Real tarixi prosesin rəngarəngliyi əsas etibarilə zaman və məkan amillərinin təsiri nəticəsidir. Birinci qrup amillər bunu ifadə edir ki, vahid tarixi inkişaf prosesi müxtəlif xronoloji mərhələlərə və dövrlərə bölünür. Məkan amilləri də çox mühüm olub, eyni vaxt ərzində, lakin müxtəlif ərazilərdə fəaliyyət göstərən ölkələrin və xalqların bir-birindən fərqləndiyini ifadə edir.
Tarixi prosesin rəngarəngliyi hər şeydən əvvəl, onun qeyri-bəıabər inkişaf etməsində təzahür edir. Bu qeyri- bərabərlik bəşər cəmiyyətinin ilk dövrlərindən özünü göstərmişdir. Belə ki, əlverişli təbiət şəraiti olan ərazilərdə yaşayan xalqlar və ölkələr belə şəraiti olmayanlara nisbətən sürətlə inkişaf edirdi. Sonrakı inkişaf gedişində qeyri- bərabərliyi şərtləndirən amillər silsiləsində təbii xarakterli amillər arxa plana keçir, istehsalın səviyyəsi, elmin və texnikanın inkişafı göstəriciləri üstün yer tutmağa başlayır.
Deyilənlərlə yanaşı tarixi prosesin rəngarəngliyi xeyli dərəcədə tarixi mühit deyilən amilin təsiri ilə bağlıdır. Bunun aydın təzahürünü geridə qalmış xalqların özünəməxsus inkişafı yoluna düşməsində də görmək olar.
Nəhayət, tarixi prosesin rərıgarəngliyinə ölkənin daxilində siyasi və ideoloji, sosial və mədəni amillər, subyektiv amilin inkişaf dərəcəsi də müəyyən təsir göstərir. Məhz bunun nəticəsində eyni bır sosial zəmində yüksələn mədəniyyət, ideya, təsisat və təşkilatlar, həyat fəaliyyəti formaları bir-birindən fərqlənir.
Deyilənlər sübut edir ki, bir tərəfdən, tarixi proses bütün ölkələr və xalqlar üçün ümumi qanunauyğunluqlara və istiqamətlərə malikdir, digər tərəfdən, bu qanunauyğunluqların ayrı-ayrı ölkələrin konkret şəraiti və çərçivəsində reallaşması ümumi tarixi prosesin vəhdəti va bütövlüyü çərçivəsində müəyyən özünəməxsusluqlar yaradır.
“SİYASİ HƏYATIN FƏLSƏFİ TƏHLİLİ”
Dostları ilə paylaş: |