MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Şəkil 14.23. Xərclərin minimallaşdırılması



Yüklə 1,26 Mb.
səhifə93/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   89   90   91   92   93   94   95   96   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Şəkil 14.23. Xərclərin minimallaşdırılması
İzokvantdan aşağıda yerləşib onunla ümumi nöqtələri ol­mayan izokostalar göstərir ki, xərclərin belə aşağı səviy­yəsində verilmiş istehsal həcminə çıxmaq mümkün deyil.
İzokvantı kəsən və onunla iki ümumi nöqtəsi olan izokos­talar göstərir ki, xərclərin səviyyəsi lazım olduğundan artıqdır. Verilmiş həcmdə məhsul istehsalını daha az xərclə təmin edən başqa resurs kombinasiyasını həmişə seçmək mümkündür.
İzokvanta toxunan izokosta verilmiş məhsulun istehsalı üçün tələb olunan xərclərin minimal səviyyəsini səciyyələn­dirir. Verilmiş izokvantın mümkün qədər aşağı izokosta ilə toxunma nöqtəsi bu halda tətbiq olunası resurslar kombina­siyasını göstərir. Toxunma nöqtəsində əyrilərin maillik buca­ğı bərabərdir, yəni MPL/MPK=PL/PK. Qrafik yolla da xərclərin cəbri yolla alınmış minimallaşdırılması düsturu alındı.
Məsələ bir qədər başqa cür də qoyula bilər. Əgər istehsal xərclərinin kəmiyyəti verilmişsə (sahibkarın bundan artıq vəsaiti yoxdur), bu xərclə əldə oluna biləcək maksimal məh­sul istehsalı nə qədərdir? Bu sualın cavabı izokvantlar xəri­təsi və məsələnin şərtləri ilə verilmiş bir izokosta vasitəsilə tapılır (şəkil 14.24).

Optimal həll bu izokostanın mümkün qədər yüksək izok- vantla toxunma nöqtəsindədir. İzokostadan yuxandan keçən izokvantlar bu xərclərlə çatılmazdır, İzokostu iki nöqtədə kəsən izokvantlar səmərəli deyil, çünki belə izokvantlarda həmişə daha ucuz başa gələn resurs kombinasiyalarını tap­maq olar. Yalnız toxunma nöqtəsi bu xərclərlə mümkün olan ən yüksək istehsal həcmini göstərir.
Həm istehsal həcminin, həm də xərclərin kəmiyyətinin dəyişməsi mümkün olan vəziyyəti nəzərdən keçirək. Hər bir izokvant yalnız müəyyən izokostaya toxunacaq. Nəticədə müxtəlif həcmdə məhsul istehsalının istehsal xərclərinin mi- nimallaşdığı bir sıra nöqtələr alınacaq. Bu nöqtələri birləş­dirərək xərclər əyrisini alarıq (14.25).
Xərclər əyrisi yeni istehsal miqyasına çatmaq üçün tələb olunan minimal xərcləri göstərir. Bununla da xərclər əyrisi firmanın genişlənmə trayektoriyasını göstərir. İstehsal həc­minin artırılmasının iki yolu var: amillərdən birinin dəyiş­dirilməsi ilə və amillərin hamısının dəyişdirilməsi hesabına (şəkil 14.26).

Şəkil 14.25. Həm istehsal həcminin, həm də xərclərin kəmiyyətinin dəyişməsi zamanı xərclər əyrisi
b və c nöqtələrinin müqayisəsi eyni bir məsələnin qısa­müddətli və uzunmüddətli dövrlərdə həlləri arasındakı fərqi göstərir. Asanlıqla görmək olar ki, uzunmüddətli dövrdə həm əmək, həm də kapital dəyişdikdə axtarılan istehsal həc­mi (Q = 300) yalnız tətbiq olunan əməyin miqdarı dəyişən qısamüddətli dövrdən fərqli olaraq daha az xərclə əldə olu­nur (TC = 6000).



Şəkil 14.26. Uzunmüddətli və qısamüddətli dövrlərdə müəyyən


istehsal həcminə çatdıqda xərclərin müqayisəsi



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin