MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Artımın maksimumlaşdırılması nəzəriyyəsi



Yüklə 1,26 Mb.
səhifə96/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   92   93   94   95   96   97   98   99   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

15.3. Artımın maksimumlaşdırılması nəzəriyyəsi
Bəzi iqtisadçılar, o cümlədən Marris (1964), hesab edirlər ki, mülkiyyətçilərin və menecerlərin ümumi məqsədi var, bu da firmanın böyüdülməsinin maksimallaşdırılmasıdır. Mene­cerlər öz şəxsi statusları və əmək haqlarının artması üçün buna can atırlar. Müəssisənin mülkiyyətçiləri isə varlanmaq məqsədilə onun aktivlərinin artmasına cəhd edirlər. Marris həm də qeyd edir ki, menecerlər həmişə sadəcə böyük firma- dansa böyüməkdə olan firmam üstün bilirlər.
Marrisin nəzəriyəsinin canı bölünməmiş mənfəət norması adlanan göstəricidir. Şirkətin bütün mənfəəti iki hissəyə bölünür: bir hissə səhmlər üzrə dividentlər şəklində ödənilir, digəri isə bölünməmiş qalır və istehsalın inkişaf fondunu əmələ gətirir. Mənfəətin bölünməmiş hissəsinin bölünmüş hissəsinə nisbəti bölünməmiş mənfəət normasını və ya mən­fəətin saxlanılması normasını əmələ gətirir.
Menecerlər mənfəətin əksər hissəsini dividentlər kimi bölüşdürsələr səhmdarlar çox razı qalarlar, bazar kursu isə artmağa başlayar. Yüksək bazar kursu onun səhmlərinin rəqib­lər tərəfindən alınmasının və rəqiblərin onları ələ keçirməsinin qarşısım alar. Bununla yanaşı, aşağı yığım norması istehsalın inkişaf ma və firmanın böyüməsinə imkan verməyəcək.
Başqa vəziyyət də mümkündür. Menecerlər mənfəətin əsas hissəsini bölünməmiş saxlayırlar ki, bu da istehsal və firmanın böyüməsi üçün yaxşıdır. Lakin səhmdarlar dividentlərin azlı­ğından narazıdırlar, səhmləri satmağa başlaya bilərlər və on­ların kursu aşağı düşməyə başlayar. Firmanın rəqiblər tərəfindən ələ keçirilməsi təhlükəsi yaranar, çünki səhmlərin kursu aşağı olanda onları almaq asanlaşır.
Beləliklə, mənfəətin iki hissəyə bölünməsi və mənfəətin saxlanılması normasının müəyyənləşdirilməsi asan iş deyil və bir sıra çətinliklər və ziddiyyətlərlə bağlıdır. Bu proble­min həllində adətən «tarazlaşdırılmış artım* prinsipini əldə rəhbər tuturlar, yəni firma kapitalının artım sürəti və onun satış həcmi mənfəəti saxlama normasından çıxış edərək və deməli, mənfəətin orta səviyyəsinə yönümlənərək müəyyən­ləşdirirlər (şəkil 16.2). Aydındır ki, firmanın kapitalı və sa­tış həcmi artdıqda faydalılığın azalması qanununun fəaliyyəti nəticəsində (bu halda əlavə investisiyalardan gəlirlilik) orta mənfəətin səviyyəsinin aşağı düşməsi baş verir.

Hər bir konkret halda firma gəlirlilik və artımın tələb olunan kombinasiyasını seçir.


Fəaliyyətdə olmaq üçün firma böyüməli, satış həcmini ar­tırmalıdır. Bunun üçün o istehsal gücünü artırmalı və in­vestisiyalar qoymalıdır. Bütün bunlar isə maliyyələşdirmə tələb edir. Bəs firmanın artımı necə baş verir?
Artımın birinci yolu firmanın daxili artımı, istehsal və kapitalın təmərküzləşməsi kimi səciyyələndirilə bilər. Fir­manın daxili artımının mənbələri bunlardır:

  • firmanın öz resursları, birinci növbədə mənfəətin bö­lünməmiş hissəsi, müəyyən qədər də amortizasiya fondu;

  • banklardan və başqa maliyyə-kredit institutlarından alınan borclar;

  • qiymətli kağızların əlavə emissiyasından gələn gəlir.

Firmanın daxili artımının müxtəlif mənbələrinin rolu və
əhəmiyyəti eyni deyil və vəziyyətdən asılı olaraq dəyişir. Cədvəl 1970-ci ildən 1989-cu ilədək Britaniya firmalarının daxili artımının ayrı-ayrı mənbələrinin əhəmiyyəti və dinamikası barədə təsəvvür yaradır.
Britaniya firmalarının ayrı-ayrı daxili artım mənbələrinin dinamikası (faizlə)


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin