Gəlir effekti: əgər əmtəənin (məsələn, almanın) qiyməti düşürsə, onda həmin əmtəə (alma) istehlakçısının real gəliri və ya alıcılıq qabiliyyəti artır. Bu real gəlir artımı özünü müxtəlif əmtəələrin, alma da daxil olmaqla, alış həcminin artmasında göstərir. Almanın qiymətinin aşağı düşməsi alıcının real gəlirini artırır və bununla da ona həmin pul gəlirinə daha çox alma almaq imkanı verir.
Əvəzləmə effekti: məhsulun (almanın) qiymətinin azalması onun indi başqa əmtəələrdən ucuz olması deməkdir. Buna görə də alıcılar hazırda nisbətən baha olmuş başqa əmtəələri daha ucuz əmtəə (alma) ilə əvəzləməyə çalışacaqlar. Qiymətin aşağı düşməsi istehlakçını başqa əmtəələri (portağal, banan, armud) alma ilə əvəzləməyə stimullaşdıracaq. Qiymətin enməsi əmtəənin nisbi cəlbediciliyini artırır və alıcını onu daha çox miqdarda almağa məcbur edir.
Gəlir və əvəzləmə effektləri bir-birini tamamlayır və istehlakçınmı daha yüksək qiymətə deyil, aşağı qiymətə çox miqdarda əmtəə almaq qabiliyyəti və istəyini şərtləndirir.
Amma elə hallar olur ki, əmtəənin qiymətinin azalması ona tələbin həcminin azalmasına səbəb olur. Belə əmtəə Qif- fen əmtəəsi adlanır (bu hadisəni öyrənmiş ingilis iqtisadçısının ad ilə, bax şəkil 18.2.). p+
13.3. İstehlakçı davranışının ordinalist nəzəriyyəsi
Faydalılığm müəyyənləşdirilməsində nəzərdən keçirdiyimiz kəmiyyət yanaşması ilə yanaşı faydalılığm sıra nəzəriyyəsi də mövcuddur ki, bu da istehlakçı seçiminə kəmiyyət yanaşmasına nisbətən daha az ciddi tələbləri göstərir. Sıra, ordinalist yanaşması nəzərdə tutur ki, istehlakçı imkanı çatan əmtəə çoxluğundan özü üçün ən üstünlükverimli əmtəə dəstini seçir.
Sıra yanaşması aşağıdakı prinsiplərə əsaslanır. İstehlakçı üstünlükverimi və ya fərqsizlik münasibətlərinin köməkliyi ilə göstərə bilər ki, istənilən dəst cütü (məsələn, A və B) üçün:
biri (məsələn, A) o birindən (B) üstündür, A>B;
ikinci (B) birincidən (A) üstündür, B>A;
onlar bərabər qiymətlidirlər (A-B). Əgər A>B>C və ya A~B>C, yaxud A>B~C olarsa, onda A>C - bu, tranzitiv- lik prinsipidir. «Qeyri-doymuşluq» hallarında, məsələn, A dəstində o birilərin hər birindən kəmiyyətcə az olmadıqda və onlardan biri B dəstindəkindən artıq olduqda, A>B. Bu isə o deməkdir ki, digər əmtəələrin istehlak səviyyəsi dəyişilməz qalarsa, istənilən əmtəənin istehlakının artımı istehlakçının vəziyyətini yaxşılaşdırır. Və bir də istehlakçının məmnunluğu onun istehlak etdiyi əmtəələrin miqdarından asılı olub, başqalarının istehlak etdiyi əmtəələrin miqdarından asılı deyil, yəni sərbəstdir.
Ordinalist sıra nəzəriyyəsində “faydalılıq” məfhumu üstünlük verim ardıcıllığını göstərir. Deyəndə ki, A dəsti B dəstindən üstündür, bu o deməkdir ki, bu istehlakçı üçün A dəsti B dəstinə nisbətən daha çox faydalılıq verir. Bir əmtəənin digərindən istehlakçı üstünlükverimlərinin təhlili fərq- sizlik əyrilərinin köməkliyi ilə aparılır.
Fərqsizlik əyriləri konsepsiyası XX əsrin əvvəllərində italyan alimi V.Pareto tərəfindən işlənib hazırlanmışdı.
XX əsrin 30-cu illərində R.Allen və C.Hiksin əsərləri çıxandan sonra ordinalist faydalılıq nəzəriyyəsi ümumişlək oldu və sonralar bir sıra yeni nəzəriyyələrin yaranmasına baxmayaraq, hazırda ən geniş yayılmış nəzəriyyədir.
Bu metodun əsasında iki əyri növünün - büdcə xətti və fərqsizlik əyrilərinin - həndəsi birləşməsi dayanır.
Büdcə xətti, gəlir və əmtəələrin qiymətindən
asılı olaraq onun yerləşməsi
Büdcə xətti pul gəliri vahidinin sabit qalması şəraitində alına biləcək iki əmtəənin müxtəlif kombinasiyalarını göstərir. İstehlakçının büdcə məhdudluğunu aşağıdakı bərabərlik şəklində göstərmək olar:
1 = Px xX + PY X Y. (18.5)
Burada 1 - istehlakçının bütünlüklə X və Y əmtəələrinin alınmasına xərclədiyi gəlirdir.
Büdcə məhdudluğunun mənası bundadır ki, istehlakçının gəliri onun X və Y əmtəələrinin alınmasına xərclədiyi məbləğlərin cəminə bərabərdir.
Məsələn, əgər X əmtəənin qiyməti 1 rubl, Y əmtəəninki isə 1,5 rubldursa, onda istehlakçı 12 rubl olan pul gəlirində X və Y əmtəələrin cədvəl 18.2-də göstərilmiş bütün kombinasiyalarını ala bilər. Qeyd edək ki, iki hədd hallarından birində istehlakçı bütün gəlirini 8 vahid Y əmtəəsinin (portağal) alınmasına xərcləyə bilərdi və bu halda X (alma) məhsuldan almağa onun pulu qalmazdı. Və ya iki vahid Y məhsuldan imtina etməklə o, 3 manat qənaət edə bilər, 6 vahid Y məhsulu və 3 vahid X məhsulu və s. ala bilər (bax cədvəl 18.2).
Dostları ilə paylaş: |