Mövzu 13. Mikroiqtisadiyyatda istehlakçı davranışı 13.1. İstehlakçı davranışı və əmtəənin faydalılığı 13.2. İstehlakçı davranışının kardinalist nəzəriyyəsi 13.3. İstehlakçı davranışının ordinalist nəzəriyyəsi 13.4. Qeyri-müəyyənlik və risk şəraitində istehlakçının səmərəli seçimi 13.5. Məhsul elementlərinin xüsusiyyətlərinin təhlili əsasında istehlakçı seçimi
13.1. İstehlakçı davranışı və əmtəənin faydalılığı Nemətlərin insanların bu və ya digər tələbatlarını ödəmək qabiliyyəti onların faydal ılığmdadır. Bu və ya digər neməti alarkən insanlar həmin faydalılığı özləri üçün qiymətləndirirlər. Bu faydalılıq həmin nemətin istehlakmdan aldığı ləzzətə (faydalılıq) görə insanın ödədiyi qiymətdə maddiləşir. Beləliklə, faydalılıq nəzəriyyəsi əmtəə və xidmətlərə qiymətin formalaşması prosesini izah edir.
Faydalılıq nəzəriyyəsinin iqtisad elminin inkişafında rolu və əhəmiyyəti əvəzsizdir. O, XVIII əsrdə yaranmış və klassik eləcə də marksist siyasi iqtisaddan fərqli olaraq, onun əsas tədqiqat obyekti istehsal sahəsi deyil, tədavül sahəsi olmuşdur, çünki müxtəlif nemətlərin faydalı xüsusiyyətlərinin həm alıcılar, həm də satıcılar tərəfindən qiymətləndirilməsi məhz mübadilədə (bazarda) baş verir; onların qarşılıqlı təsiri nəticəsində nemətin qiymətliliyi, onun qiyməti müəyyənləşir. Ona lazım olan neməti almaq üçün hansı miqdarda pul verməyə hazır olması problemini hər bir alıcı özü müstəqil həll edir. Qiymətin formalaşmasının bu konsepsiyasının əsasında - nemətin qiymətliliyinin alıcı tərəfindən yalnız subyektiv müəyyənləşdirməsi prosesi durur. Buna görə də bu iqtisadi konsepsiya (faydalılıq nəzəriyyəsi) insan tələbatlarına yönümlənib ki, onlar da istehsalı özlərinə tabe etdirir, onun inkişafını istiqamətləndirirlər. Bu konsepsiya çərçivəsində istehsal naminə istehsalı inkişaf etdirmək qeyri-mümkün olur, çünki istehsal amillərinin qiymətliliyi onların istehsalı üçün aldıqları istehlak şeylərinin qiymətliliyindən, faydalılığından asılıdır.
Faydalılıq nəzəriyyəsi sonrakı inkişafını son hədd fayda- lılığı, yəni istehlakçının hər növbəti əlavə nemət vahidini alarkən əldə etdiyi faydalılıq nəzəriyyəsində aldı.
«Faydalılıq* məfhumunun özü elm aləminə ilk dəfə ingilis sosioloqu İ.Bentam (1748-1832) tərəfindən daxil edilmişdir. Lakin əmtəənin qiymətliliyi ilə onun istehlakından alınan faydalılıq arasındakı əlaqəni yalnız A.Smit (1723-1790) izah edə bilmişdi. O, «istehlakdakı qiymətlilik»lə (faydalılıq) və «mübadilədəki qiymətliliyi* fərqləndirmişdi.
1862-ci ildə ingilis iqtisadçısı U.Cevons (1835-1882) son hədd faydalılığı nəzəriyyəsini irəli sürdü və sübut etdi ki, ümumi deyil, məhz son hədd faydalılığmın bazar qiymətinə aidiyyatı var. Son hədd faydalılığı konsepsiyasının tam şərhini o, «Siyasi iqtisadın nəzəriyyəsi* (1871) əsərində vermişdir.
İqtisadi nəzəriyyə baxımından, istehlakçının bazarda davranışını onun faydalılığı qiymətləndirməsi müəyyənləşdirir. Faydalılığı necə ölçməli? İqtisadi nəzəriyyədə onun ölçülməsində iki yanaşma məlumdur: kardinalist və oridinalist. Fay- daldığın ölçülməsində kardİnalist yanaşma faydalılığın miqdarının tam dəqiq, kəmiyyət müəyyənliyini nəzərdə tutur. Kardinalistlər (K.Menger, L.Valras) faydalılıq ölçüsü kimi «yutil» şərti-subyektiv vahiddən istifadə edirlər.
Faydalılığın ölçülməsinə ordinalist yanaşma müəyyən düzümü, yəni əmtəə və xidmətlərin üstünlük verilməsi, seçim ardıcıllığı prinsipinə əsasən sıralanmasını nəzərdə tutur. «Ordinar>> məfhumunun özü dərəcələnmiş və ya müəyyən qaydada düzümlənmiş (1-ci, 2-ci, 3-cü və s.) deməkdir. Müasir ordinalistlər (V.Pareto, t.Fişer, C.Hiks) faydalılıq dedikdə yalnız üstünlüklərin sıralanmasını başa düşürlər.
Tarixi və metodoloji cəhətdən kardinalizm ordinalizmdən əvvəl gəlir, buna görə də faydalılıq nəzəriyyəsinin öyrənilməsini kardİnalist mövqelərdən başlamaq lazımdır.