mövzusunda mühazirə mətni
PLAN
1.İnsan fəlsəfi problem kimi
2.Fəlsəfə tarixində insanın yeri
3.İnsan həyatının fəlsəfəi mahiyyəti
1.İnsan fəlsəfi problem kimi
Fəlsəfə tarixində elə bir filosof, fəlsəfi cərəyan, istiqamət tapmaq olmaz ki, insanın maddi və mənəvi varlığına münasibət bildirməmiş olsun. Bir çox fəlsəfi cərəyanlar dünyanın varlığını insanla bağlayır, onun dərk edilməsini insan vasitəsilə izah etməyə çalışmışlar. Dünyanın “yeddi müdriki”nə şamil olunan “özün-özünü dərk et” kəlamı da dünyanı dərk etməyə çalışan insanın özünü dərk etməsindən başlandığına işarədir.
Tarix çox belə müdrik kəlamların şahididir. Bu göstərir ki, zamanından, mədəniyyətindən, dini əqidəsindən asılı olmayaraq insan həmişə diqqət mərkəzində olmuşdur. O, idrakın istnad nöqtəsi və meyarıdır. Qədim Çin filosofu Lao Tzıya görə “başqalarını tanıyan – ağıllıdır, özünü tanıyan – müdrikdir”. Protaqor isə deyirdi ki, “insan – hər şeyin meyarıdır”. İsa peyğəmbər “İlahi səltənət bizim daxilimizdədir” – deyirdi. Buddizmdə “Özünə bax, sən Buddasan”, İslamda “Özünü tanıyan, öz Allahını tanıyar” kəlamları məşhurdur.
İnsan nədir? Antik dövrdən başlayaraq insana maraq gah artmış, gah da azalmışdır, lakin heç vaxt unudulmamışdır. Bu gün də “İnsan nədir?” sualı dünya fəlsəfəsinin mühüm problemlərindəndir.
Maraqlıdır ki, insan hər dəfə diqqət mərkəzində olduqda onu sanki bir daha kəşf edirlər, yeni biçimdə və yeni tarixi şəraitdə onun mahiyyətini yenidən mənalandırırlar. İnsana eyni mənalı sona qədər həll olunma imkanına malik və hamı tərəfindən qəbul edilən cavab yoxdur. Ona görə də fəlsəfədə insandan mürəkkəb və ziddiyyətli problem yoxdur, onun qiymətləndirilməsində sadəlövh, optimist mövqedən tutmuş, həddindən artıq pessimist mövqelərə rast gəlirik.
İnsan unikal, bütün müsbət keyfiyyətlərə malik mükəmməl varlıq kimi, təbiətinin qüsurlu olmasına görə məhvə düçar edilmiş varlıq kimi də qiymətləndirməyə rast gəlinir. Fransız filosof və teoloqu L.Teyar de Şarden yazırdı ki, insan dünyanın statik mərkəzi deyildir, o, təkamülün oxu və zirvəsidir. A.Şopenhaur isə deyirdi ki, insan ziyankar məxluqdur, o təbiətin xalturasıdır.
Fəlsəfənin iki min 500 ildən çox tarixi ərzində insana o qədər təriflər verilmişdir ki, heç bir fəlsəfi obyekt bu cür qiymətləndirilməmişdir. “Ağıllı varlıq”, “siyasi heyvan”, “təbiətin tacı”, “həyatın səhv addımı”, “əmək aləti hazırlayan heyvan”, “mənlik şüuru olan varlıq”, “azad və əxlaqlı varlıq” və s.
Bu çoxcəhətli fikirləri insanın öz təbiətində axtarmaq lazımdır. Bu “əbədi problem” sirrindən irəli gəlir, fəlsəfə öz predmetinin xarakteri və xüsusiyyətindən asılı olaraq bu əbədi problemlərə dəfələrlə qayıtmış və qayıdacaqdır. Bu sahədə bütün mühakimələrə istiqamət verən insanın mənşəyi məsələsidir. İnsanın meydana gəlməsi nəzəriyyələri içərisində şərti olaraq dörd əsas baxışı qeyd etmək olar:
İsveç naturalisti K. Linney (1707-1778) 1760-cı ildə yazdığı “İnsanın qohumları” əsərində insan və insana-bənzər meymunların oxşarlıqları öz əksini tapmışdır. Heyvanlığın sistematikasının verərkən ən sonuncu dəstəyi primat adlandırır və bu dəstəyə yarış meymanları, meymunları və insanı daxil edir.
XIX əsrdə fransız alimi Jan-Batist Lamark (1744-1829) canlı təbiətin təkamülü haqda ilk təlimini yarartdı. O, “Zoologiyanın pəncərəsi” (1809) əsərində insanın insanabənzər meymunlardan əmələ gəlməsini göstərmişdir.
Sonradan bu məsələ C.Darvin tərəfindən insanın heyvandan əmələ gəlməsini göstərmişdir. O, göstərirdi ki, insanın müasir meymunlardan deyil, köhnə dünya neymunlarının şaxəsindən inkişaf etmişdir.
