13.2. İstehlakçı davranışının kardinalist nəzəriyyəsi Ümumi və son hədd faydalılığı. Son hədd faydalılığının azalması qanunu İstehlakçı davranışı istehlakçıların gəlirləri və şəxsi maraqları nəzərə alınaraq müxtəlif əmtəə və xidmətlərə olan tələblərinin formalaşması prosesidir.
İstehlakçı davranışını təhlil etməzdən əvvəl aşağıdakı şərtilikləri qəbul etmək lazımdır. Deyək ki:
bütün əmtəə və xidmət bazarları təkmil rəqabətli bazarlardır, bütün əmtəə və xidmətlərin bazar qiyməti mövcuddur;
istehlakçı özünü səmərəli aparır, yəni özünün pul gəlirini elə xərcləmək istəyir ki, maksimum məcmu faydalılıq əldə edə bilsin.
Ümumi və son hədd faydalılığı fərqləndirilir. Ümumi faydalılıq - müəyyən əmtəə vahidləri cəminin istehlakından alınan ləzzətdir. Son hədd faydalılığı isə həmin əmtəənin əlavə vahidinin alınması ilə əlaqədar ümumi faydalılığın çoxalmasınabərabərolanartımadeyilir. Sonhəddfayda- lılığı tələbatın çoxzərurilikdərəcəsini əksetdirir. Deyəkki, istehlakçı televizoralmağahazırlaşır, ilkalqıyatələbat çoxyüksəkdir; ikincivə üçüncü televizorunsonhəddfaydalılığı müvafiqolaraq, aşağı olacaq. Sonhəddfaydalılığınınazalması alınmış nemətvahidlərininsayı artdıqcaistehlakçı tərəfindən əmtəə vahidininsubyektivqiymətləndirilməsininaşağı düşməsiilə bağlıdır. Nə üçün? Çünkibukonkret əmtəə (televizor) tədricənistehlakçını təminedəcək. Son hədd faydalılığının azalması prinsipini ilk dəfə 1854- cü ildə müəyyənləşdirmiş alman iqtisadçısı H.Qossenin (1810-1858) adı ilə Qosseninbirinciqanunuadlandırırlar. Bu qanunun iki müddəası var. Birincisi növbəti nemət vahidlərinin faydalılığının bir fasiləsiz istehlak aktında azalmasını qeyd edir ki, nəticədə bu nemətlə tam doyumluq yaranır. İkincisi təkrar istehlak aktlarında nemətin ilk vahidlərinin faydalılığının azalmasıdır.
Son hədd faydalılığının azalması prinsipinin (qanununun) mahiyyəti ondadır ki, hər hansı bir nemətin istehlakmın artması ilə (qalanlarının istehlak həcminin dəyişilməz qalması şərti ilə) istehlakçının əldə etdiyi ümumi faydalılıq (TU) artır, lakin get-gedə daha az artır.
Faydalılıq subyektiv anlayışdır, buna görə də onun dəqiq kəmiyyət ölçülməsi qeyri-mümkündür. İqtisadçılar (onları kardinalist adlandırırlar) son hədd faydalılığını hesablama cəhdində şərti vahid #yutibi tətbiq edirlər ki, onun da köməkliyi ilə tələbatın təmin edilmə dərəcəsini müəyyənləşdirirlər (ing. utility - faydalılıq). İstənilən məhsulun məcmu faydalılığını son hədd faydalılığı göstəricilərini cəmləmək yolu ilə müəyyənləşdirirlər. Məsələn, istehlakçı 10 əmtəə (alma) vahidi alır, bu miqdarda almanın ümumi faydalılığı (TU) U10 yutilə bərabərdir, 11-ci alma alınarsa, ümumi faydalılıq (TU) artar və Ull yutilə bərabər olar. Son hədd fay- dalılığı, yəni əlavə 11-ci almadan alman məmnunluq belə müəyyənləşdirilir:
Ü
MU = (18.1)
U,-Uıa İl-10
V,-Uıo 1
Şəkil 18.1. Ümumi (a) və son hədd (b) faydalı lığı
mumi və son hədd faydalılığının ümumi xüsusiyyətlərini qrafik şəkildə vermək olar (şəkil 18.1 və cədvəl 18.1).
Teatra (il ərzində)
Teatra gedişlərin (il
Teatra gedişlərin (il
gedişlərin miqdarı
ərzində) ümumi
ərzində) son hədd
(Q)
faydalılığı (TU)
faydalılığı (MU)
0
0
—
1
10
10
2
13
3
3
15
2
4
16
1
5
16
0
Cədvəl 18.1 və şəkil 18.1-dəki (a və b) qrafiklər istehlakçının il ərzində teatra getməkdən aldığı ümumi və son hədd faydalılığı arasındakı əlaqəni göstərirlər. Cədvələ baxanda faydalılıq vahidinin necə dəyişdiyini görmək olar. Teatra ilk gediş insana 10 yutelə bərabər fayda verir, ikinci gediş daha az, 3-ə bərabər, məmnunluq verir, növbəti gediş ondan da az (yalnız 2) məmnunluq verir və bu meyl belə də davam edir.
Teatra gedişlərin sayı 1-dən 2-yə qədər artdıqca, ümumi faydalılıq (TU) 10-dan 13-ə kimi və b.k. artır. Qeyd etmək lazımdır ki, qrafikdəki əyri (şəkil 18.1, a) üfüqiləşən nöqtədə (4-cü və 5-ci gediş) ümumi faydalılıq (TU) maksimaldır, son hədd faydalılımı isə (MU) 0-a bərabərdir (şəkil 18.1, b).
Verilmiş qrafiklər əsasında aşağıdakı nəticələrə gəlmək olar: əmtəə (və ya xidmətlər) istehlakı tədricən çoxaldıqca məcmu faydalılıq (TU) artır, lakin getdikcə azalan templə. Buna görə də son hədd faydalılığı (MU) azalır. Əyrilərin vəziyyəti və mailliyi istehlakçının zövqündən asılı olacaq, lakin əyrilərin forması hamısı üçün eyni olacaq. Bu son hədd fay- dalılığmın azalması qanununun fəaliyyəti ilə izah olunur ki, bu qanuna görə əmtəə və ya xidmətin istehlakı artdıqca hər bir əlavə əmtəə və ya xidmətin son hədd faydalılığı azalır.
İstehlakçının davranış qaydası Hər bir növbəti əmtəə vahidi get-gedə daha az son hədd və ya əlavə faydalılığa malikdirsə, istehlakçı əlavə əmtəə vahidini yalnız onların qiymətinin aşağı düşdüyü halda alacaq. Son hədd faydalılığı qanunu azalan tələb (azalan tələb əyrisi) qanununu əsaslandırmağa imkan verir və istehlakçının ala biləcəyi müxtəlif əmtəə və xidmətlər arasında öz pul gəlirini necə bölüşdürməli olduğunu izah edir.
İstehlakçı tam şüurlu (səmərəli) insandır və öz pul gəlirini elə xərcləmək istəyir ki, maksimum məcmu gəliri əldə edə bilsin. O istədiyi hər şeyi ala bilməz, çünki pul gəliri məhduddur, onun almaq istədiyi əmtəələrin isə müəyyən qiyməti var. Buna görə də istehlakçı müxtəlif əmtəələr arasında seçim etməlidir ki, pul gəlirinin məhdudluğunda onun nün nöqteyi-nəzərindən daha üstün bildiyi əmtəə və xidmətlər dəstinə yiyələnə bilsin.
BeləlİKİə, istehlaxçının öz pul gəlirinə əldə edə biləcəyi hansı əmtəə və xidmətlər dəsti ona daha çox fayda verir? İstehlaxçı davranışı qaydası bundan ibarətdir Kİ, əmtəə alınmasına hər bir sonuncu pul vahidi xərci eyni son hədd, yəni əlavə faydalılıq gətirməlidir.
Faydalılığın maKsimallaşdınlması qaydasını aşağıdam Kimi ifadə etmən olar: