istehsal xərclərinə yanaşma müxtəlifliyi mənfəətin müxtəlif cür izahına səbəb olur.
Mühasib üçün mənfəət məcmu satış mədaxili ilə aşkar xarclər arasındakı fərqə bərabərdir.
İqtisadçı üçün mənfəət məcmu satış mədaxili ilə bütün məcburi xərclər arasındakı fərqə bərabərdir,İqtisadi xərclər mühasibat xərclərindən çox olduğundan iqtisadi mənfəət mühasibat mənfəətindən azdır.
14.2. Qısamüddətli dövrdə istehsal xərcləri Bütün istehsal xərclərini bir neçə əlamətlərinə görə təsnifləşdirmək olar. Əsasən təsbit olunmuş və dəyişən xərcləri ayırırlar.
Təsbit olunmuş xərclərəvergilər, borca görə faizlər, icarə haqqı, avadanlığın uzunmüddətliyinin tədricən itirilməsinə görə ödənişlər, mühafizə haqqı, bəzi dəyərli mütəxəssislərin əmək haqqı və s. kimi mütləq ödənişlər daxildir. Bu xərclərin xüsusiyyəti ondadır ki, onların kəmiyyəti istehsalın həcmindən asılı deyil. Əgər məhsul istehsalı müvəqqəti dayandırılsa belə, firma yenə də vergiləri, kredit faizlərini və s. ödəməlidir.
Dəyişən xərclərbilavasitə istehsal həcmindən asılı olub onunla birlikdə dəyişir. Dəyişən xərclərə material və xammala, elektrik enerjisinə və s. məsrəflər, həmçinin muzdlu işçilərin və qulluqçuların əmək haqları aiddir.
Təsbit olunmuş və dəyişən xərclər birlikdə ümumi istehsal xərclərini əmələ gətirir.
Qrafik şəkildə təsbit olunmuş istehsal xərcləri üfüqi xətt şəklində (şəkil 14.1), dəyişən və ümumi xərclər isə xüsusi şəkildə əyilmiş artan əyrilər şəklində (şəkil 14.2) təəvir olunurlar
Gördüyümüz kimi dəyişən və ümumi xərclər arasındakı şaquli məsafə təsbit olunmuş xərclərə bərabərdir ki, bu da həmin kateqoriyaların təriflərindən irəli gəlir.
Yuxarıda adlan çəkilən kateqoriyaların hər birini məhsulun istehsal həcminə bölsək, onda daha bir xərclər göstəriciləri qrupu, yəni orta xərclər alınar. Orta xərclər məhsulun hər vahidinin istehsalına tipik məsrəfləri göstərir.