Nəzəriyyələrdən biri insanın təbii mənşəli olmasından çıxış edir, onu cansızın, sonra isə canlı şeylərin təbii təkamülünn məhsulu sayır. Bu Ç.Darvinin 1859-cu ildə nəşr etdirdiyi, “Növlərin mənşəyi haqqında” əsərində irəli sürdüyü təkamül nəzəriyyəsinə əsaslanır. “Təbii”yanaşmanın tərəfdarları insanın həm Yer, həm də kosmik mənşəyə malik olması fikrini əsas götürürlər.
Kosmik baxış insanın fövqəltəbii başlanğıcla bağlayır, onu Allahın, yaxud Kosmik zəkanın yaradıcılığının məhsulu sayır.
İnsanın onu əhatə edən təbiət haqqında bilikləri inkişaf etdikcə özünə marağı artır, insan varlığının yeni-yeni xüsusiyyətləri aşkar olunur, bu sahədəki tədqiqatlar üçün geniş üfüqlər açılır. Həmçinin insana fəlsəfi maraq qısa zaman müddətində ictimai həyatda dərin və ciddi dəyişiklər olduqda meydana çıxır. Bu inqilabi dəyişiklərin təzyiqi altında insan münasibətləinin əsasını təşkil edən köhnə təsəvvür və əxlaqi dayaqlar sarsılır və belə dövrlərdə fəlsəfə insanın mahiyyəti, onun nəsibi, baş verən hadisələr görə məsuliyyəti və rolu haqqında əbədi problemlərə yenidən müraciət edilir. Ontologiya, qnoseologiya, etika və estetika ilə yanaşı tədricən insan haqqında bilik sahəsi formalaşır. Burada insanın ictimai, təbiət,kosmik proseslərlə qarşılıqlı əlaqəsi də öyrənilir.
İnsanın dərk edilməsi sahəsində filosofların, alimlərin çoxəsrlik cəhdlərini sistemləşdirsək görərik ki, həll edilmiş və mübahisəsiz qəbul edilən problemlər çox deyildir. İnsanın meydana gəlməsi, müəyyən tarixi başlanğıcı olan Yerdə həyatın inkişafı ilə sıx bağlıdır. 1982-ci ildə Vatikandakı papa elmlər Akademiyasının təşkil etdiyi konqressin iştirakçıları olan məşhur antropoloqlar, biokimyaçılar, genetiklər belə ümumi fikrə gəlmişlər ki, insan və heyvan dünyası arasında qohumluq əlaqələri vardır, insan və onu əhatə edən dünya təkamüldədirlər.
İnsan, onun mahiyyətinin necə olması kimi prinsipial məsələlərə aydınlıq gətirmək üçün insanın mənşəyi, şüurunun təbiəti, dili, yaradıcılığı, əxlaqı, mənəviyyatı və s. problemləri araşdırmaq vacibdir.
Göstərilən problemlərdən hər hansı birini izah etməyə çalışan tədqiqatçılar ilk əvvəl həyat nədir?; ilk insan nə vaxt və harada meydana gəlmişdir?; onun mənəviyyatının təbiəti necədir? kimi suallara cavab verməli olurlar. Bunlarda müəyyən məntiq, qanunauyğunluq, fatal qaçılmazlıq varmı, yaxud hər hansı təsadüf, anomaliya, özbaşınalıq, şıltaqlıq bunların səbəbləridir? Nəhayət, həyat kosmik hadisədir, yaxud yalnız bizim planetdə baş verir? İnsan – Kainatda yeganəmi ağıllı varlıqdır?
İnsanın öyrənilməsində “introvertiv” və “ekstravertiv” mövqelər də mühüm əhəmiyyətə malikdir. Birinci halda insanın şüur, qəlb, psixika, qüsurları, xeyirxahlığı kimi mühüm səciyyələrini təhlil etməklə onu “daxildən” öyrənməyə çalışırlar. Bu zaman insanın cismani və mənəvi mahiyyəti haqqındakı fəlsəfi düşüncələr təbiət elmlərinin empiik məlumatlarına əsaslanır. Hər şeydən əvvəl biologiya və psixologiyanın, az hallarda isə mistika, okkultizmin nailiyyətlərinə əsaslanırlar. İnsana “ekstravertiv” baxış isə sanki “xaricdən” təhlilə əsaslanır, ictimai və təbii olanla şərtləndiyi diqqət mərkəzində olur: bu qaydalara uyğun olaraq insanın Allah, Kosmos, Universum ilə bağlılığı təhlil olunur. Fəlsəfə burada tarix, sosiologiya, ekologiya, teologiya ilə əlaqəli şəkildə çıxış edir.
Deyilənlərdən belə nəticə çıxır ki, insanın fəlsəfi başa düşülməsi üçün vahid əsas yoxdur, belə əsasın gələcəkdə olması da şübhə doğurur. Yalnız onu qeyd etmək olar ki, yuxarıda deyilənlərin hansı birinin diqqət mərkəzində (kosmos, təbiət, Allah, cəmiyyət, insan) olmasından asılı olaraq müxtəlif dünyagörüşü mövqeləri ayrılır, insanı başa düşməyin bütün məsələləri həll edilir. Onlardan ən geniş yayılanları kosmomərkəzçilik, teomərkəzçilik, sosiomərkəzçilik, antropomərkəzçilik olmuşlar. Müxtəlif dövrlərdə bu fəlsəfi mövqelər müxtəlif cür meydana çıxmış, bu və ya başqa şəkildə həmişə mövcud olmuşdur.
Dostları ilə paylaş: |