MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Şəkil 14.16. Sahədə rəqabət üstünlükləri - kiçik müəssisələrdədir



Yüklə 1,26 Mb.
səhifə92/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   88   89   90   91   92   93   94   95   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Şəkil 14.16. Sahədə rəqabət üstünlükləri - kiçik müəssisələrdədir

Bir çox sahələrdə uzunmüddətli orta xərclər əyrisinin üfüqi hissəsi kifayət qədər uzun olur. Bu o deməkdir ki, müəssisənin ölçülərinin texniki-iqtisadi optimumu kifayət qədər sərt müəyyənləşdirilməyib. Miqyasın müsbət effekti istehsalın hələ nisbətən kiçik həcmlərində əldə olunur və sonradan istehsal həcmi xeyli artdıqda belə qalmaqda davam edir. Yalnız istehsalın çox böyük həcmində xərclər qabaqla­yıcı tempdə artmağa başlayır. Belə vəziyyətdə sahədə həm kiçik, həm də böyük müəssisələr uğurla yanaşı fəaliyyət gös­tərirlər. Buna misal pendir, pivə, çörəkbişirmə və s. sənaye sahələrini göstərmək olar (14.17).


Qısamüddətli dövr üçün səciyyəvi olan orta xərclər və son hədd xərclərinin qarşılıqlı əlaqəsi uzunmüddətli dövrdə də qalır. Son hədd xərcləri orta xərclərdən aşağıdırsa orta xərclər artır. Və əksinə. Bu tezisi şəkil 14.18 -14.21 şərh etməyə kömək edər.




Uzunmüddətli istehsal xərclərinin təhlilinin bu və ya digər sahədə rəqabətliliyin quruluşu və səviyyəsi üçün böyük əhəmiyyəti var. Rəqabətli sahələr bütün digər bərabər şərt­lərlə yanaşı çoxsaylı kiçik və orta firmalardan ibarət olacaq­lar, təmərküzləşmiş sahələrdə isə cəmi bir neçə iri və çox iri istehsalçı hökmran olacaq. Amma sonuncu halda bütün is­tehsalın bir nəhəng müəssisədə cəmləşdirilməsi vacib deyil. İri firmanın tərkibində müxtəlif istehsal miqyaslı çox sayda
14.5. İstehsal xərclərinin minimumlaşdırılması. İzokosta
İstehsal xərclərinin təhlilinin qrafik alətlərindən biri izo- kostadır (şəkil 14.22).
İzokosta eyni dəyərə malik iki resursun bütün kom­binasiyalarına müvafiq nöqtələrin həndəsi yeridir. İzokosta istehlakçının büdcə xəttinə bənzəyir. İzokostanın mailliyi düz xətt boyu sabitdir və hər iki resursun qiymət münasibət­lərinə bərabərdir (PL/PK)*



Bir sıra paralel izokostlar amillərin qiymətlərinin dəyiş­məzliyi və ya qiymətlərin eyni nisbətdə dəyişməsi şəraitində məcmu xərclərin müxtəlif səviyyələrini səciyyələndirir. İzo- kostanın mailliyi dəyişirsə, bu bütün digər şərtlər bərabər olmaqla amillərdən birinin qiymətinin dəyişməsini (və ya hər iki amilin qiymətinin, lakin müxtəlif nisbətlərdə, dəyişmə­sini) göstərir.


Səmərəli davranış prinsipinə riayət edərək sahibkar nə­zərdə tutulmuş məhsul həcminin istehsal xərclərini minimal- laşdırmağa can atır. Bu məsələnin qrafik həlli bir neçə izo- kost və verilmiş istehsal həcminə müvafiq izokvantdan istifadəni nəzərdə tutur. Standart izokvant üçün (Kobb-Duq- las istehsal funksiyası) həlli şəkil 14.23-də qeyd olunub.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin