MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə90/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   86   87   88   89   90   91   92   93   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Fərqləndirirlər:

  • orta təsbit olunmuş xərclər;

  • orta dəyişə n xərclər;

  • orta ümumi xərclər və ya sadəcə orta xərclər.

Orta ümumi xərclər orta təsbit olunmuş xərclərlə orta dəyişən xərclərin cəminə bərabərdir.
AOAFC+AVC
Qrafik şəkildə orta xərclər qrupu aşağıdakı kimi olacaq (şəkil 14.3).


Şəkil 14.3. Orta xərclər: təsbit olunmuş, dəyişən, ümumi

Orta təsbit olunmuş xərclər əyrisi mütəmadi soldan sağa enərək X oxuna asimptotik yaxınlaşacaq, çünki eyni bir təs­bit olunmuş xərc göstəricisi daim artan məhsul həcminə bö­lünəcək.


Orta ümumi xərclər əyrisi əvvəl enir, sonra isə qalxır. Bu istehsal amillərinin məhsuldarlığının azalması səmərəsi­nin nəticəsidir. Orta xərclər sanki məhsuldarlığın (orta məh­sul) əks tərəfidir: resursun hər vahidinə düşən orta məhsul nə qədər çox olsa, məhsulun hər vahidinə düşən xərclər bir o qədər az olar. Bu orta məhsul və orta xərclərin timsalında aydın görünür (şəkil 14.4).
Orta dəyişən xərclər əyrisi bütövlükdə orta ümumi xərc­lər əyrisinin hərəkətini təkrarlayacaq. Amma iki əyri ara­sındakı şaquli məsafə məhsul istehsalı artdıqca azalacaq. Bu təsbit olunmuş orta xərclərin dönmədən azalması ilə izah olunur.
Xərclərin təsnifatında son hədd xərcləri kateqoriyası mü­hüm yer utur. Son hədd xərcləri əlavə məhsul vahidinin isteh­salı ilə əlaqədar ümumi xərclərin artmasını səciyyələndirir.


Şəkil 14.4. Orta məhsul (a) və orta xərclər (b) əyriləri

Aşağıdakı misal son hədd xərclərinin təbiətini və onların ümumi xərclər və dəyişən xərclərlə əlaqəsini anlamağa kö­mək edər (bax cədvəl 14.1).





Cədvəl 14.1.

Məhsulun
miqdarı

Məcmu dəyişən xərclər

Son hədd xərcləri

0

0

0

1

10

10

2

18

8

3

24

6




Ümumi dəyişən xərclər bütün son hədd xərclərinin cəminə bərabərdir. Son hədd xəcləri iki yanaşı duran məcmu dəyişən xərclərin qiymətləri fərqinə bərabərdir və ya MC=ATVC/AQ. Dəyişən məcmu xərclər əyrisinin kəskin əyilmə nöqtəsi olur. Bu nöqtə son hədd xərclərinin minimal qiymətinə mü­vafiqdir, bu göstərici dəyişən xərclər əyrisinin maillik buca­ğı haqqında təsəvvür yaradır. Bu nöqtədə MC daha azalmayıb artmağa başlayır, dəyişən xərclər əyrisinin mailliyi isə aza- landan artana çevrilir.


Dəyişən orta xərclər və son hədd xərclərinin qarşılıqlı əla­qəsini nəzərdən keçirmək maraqlı olar. Dəyişən orta xərclər həmişə son hədd xərclərindən sonra dəyişir və bu dəyişmədə həmişə bir qədər arxada gedir. Dəyişən orta xərclər son hədd xərcləri əyriləri qrafik şəkildə orta məhsul və son hədd məh­sulu əyrilərinin güzgü kimi əksi olacaq (şək. 14.8 və 14.9).
Qrafiklərdən əyani görünür ki, son hədd xərcləri dəyişən orta xərclərdən artıq olduqda dəyişən orta xərclər artır, son h

Şəkil 14.8. Orta və son hədd məhsulları əyriləri


Şəkil 14.9. Dəyişən orta xərclər və son hədd xərcləri əyriləri

ədd xərcləri dəyişən orta xərclərdən az olduqda isə, onlar azalır. Son hədd xərcləri əyrisi dəyişən orta xarclər əyrisini onun minimum qiymətində kəsir.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin