MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə83/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   79   80   81   82   83   84   85   86   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Cədvəl 18.2.

  1. rubl gəliri olan istehlakçının ala biləcəyi X və Y əmtəələrinin büdcə xətti


Y məhsulu vahidləri

X məhsulu vahidləri

Məcmu xərc

(qiymət 1,5 rubldur)

(qiymət 1 rubldur)

(12 rubl)

8

0

12 (=12+0)

6

3

12(=9+3)

4

6

12(=6+6)

2

9

12(=3+9)

0

12

12(=0+12)




Şəkil 18.4-də büdcə xətti qrafik təsvir olunmuşdur. Büd­cə xəttinin mailliyi X(Px) əmtəəsi qiymətinin Y(Py) əmtəəsi qiymətinə nisbətindən asılıdır.



Büdcə məhdudluğu istehlakçı üçün mövcud qiymətlər və pul gəliri səviyyəsində əldə oluna bilən X və Y əmtəələri çeşidini müəyyənləşdirir (bax: cədvəl 18.2 və şəkü 18.4 - dəıci qrafinə). Maksimal miqdarda Y əmtəədən X=0 və Y=1/Py; maksimal miqdarda X əmtəədən Y=0 və X=l/Px olduqda almaq olar.
Büdcə xəttinin mailliyi qiymətlərin tərs mütənasibliyi ilə səciyyələnir; bu, mövcud pul gəlirində əlavə X əmtəəsi vahi­di almaq üçün imtina etmən lazım gələn Y əmtəəsi miqdarını göstərir. Px/Py qiymətlər nisbəti X əmtəəsi istehlaıcının al­ternativ dəyərini ölçür və Y əmtəəsinin X əmtəəsi ilə əvəz- ləmə normasını müəyyənləşdirir.
Bu düz xəttin hər bir nöqtəsi 12 rubl təsbit edilmiş gəlirə malik olan istehlakçının Y (portağal) əmtəədən və X (alma) əmtəədən, pulunu tam xərcləməsi və portağal və almanın qiy­mətinin dəyişməməsi şərtilə nə qədər ala biləcəyini göstərir.
Büdcə xəttinin yerləşməsi asılıdır:

  • pul gəlirinin məbləğindən;

  • əmtəə qiymətlərinin dəyişməsindən.

  1. Qiymətlərin dəyişməz qalması şərti ilə pul gəlirinin aşağı düşməsi büdcə xəttinin paralel sola yerdəyişməsinə sə­bəb olur. Müvafiq olaraq pul gəlirinin artması büdcə xəttinin sağa yerdəyişməsi ilə nəticələnir (şəkil 18.5).

  1. Hər iki əmtəənin qiyməti proporsional dəyişərsə, yəni ey­ni dəfə, qədər artıb-azalarsa (məsələn, 10% inflyasiyada bütün qiymətlər 1,1 dəfə artır), onda büdcə xətti də yerini paralel dəyişəcək: qiymətlər proporsional artarsa, büdcə xətti sola keçər və əksinə, qiymətlərin azalması büdcə xəttini sağa keçirər.

Buradan belə nəticə çıxır ki, gəlir və qiymətlər eyni zaman­da proporsional artarsa (və ya eyni zamanda proporsional aza­larsa), büdcə xəttinin vəziyyəti dəyişməz. Əhalinin gəlirlərinin indeksləşdirilməsinin mənası da bundadır: büdcə xəttinin paralel sola yerdəyişməsi ilə nəticələnən inflyasiya qiymət artı­mı, eyni zamanda gəlirin proporsional (yəni eyni dəfə) artımı ilə (bu da büdcə xəttini paralel sağa dəyişir) müşayiət olunur və deməli, büdcə xətti və əhalinin real rifahı dəyişmir.
Bəs əmtəələrin qiymətləri proporsional deyil, biri o birinə nisbətən dəyişsə, büdcə xətti necə dəyişər? Başqa sözlə, por­tağallar (PY) ucuzlaşsa, amma almaların (Px) qiyməti dəyiş­məsə, nə baş verər?
Əgər portağallar (PY) ucuzlaşıb və almaların (Px) qiyməti dəyişməsə, istehlakçı daha çox portağal ala bilər. Aydındır ki, almaların qiyməti qalxarsa, istehlakçı onların alışını azaldar.


Y (portağal) əmtəəsi qiymətinin 1,5 rubldan 1 rubla düş­məsi zamanı büdcə xətti şəkil 18.6-da verilib.


Qrafikdən gördüyümüz kimi, Y əmtəəsinin qiyməti dü­şüb, X əmtəəsinin qiyməti (1 rubl) əvvəlki kimi qalıb, gəlir dəyişməyib (12 rubl.), büdcə xətti mailliyini dəyişib. Büdcə xəttinin koordinat oxu ilə kəsişmə nöqtəsi koordinatın baş­lanğıcından uzaqlaşıb. İndi o, şaquli oxu daha yuxarı səviy­yədə, üfüqi oxu isə əvvəlki nöqtədə kəsir (çünki X qiyməti dəyişməyib).
Fərqsizlik əyriləri. Əvəzləmənin son hədd norması
Fərqsizlik əyriləri. Aydındır ki, büdcə xətləri istehlakçı­nın müəyyən pul gəlirinə malik olduğu halda mövcud qiy­mətlər nəzərə alınmaqla nələr ala biləcəyi sualına cavab verir. Fərqsizlik əyriləri Y və ya X məhsullarına istehlakçısı­nın üstünlükverimləri barədə məlumat verir. Başqa sözlə, fərqsizlik əyriləri müəyyən pul gəlirinə istehlakçının nələr almaq istədiyini göstərirlər. Fərqsizlik əyriləri özü - özlüyün­də Y və X məhsullarının istehlakçıya eyni həcmdə məmnun­luq və ya faydalılıq verən bütün kombinasiyalarını nümayiş etdirirlər.
Şəkil 18.7-də Y və X əmtəələrini özündə ehtiva edən fərqsizlik əyrisi verilmişdir. İstehlakçının üstünlükverimləri elədir ki, o, Y və X əmtəələrinin şəkil 18.7-də göstərilən istə­nilən kombinasiyalarında onların eyni məcmu faydalılığını qane edir. Deməli, məhsulların hansı kombinasiyasını həqi­qətən alması istehlakçı üçün fərqsizdir.
A nöqtəsindən B nöqtəsinə keçməklə istehlakçı Y əmtəəsi istehlakmı AY=-2 azaldır, əvəzində X əmtəəsinin istehlakını AX=1 vahid artırır, lakin istehlakçının məmnunluq səviyyə­si dəyişilməz qalır.


Şəkil 18.7. A dəstindən b dəstinə keçid zamanı son hədd əvəzləmə normasının müəyyənləşdirilməsi və ya iki əmtəənin X və Y fərqsizlik əyrisi



X neməti ilə Y nemətinin əvəzlənməsinin son hədd nor­ması (MRSxy — marginal rate of substitution) X nemətinin bir vahid artırılması zamanı istehlakçının məmnunluq sə­viyyəsi dəyişilmədən Y nemətinin azaldılmalı olduğu miq­darına eyilir.
AY
A

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin