düşür. Qiymətin yekun səviyyələrindəki fərq orta istehsal xərclərinin ayrı-ayrı firmalardan asılı olmayıb, ümumsahə istehsal şərtlərindən irəli gələn artımı ilə izah olunur. Başqa sözlə, söhbət miqyasın xarici səmərəsindən gedir.
İkinci halda (şəkil 19.25, a) sahəyə yeni firmaların axını və rəqabətin kəskinləşməsi iqtisadi resursların qiymətini artırır. Nəticədə orta sahə xərcləri artır, bu da miqyasın mənfi xarici effektinə aparır. Ayrılıqda götürülmüş firma üçün onun orta uzunmüddətli xərclər əyrisi yerini yuxarı dəyişir (şəkil 19.25, b).
Şəkil 19.26-da sahə istehsalının genişlənməsinin uzunmüddətli dövrdə orta xərclərin azalmasına apardığı vəziyyət göstərilmişdir. Bu, sahə infrastrukturunun uğurla inkişaf etdirilməsi, məsələn, distribüter şəbəkəsi, kommunikasiyalar, banklar və s., həmçinin yeni, daha ucuz resursların cəlb olunması və b.k. nəticəsində baş verə bilər. Bu halda firma-