Pestisidlər haqqında məlumat
Pestisid – iki latın sözündən yaranmışdır; «Pestis»-yolxucu xəstəlik, «sido»-öldürürəm, məhv edirəm. Pestisidlər və ya kimyəvi zəhərli maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunur. Tədqiqat nəticəsində məlum olmuşdur ki, hər il dünyada istehsal olunan dənli bitkilərin üçdə biri ziyanvericilər və fitopatoloji göbələklər vasitəsilə məhv olur.
Bitkilərin ziyanvericiləri və xəstəlik törədənləri əsasən həşəratlar, gənələr, yumuşaq bədənlilər, nemotodlar (həlqəli qurdlar), fitopotogen göbələklər, bakteriyalar, viruslar və bitki mənşəli orqanizmlərdir.
Kənd təsərrüfatının əsas ziyanvericilərindən biri də gəmiricilərdir. İnsanlar üçün təhlükəli xəstəliklər və epidemiyalar yayan ziyanverici həşəratlar və gənələrdir. Onlar malyariya, isitmə, ensefalit, vəba, taun kimi qorxulu xəstəliklərin yaranması və yayılmasında əsas rol oynayırlar.
XX əsrdə bu xəstəliklərin qarşısı demək olar ki, alınmışdır. Bir sıra dərman preparatları vasitəsilə peyvəndlər aparılır, eyni zamanda kəşf olunan zəhərli kimyəvi maddələrin köməyilə epidemic xəstəlikləri yayan zərərvericilər məhv edilir. Pestisidlər istifadə məqsədinə görə aşağıdakı qruplara bölünür:
a) insektisidlər – həşaratları məhv edənlər;
b) akavitsidlər – gənələri məhv edənlər;
c) nematotsidlər – qurdları məhv edənlər;
d) fungisidlər – bitki xəstəliklərini məhv edənlər;
q) bakteriosidlər – bakteriyaları məhv edənlər;
j) virisidlər – virusları məhv edənlər;
z) herbisidlər – alaq otlarını məhv edənlər;
i) zoosidlər – gəmiriciləri məhv edənlər.
Bitkilərin inkişafını sürətləndirən və ya ləngidən kimyəvi maddələr də pestisidlərə aid edilir. Bir sıra pestisidlər – defoliantlar və desikantlar pambığın maşınla yığılması zamanı tətbiq edilir.
Xalq təsərrüfatında herbisidlər, insektisidlər və fungisidlər daha çox istifadə edilir. Bu maddələrə tələbat ildən-ilə artdığından, yeni-yeni preparatlar kəşf edilir və onların istehsalı artıq zavodlar tərəfindən həyata keçirilir. Həşəratlara, alaq otlarına və ziyanverici heyvanlara təsir mexanizminə görə pestisidlər bir neçə qrupa ayrılır:
a) bir başqa təmas vasitəsilə təsir edənlər – həşəratların hər hansı orqanına toxunmaqla onları məhv edənlər;
b) həzm sistemi vasitəsilə təsir edənlər – həşəratlar və digər ziyanvericilər onları qida vasitəsilə qəbul etdikdə effektli təsir göstərir;
c) sistemli təsir göstərənlər – bitkiləri orqanları vasitəsilə yayılaraq, müəyyən inkişaf mərhələsində zəhərli təsir göstərərək ondan istifadə edən ziyanvericiləri məhv edir və sonrakı inkişaf mərhələsində zəhərləyici təsiri aradan qalxır;
d) fumiqant mexanizmi ilə təsir edənlər – belə pestisidlər həşaratların tənəffüs yolu ilə daxil olaraq onları məhv edir.
Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər:
a) kütləvi təsir edən herbisidlər - belə kimyəvi maddələr bütün bitkiləri məhv edir.
b) sellektiv – seçici herbisidlər – bu maddələr bir növ bitkiləri məhv edir və digər növlər üçün təsirli deyillər.
Kimyəvi tərkibinə görə bütün pestisidlər iki qrupa bölünür: qeyri üzvü və üzvi birləşmələr.
Pestisidlərin ilk tətbiq dövründə yalnız qeyri-üzvi maddələrdən istifadə olunurdu: qurğuşun 2-xlorid PbCl2, arsen3-oksid-As2O3, mis duzları, florid turşusunun duzları, kükürd, sulfat turşusunun törəmələri və s. Bütün qeyri-üzvi pestisidlər bir sıra xüsusiyyətlərinə görə effektli deyillər: yüksək dozada təsir edirlər, seçici olmadığına görə bütün canlılar üçün təhlükəlidir, təbiətdə uzun müddət davamlı halda qalaraq istifadə olunan su hövzələrini çirkləndirməklə ekoloji mühiti korlayırlar. Odur ki, XX əsrin 40-50-ci illərində qeyri üzvi pestisidlər üzvi pestisidlər vasitəsilə get-gedə sıxışdırılmağa başladı.
Petisidlərin toksiki göstəriciləri
Üzvi birləşmələr hesabına hazırda dünyada 100000-dən çox pestisid tətbiq edilir. Sovetlər zamanında isə 100-ə qədər pestisid istifadə edilirdi. Bütün pestisidlər əhəmiyyətli təsir göstərsələrdə, digər tərəfdən bütün canlılar üçün təhlükə mənbəinə çevrilirlər. Onlar uzun müddət yer qabığında qalaraq ekoloji mühitdə qarşısı alınmaz təhlükələr yaradırlar.
Zəhərlilik dərəcəsinə görə pestisidlər 4 qrupa ayrılırlar:
I. Yüksək zəhərli pestisidlər – LD50-heyvanların hər bir kq çəkisinə 50 mq təşkil edənlər.
II. Zəhərli və güclü təsir edən pestisidlər – LD100-heyvanların hər kq çəkisinə 50-200 mq təşkil edənlər.
III. Orta zəhərli pestisidlər – LD500-heyvanların hər bir kq çəkisinə 200-1000 mq təşkil edənlər.
IV. Az zəhərli pestisidlər – LD1000 – heyvanların hər bir kq çəkisinə 1000 mq-dan çox təşkil edənlər.
Hər hansı pestisidin dozasından başqa onun digər keyfiyyətləri də əsas götürülür. Məsələn, pestisidlərin orqanizmidə təsir effekti, yağlı mühitdə həll olma dərəcəsi, uçuculuğu və digər fizikikimyəvi xassələr.
Pestisidin istifadə spektri həmçinin onun «persistent» xassəsilə də ölçülür –ətraf mühitdə qalma müddəti. Digər göstəricilərdən biri də pestisidin «kumilyativ» xassəsidir: orqanizmdə pestisidin metabolizm müddəti və orqanizmdən kənar olma mexanizmi. Məs., DDT yalnız süd vasitəsilə orqanizmdən kənar edilir ki, bu da ən təhlükəli effekt deməkdir.
Kənd təsərrüfatının kimyalaşdırılması ərəfəsində xroniki intoksikasiya (mütamadi zəhərlənmə) ətraf mühiti korlayaraq ekoloji ziddiyyətlərin yaranması prosesi sürətlənərək hazırki vəziyyətə çatmışdır.
Ekoloji mühitin korlanmasında pestisidlər sintez olunan zavodlarda təhlükəsizlik texnologiyasının pozulması, zavod tullantılarının su hövzələrinə və atmosferə buraxılması ilə yanaşı, onların daşınması, saxlanması qaydalarına əməl olunmaması, həmçinin istifadəsi zamanı dozaların çoxalması və s. rolu böyükdür.
Pestisidlərin bioloji obyektlərdə kimyəvi-fiziki analizi
Ekoloji obyektlərdə pestisidlərin ayrılması və miqdarının təyini mürəkkəb bir proses olub hər bir pestisid üçün xüsusi həlledicilər və reaktivlər tələb olunur.
Qeyri-üzvi pestisidlərin sayı az olduğundan onların ayrılması və təyini metodu işlənib hazırlanmışdır.
Pestisidlərin bioloji materiallardan ayrılması üzvi həlledicilər vasitəsilə ekstraksiya yolla həyata keçirilir. Bu zaman pentan, nheksan, heptan, petroleum efiri, xloroform və karbon 4-xlorid kimi həlledicilərdən istifadə olunur. Hələlik ümumi bir universal üsul olmadığından pestisidlərin bioloji obyektlərdən ayrılması və təmizlənməsi çox vaxt aparan bir əməliyyat hesab olunur.
Üzvi pestisidlərin tərkibindən asılı olaraq onların müəyyən qrupları üçün xüsusi metodlar işlənib hazırlanmışdır. Xlorüzvi birləşmələrin pestisid kimi istifadə olunan qrupları üçün ümumi sxem məlumdur.
Ətraf mühitin spesifikliyindən asılı olaraq – hava, torpaq, su, bitkilər və onların məhsulları, ət -süd məhsulları-pestisidlərin ayrılması və analizi fərdi yanaşma tələb edir.
Əsas tətbiq olunan üsullar – üzvi həlledicilər vasitəsilə ekstraksiya, su buxarı vasitəsilə ayrılma, kristallaşma – effect vermədikdə nazik təbəqə xromotoqrafiyası və qazxromotoqrafiyası metodlarından istifadə olunur.
Kəmiyyət və keyfiyyət analizi nəticəsində ayrı-ayrı pestisidlərin ilkin tərkibindən başqa, onların çevrilmə məhsulları da müəyyən edilir.
Ekologiyanı çirkləndirən və ən çox zəhərlənmələrə səbəb olan pestisidlər hallogenli, fenoltörəmələri, karbamid birləşmələri, fosfat turşusunun müxtəlif efirləri və element üzvi birləşmələrdir.
Hallogenli pestisidlər
Ən çox istifadə olunan xlorüzvi birləşmələrdən DDT qrup insektisidlərini göstərmək olar. DDT-4-4dixlor – difeniltrixlor metil metan – C14H9Cl5-1939-cu
ildə İsveçrəli Paul Müller tərəfindən sintez olunmuşdur. Yeni insektsid malyariyaya qarşı effektiv təsir göstərdiyinə görə 1948- ci ildə P.Müllerə Nobel mükafatı təqdim edilmişdir. Ən çox tətbiq olunan insektisidlərdən olub, 1964-cü ildə Birləşmiş millətlər təşkilatı (BMT) tərəfindən istifadəsinə qadağa qoyulmasına baxmayaraq SSRİ-də 70-ci illərdə, Azərbaycanda isə 80-ci illərdə də istifadə edilirdi. İstiqanlı ziyanvericilər üçün güclü zəhər olub LD50 200 mq/kq təşkil edir. DDT-ni sulfat turşusunun (katalizator kimi) iştirakı ilə xloral və xlorbenzoldan alırlar:
DDT ağ rəngli iysiz, dadsız kristallik maddə olub su, turşu və qələvilərdə həll olmur. Bir çox üzvi həlledicilərdə və yağlarda yaxşı həll olur. DDT həşəratların məhv edilməsi nöqteyinəzərindən əvəz olunması pestisid olub bir başa təmas nəticəsində təsir edir. Bütün istiqanlı heyvanlar və insanlar üçün təhlükəli zəhər hesab olunur. O, mərkəzi sinir sistemini korlayaraq qara ciyər və böyrəkləri sıradan çıxarır. Orqanizmə daxil olan 1 qram DDT müalicə olunmaz fəsadlar törədir.
Tərkibində daha çox yağ olan meyvələr DDT ilə təmasda olduqda daha təhlükəlidir. Onun yağlı qarışığı asanlıqla orqanlara yayılır. Kumilyativ pestisid olub orqanizmdə 20 gün qala bilir. Davamlılığına və uçuculuğuna görə uzun müddət sərbəst qala bilir. Cəmi 3-4 həftə ərzində Yer kürəsini dolaşa bilir, hətta DDTyə Antarktidada rast gəlinmişdir.
DDT-nın keyfiyyət analizini aşağıdakı üsulla aparmaq olar:
qatı sulfat turşusu və natrium nitratın iştirakı ilə 125-1300C-də nitrolaşma aparılır və reaksiyanın son məhsulunu natrium metilat əlavə etdikdə məhlul bənövşəyi rəngə çevrilərsə deməli nümunədə DDT-nin varlığı aşkar edilir. Reaksiya çox həssas olub 0,5 mq DDT olduqda belə təyin edilə bilər.
Deyildiyi kimi DDT-nin orqanizmdən kənar olunması xeyli zaman tələb edir. Mədə-bağırsaq vasitəsilə, sidiklə və süd vasitəsilə kənar edilir. Bu zaman böyrəkləri və süd vəzlərini zədələyərək bəd xassəli şişlərin yaranmasına səbəb olur. DDT orqanizmdə qismən dehidroxlorgenaza fermentinin təsiri ilə zərərsizləşdirilərək dixlordifenil sirkə turşusuna çevrilir və sidiklə ifraz olunur.
Heksaxlorsikloheksan(HXSH)
DDT pestisid kimi istifadədən kənarlaşdırıldıqdan sonra, digər xlorlu pestisid tətbiq edildi-heksaxlorsikloheksan C6H6Cl6. Bu pestisid dünyada istifadəsinə görə yalnız DDT-dən geri qalmışdır. Onu fotokimyəvi yolla benzolu xlorlaşdıraraq sintez edirlər C6H6+3Cl2 C6H6Cl6 Reaksiya zəncirvari xarakterlidir. Texniki yolla alınan heksaxlorsikloheksan təmiz olmayaraq tərkibində digər izomerlər hepta – və oktaxlorsikloheksan, həmçinin digər aralıq məhsullar da olur. Preparatın bütün izomerləri üzvi həlledicilərdə – benzol, toluol, ksilol, metil və etil spirtləri, xloroform, etilen xlorid, aseton, efirlər və s. yaxşı həll olurlar. Bütün izomerlər sulfat, nitrat, xlorid turşularına qarşı davamlıdır. İzomerlərdən - izomer- lindanın tərkibində 99 -100% heksaxlorsikloheksan olub, bitki zərərvericilərinə qarşı güclü preparat kimi tətbiq edilir.
Bu qamma – izomer, kristallik maddə olub, 112,80C-də əriyir, suda həll olmur və xoşagəlməz iyə malikdir. Bu insektisid həm «kontakt» həm də bağırsaq vasitəsilə təsirə malikdir. Toxumların kimyəvi üsulla təmizlənməsində istifadə olunan HXSH, tərkibinə əlavə edilmiş kimyəvi birləmələrə görə müxtəlif adlarda buraxılır.
Heksaxlorsikloheksan insektisid xassəsindən başqa, bitkilərin inkişafını sürətləndirən keyfiyyətə də malikdir. Bioloji obyektlərdə HXSH təyin etmək üçün altı atom xlor metal natrium vasitəsilə çıxarılır və yerdə qalan məhlulgüclü qələvi məhlulda metiletilketonla bənövşəyi qırmızı rəng verir. Heksaxlorsikloheksanın toksiki təsiri müxtəlif olub dozasından və obyektdən asılıdır. Bütün istiqanlı heyvanlar və o cümlədən insanlar üçün təhlükəli zəhərdir. Zəhərlənmənin əlaməti baş ağrısı ilə başlayır, sinir sistemini iflic vəziyətə salaraq ölümlə nəticələnir. İnsanlar üçün öldürücü doza müəyyən edilməmişdir.
Karbamin turşusunun törəmələri
Geniş istifadə olunan pestisidlərdən biri də sevindir.
Sevin ağ rəngli kristal maddə olub 1420C-də əriyir, suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olur. Adi şəraitdə oksidləşmir və suda öz xassəsini saxlayır, lakin qələvi mühitdə hidrolizə uğrayaraq parçalanır və öz təsirini itirir. Sevin həşaratları və gəmiriciləri məhv etmək üçün işlədilir. Onu təyin etmək üçün 2%-li civə 2-xlorid məhlulu ilə qarışdırıb saxlayırlar. Rəngsiz kristalların alınması Sevinin olduğunu göstərir. Reaksiya çox həssas olub 10 mkq sevin olduqda belə təyin edilə bilir. Sevinin zəhərləyici təsiri onun xolinesteraza fermentinin ingibitoru olmasına əsaslanır. Yəni onun sintezini məhdudlaşdırır və orqanizmin müdafiə qabiliyyətini azaldır.
Fosforlu pestisidlər
Fosforlu üzvi birləşmələr pestisid kimi geniş istifadə edilir. Onlar tiofosfat H3PO3S, ditiofosfat H3PO2S2 və pirofosfat turşusunun H4P2O7 efirləri olub ilk dəfə 1846-cı ildə Tenar tərəfindən sintez edilmişdir. Praktiki əhəmiyyəti isə XX əsrin
əvvəllərində müəyyən edilmişdir. Fosforlu üzvi birləşmələr xalq təsərrüfatında pestisid kimi – insektisid, akarisid- geniş istifadə olunur. Üstün cəhətlərindən biri insan və heyvanlar üçün təhlükəsiz olmasıdır. Kənd təsərrüfatında fosforlu pestisidlərin 80-a yaxın növləri tətbiq edilir.
Əsasən pambıq dənli bitkilər, tərəvəz, meyvə ağaclarının zərərvericilərinə qarşı tətbiq edilir. Eyni zamanda evdə olan milçəklər, ağcaqanadlar, ev quşları və ev heyvanlarının parazitləri üçün əlverişli pestisiddir. Onlardan metafos və tiofos geniş tətbiq edilməkdədir, bütün istiqanlı heyvanlar və insanlar üçün güclü zəhər hesab olunur. İlk növbədə tənəffüs yollarına təsir edir, mədə-bağırsaq sisteminin
işini pozaraq halsızlıq yaradır və yüksək dozada – LD50=800 mq/kq – öldürücü təsir göstərir. Odur ki, onun daşınması, saxlanması və istifadə qaydalarına ciddi əməl olunmalıdır. Torpaqda uzun müddət qalaraq ekologiyanı korlayan pestisid hesab olunur. Xlorofos ilk dəfə 1952-ci ildə sintez edilmişdir. Xlorofos rəngsiz kristallik maddə olub 820C-də əriyir. Suda və üzvi həlledicilərdə yaxşı həll olur. O, xlorofosun metabolizminin məhsulu olub ilk dəfə 1965-ci ildə sintez edilmişdir. Dixlorofos rəngsiz məhlul olub, suda az (1%), üzvi həlledicilərdə ilə yaxşı həll olur. Qaynaması 350C-də başlayır və 1200C-yə qədər davam edir. LD50 gəmiricilər üçün 50-330 mq/kq, ev dovşanları üçün 50 mq/kq təşkil edir.
Xlorofos və dixlorofos insan və istiqanlı heyvanlar üçün də çox təhlükəlidir. Bu pestisidlər orqanizmdə xolinesteraza fermentinin sintezini dayandıraraq, asetilxolinin torplanmasına səbəb olur və ölümlə nəticələnir.
Heyvanlar bu preparatlarla zəhərləndikdə ağız suyunun ifrazı çoxalır, gözlərindən su gəlir, tez-tez sidik ifraz edərək hərəkətləri pozulur. Bir qədərdən sonra əsməyə başlayır və qan təzyiqi əvvəlcə qalxır, sonra isə aşağı düşür. Zəhərlənmə 10-15 dəqiqə ərzində məlum olur. Bu da xlorofos və dixlorofosun qana sürətlə keçməsilə əlaqədardır. İnsanlarda xlorofos və dixlorofosla zəhərlənmə 20-30 dəqiqədən sonra aşkar edilir. Bu zaman kəskin baş ağrısı ilə ağız suyunun və sidiyin ifrazı çoxalır, bronxial asma əlamətləri başlayaraq tənəffüs çətinləşir. İnsan huşunu itirməyə başlayır və qan təzyiqinin sürətlə aşağı düşməsi nəticəsində ürək fəaliyyəti dayanır.
Xlorofos və dixlorofos orqanizmdə metabolizm prosesinə uğrayaraq, dehidroxlorlaşma reaksiyası ilə müşayət olunan çevrilmənin son məhsulu, qlükon turşusu olur. Xlorofos qəbulundan 5 dəqiqə sonra o qana keçmiş olur. O, heyvanların ətində, südündə və yağında dəyişməz formada aşkar edilmişdir. Xlorofos orqanizmdə bir molekul HCl ayıraraq dixlorofosa çevrilir. Bu isə fermentlərin təsirilə tezliklə hidrolizə uğrayır. Son məhsullar uzun müddət (hətta 3 ay) orqanizmdə qala bilir. Odur ki, bu pestisidlərdən istifadə edildikdə təhlükə sizlik texnikasına əməl edilməlidir. İstehsal tullantıları isə çaylara və su hövzələrinə axıdılmamalıdır. Suda və torpaqda dəyişikliyə uğramadan uzun müddət qalır.
Toksiki metallar
Ətraf mühitin çirklənməsində və canlı orqanizmlər üçün təhlükə mənbət olan maddələrdən biri də zəhərli elementlərdir. Bunlar 14 element olub onların toksiki xassələri şübhəsiz konsentrasiyadan çox asılıdır:
Hg, Pb, Cd, As, Sb, Sn, Al, Be, Fe, Cu, Ba, Cr, Ti.
Bunlardan bəziləri aşağı qatılıqda normal həyat fəaliyyətiüçün lazımlı elementlərdir. Odur ki, bəzi maddələrin əhəmiyyətli və zərərli xassələrini müəyyən edən dəqiq sərhəd yoxdur. Su hövzələrinin, atmosferin, torpağın, kənd təsərrüfatı
bitkilərinin və ərzaq məhsullarının toksiki metallarla çirklənməsi aşağıdakı yollarla baş verir:
- sənaye müəssisələrinin tullantıları – xüsusən daş kömür, metallurgiya və kimya zavodları;
- şəhər nəqliyyatının tullantıları – qurğuşun etilatlı benzinlərdən istifadə edildikdə.
- konservləşdirmə zamanı qabların iç divarına keyfiyyətsiz örtük çəkilməsi və keyfiyyətsiz lehimləmə zamanı;
- sənaye avadanlıqları ilə təmas nəticəsində – yeyinti sənayesində çox az hallarda paslanmayan poladdan istifadə edilir;
- alüminium və qurğuşun folqalardan ərzaq məhsullarının qablaşmasında istifadə olunduqda.
Ağır metallar Pb, Hg, Cd, Arsen, Stibium və s. hətta birləşmələr halında orqanizmə daxil olduqda güclü zəhərlənmələr baş verir. Onlar, qanda olan aminturşularla, fermentlərlə və vitaminlərlə kompleks birləşmələr əmələ gətirərək onları «xidmət sahələrindən» çıxararaq orqanizmin həyat fəaliyyətinə ciddi təsir göstərirlər.
Qurğuşun və onun birləşmələri məişətdə çox istifadə edilir. Qurğuşun filizlərinin çıxarılması, akkumlyatorların istehsalı, qurğuşun əridilməsi zavodları, belil və surik kimi rənglərin istehsalı zamanı qurğuşun zəhərlənmələri baş verir. Məişət qablarının emal qatları PbSiO3-dən ibarət olur. Kərpiç, fosfor-fayans əşyaları, məişət qabları və s-nin üzünə keyfiyyətsiz emal çəkildikdə mətbəx zəhərlənmələri baş verir. Qurğuşun zəhərlənmələri içməli sudan (su qurğuşun trubadan keçərsə), tütündən, ərzaq məhsullarının qurğuşun lövhəyə bükülməsi zamanı və qurğuşun gübrələrindən də ola bilər. Qurğuşun protoplazmatik zəhər olub əsasən sinir sisteminə, qana və sümüklərə təsir edir. Qurğuşun və birləşmələri mədə şirəsində həll olduğuna görə təhlükəlidir. Ölüm dozası qurğuşun birləşmələrindən çox asılıdır. Uşaqlarda zəhərlənmə hadisəsi tez baş verir. Hətta qurğuşun istehsalı ilə məşğul olmayan insanlar orta hesabla 0,5 mq qurğuşun qəbul edir. Bu birləşmələr əsasən sümük toxumasında, qara ciyərdə və böyrəklərdə toplanır. Qəbul edilmiş qurğuşun və onun birləşmələrinin 10%-ə qədəri orqanizmdə uzun müddət qala bilir. Qalan hissəsi mədə-bağırsaq yolu ilə kənar edilir.
Qurğuşun birləşmələrindən ekoloji təhlükəli olanı qurğuşun etilatdır – Pb(C2H5)4; O, əsasən antidedanator kimi benzin yanacaqlarında istifadə olunur. Qurğuşun etilat əlavə edilməklə Aİ-90, 92, 93, 95, 98 markalı benzin yanacağı istehsal edilir.
Barium. Barium və onun birləşmələri orqanizm üçün güclü zəhər hesab olunur. Orqanizmə daxil olan barium aminturşularla birləşərək onların bioloji rolunu aradan qaldırır və funksional pozğunluqlar yaradır. Bariumun birləşmələri kənd təsərrüfatında (BaCl2, BaSiO3) sənayedə şüşə və saxsı istehsalında geniş tətbiq edilir. BaSO4 duzundan mədə-bağırsaq yollarının rentgen analizi zamanı kontrast maddə kimi istifadə olunur. Odur ki, ətraf mühitin barium birləşmələri ilə çirklənməsi qarşısı alınmaz prosesdir. Barium birləşmələrinin filizlərdən alınması zamanı, zavod tullantılarını su hövzələrinə axıtdıqda canlılar üçün təhlükə mənbəinə çevrilir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, BaCO3-ın 0,8-0,9 qramı ürək əzələlərinin paralicinə səbəb olaraq ölümlə nəticələnə bilir. Tibbdə kontrast maddə kimi (adətən rentgen annalizində 100 qram duzdan istifadə edilir) BaSO4-ın tərkibində BaCO3 ola bilər ki, bu da BaCO3-ın mədə şirəsində olan xlorid turşusununtəsirindən asanlıqla reaksiyaya daxil olması ilə əlaqədardır. Ba duzları ilə zəhərlənmə qan təzyiqinin dəyişməsi, mədə divarlarının zədələnməsi nəticəsində qanaxma baş verməsi və qaraciyərdə funksional pozğunluqların baş verməsi ilə xarakterizə olunur.
Manqan .Son illərdə manqanın birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilməkdədir. Manqan elementinin orqanizmdə mikro-element kimi əhəmiyyəti ilə yanaşı, onun çox miqdarı güclü zəhər olub hüceyrənin protoplazmasını dağıdaraq ağır təsadlar əmələ gətirir. Manqan birləşmələri mərkəzi sinir sisteminin, böyrəklərin, ağciyər və qan-damar sisteminin fəaliyyətinə güclü təsir göstərir. Manqan birləşmələri şüşə istehsalında (rəngli şüşələrin alınması), metallurgiyada (ərintilərin alınması), tekstil sənayesində (parçalar üzərində rəngli naxışların və şəkillərin alınması), məişət qablarına emal örtüklərin çəkilməsində istifadə olunur.
Kalium permanqanat duzundan isə tibbdə istifadə olunur. Onun tifadəsi zamanı tətbiq dozasına əməl olunmadıqda güclü zəhərlənmələr baş verir. Ölüm dozası 15-20 qram olaraq müəyyənləşdirilmişdir. Kalium permanqanat güclü oksidləşdirici olduğundan mədəbağırsaq qişasını dağıdaraq qanaxmaya səbəb olur. Orqanizmdə manqan qaraciyərdə və böyrəklərdə birləşmələr şəklində toplanır. Orqanizmdə 1,8 milliqram manqan element şəklində vardır. Bu miqdar çox olduqda mənfi təsir göstərməyə başlayır. Belə ki, qanın hemoqlobinində dəmirin antoqonistinə çevrilərək qan dövranının normal funksiyasını pozur. Manqan filizlərindən MnO2 alınarkən texnoloji prosesə düzgün əməl olunmadıqda manqan birləşmələri toz halında atmosferə yayılır. Bu cür hava ilə tənəffüs etdikdə mərkəzi sinir sisteminin
pozulması halları müşahidə edilir. Manqan birləşmələrinin havada miqdarı 0,0003 mq/l-dən çox olmamalıdır. SSRİ zamanında Bakıda MnO2 istehsal olunurdu. Bu zaman ekologiyanın çirklənməsi labüd proses olaraq qalırdı.
Xrom. Xrom birləşmələri xalq təsərrüfatında geniş istifadə edilir. Dəmiri korroziyadan qorumaq üçün üzərinə Xrom təbəqəsi çökdürülür. Dəri-gön məmulatlarının aşınlanması və rənglənməsi zamanı xrom birləşmələrindən istifadə olunur. Əvvəllər xrom birləşmələrindən (xromat və bixromatlar) kənd təsərrüfatında insektsid kimi istifadə olunurdu. Qüvvətli zəhər hesab edildiyin202
dən onların tətbiqi dayandırılmışdır. Buna baxmayaraq xrom birləşmələrinin istehsalı, xromlu məişət əşyalarının hazırlanması zamanı tullantıların su hövzələrinə axıdılması baş verir ki, bu da ekologiyanın korlanması ilə müşahidə olunur.
Mis. Misin birləşmələri sənayedə və kənd təsərrüfatında geniş tətbiq edilməkdədir. Parçaların rənglənməsində, inşaat rənglərinin alınmasında mis birləşmələrindən – CuO, CuCl2, Cu(NO3)2, CuCO3 Cu(OH)2 malaxitdən geniş istifadə olunur. CuSO4- duzandan qalvanoplastikada, yazı rənglərinin hazırlanmasında, ağac materiallarının uzun müddət çürüməsinin qarşısını almaq üçün hopdurucu maddə kimi istifadə olunur. Bir sıra birləşmələri zəhərli olduğundan kənd təsərrüfatında
insektofunksid kimi tətbiq edilir. CuO, CuCl2, Cu(OCl2)2, CuCO3Cu (OH)2 -ın 10 qramı insanların ölümlə nəticələnən zəhərlənməsinə səbəb olur.
Mis atomları zəhərli olduğundan məişət qablarında xörək bişirilərkən mütəmadi zəhərlənmə hadisələri baş verirdi. Bunun qarşısını almaq üçün mis qabları qalay örtüklə örtməyə başladılar. Mis birləşmələri sintez olunan zavodlarda zəhərlənmə hadisələri çox olur. məs. insektofunksid kimi tətbiq edilən paris yaşılı – Cu(CH3COO)2 3Cu(AsO2)2 və şeele yaşılı – Cu2As2O5 çox zəhərli olduğundan (1-1,5 qramı ölümlə nəticələnə bilər) onun istifadəsi və saxlanması zamanı təhlükəsizlik texnikasına əməl olunmadıqda ekoloji çirklənmələr baş verir. Suda asan həll olunduğundan su hövzələrində toplanaraq təhlükə yaradır.
Torpaqda isə uzun müddət qalaraq bitkilər vasitəsilə insanlara keçə bilir ki, bu da kannserogen (xərçəng şişləri əmələ gətirən maddələr –kanserogen adlanırlar) xassəyə malik olur. Mis və onun birləşmələri paxlalı bitkilərin toxumlarında və qaraciyərdə toplanırlar.
Stibium-sürmə. Stibiumun birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilməkdədir. Stibium - kalium tartarat SbO (C4H4O6) K 0,5H2O, Sb2O3, Sb2O5, Sb2S5-qabların üzərinə emal təbəqəsi çəkmək üçün, şüşə istehsalında, toxuculuq sənayesində, oda davamlı parçaların, rezinin istehsalında istifadə olunur.
Stibium birləşmələri tibbdə və kosmetikada geniş tətbiq edilir. Surmin, stibenil, neostibazon, solyusurmin kimi dərman preparatlarında stibium birləşmələri əsas tərkib hissəni təşkil edir. Stibium birləşmələri böyük dozada istifadə edildikdə zəhərlənmə hadisələri baş verir. Belə ki, SbO (C4H4O6) K 0,5H2O-nun 150 milliqramı ölüm dozası hesab olunur. Qədimdə qadınlar stibiumdan qaşların və kirpiklərin rənglənməsində istifadə edirdilər. Sürmə-stibium türk sözü olub onların
birləşmələrinin tətbiqi zamanı meydana gəlmişdir. Stibiumun birləşmələri orqanizmdə uzun müddət qalaraq qaraciyərdə və böyrəklərdə toplanır ki, bu da patoloji xəstəliklər törədir. Odur ki, stibium birləşmələrinin istehsalı və tətbiqi zamanı ekologiya çirklənir. Zavod tullantıları atmosferə və yer qabığına yayılaraq uzun müddət dəyişmir.
Arsen. Arsenin birləşmələri qədim zamanlardan indiyə qədər farmasevtlərin, toksikoloqların və kimyaçıların diqqətini cəlb etməkdədir. Arsen birləşmələri çox zəhərli olduğundan insanların qisas məqsədi ilə istifadə silahına çevrilmişdir. Ən qorxulu cəhət odur ki, bu zəhərlər iysiz olub şirintəhər dada malikdir. Arsenin zəhərli birləşmələri çox az miqdarda istifadə edilirdi ki, bu da uzun müddətli təsir göstərərək ölümün sirinin açılmamasına səbəb olurdu. Arsenin qeyri-üzvi birləşmələrinin 0,05-0,1 qramı ölüm dozası hesab olunur. Odur ki, az miqdarından cinayət məqsədi ilə istifadə edilmiş və edilməkdədir. Arsenin birləşmələrindən hazırda da xalq təsərrüfatında geniş tətbiq edilir.
As2O3-dən kənd təsərrüfatında insektisid və konservant kimi, şüşələrin rəngsizləşdirilməsində, gön-dəri sənayesində və tibbdə istifadə olunur.
Natrium arsenatdan – Na3AsO3 kənd təsərrüfatında insektisid kimi, kalsium arsenitdən Ca(AsO2)2 çəyirtkələr, ağcaqanadlar və gəmiricilərlə mübarizədə istifadə olunur. Kalsium arsenatlar [Ca3(AsO4)2 CaHAsO4] insektisid kimi hazırda da tətbiq edilməkdədir. Arsenin tibbi preparatları-Fauler məhlulu, natrium arsenat, miarsenol, novarsenol, osarsol və başqaları toksikoloji əhəmiyyətə malikdir. Arsenin hidrogenli birləşməsi – AsH3 qaz halında olub çox zəhərlidir. Sənaye obyektlərində və məişətdə arsen hidridlə zəhərlənmə halları tez-tez baş verir. Orqanizmə daxil olan arsen fermentlərin – SH qrupları ilə birləşərək onların fosforlu birləşmələrin çevrilmələrindəki rolunu aradan qaldırır. Digər tərəfdən toxumalara daxil olan arsen onları iflic vəziyyətə salaraq məhv edir. Arsenlə zəhərlənmə zamanı ağızda metal tamı əmələ gəlir, kəskin mədə ağrılar ilə müşahidə olunan mədə bağırsaq işləmələri, susuzluq və qusma hadisələri özünü göstərir. Orqanizmə daxil olan arsen sidik və mədə-bağırsaq möhtəviyatı ilə xaric olunur. Toxumalarda isə uzun müddət qala bilir. Qara ciyərdə toplanaraq toxumaları məhv edir və orqanın funksiyasını pozaraq serroz baş verir. Arsenlə zəhərlənmə hadisəsi bir neçə ildən sonra da müəyyən edilir. Çünki sümükdə, dırnaqlarda və saç tükündə arsen dəyişmədən uzun müddət qala bilir. Arsenli birləşmələrin sintezi zamanı onun müəyyən miqdarı toz halında atmosferə, məhlul halında yer qabığına yayılır ki, bu da ekoloji çirklənmə törədir. Arsen təbii halda yer qabığında birləşmələr şəklində geniş yayılmış elementlər sırasına daxildir. Torpaqda, suda, bitki və heyvan mənşəli yeyinti məhsullarında eləcə də kal meyvə və tərəvəzlərdə xeyli miqdar arsenli birləşmələr toplana bilir. İnsanlar tərəfindən arsenin gündəlik qəbul dozası 1 milliqrama qədər olur ki, bu da normal hal sayılır. Bu zaman zəhərlənmə hadisəsi baş vermir.
Bismut .Bismut metal və birləşmələr halında xalq təsərrüfatında geniş tətbiq edilir. Metal bismut aşağı temperaturda əriyən ərintilərin alınmasında istifadə edilir. Bismut birləşmələrindən fotoqrafiyada, kosmetik preparatların hazırlanmasında, tibbdə [BiOCl; Bi(NO3)3 ∙ 5H2O; Bi(NO3)3; Bi (OH)3] istifadə olunur. Bismut oksiddən – Bi2O3 billur şüşə istehsalında istifadə olunur. Bismutun suda həll olan duzlarından tibbdə dəri-zöhrəvi xəstəliklərində indi də istifadə olunur. Onların tətbiqi zamanı orqanizmdən və tətbiq dozasından asılı olaraq zəhərlənmə
hadisələri baş verə bilər. Bismut birləşmələri ilə zəhərlənmə zamanı sinir sisteminin pozğunluqları müşahidə olunur. Orqanizmə təbii yolla daxil olan bismut birləşmələri mədə şirəsində olan birləşmələrlə, süd turşusu və başqa üzvi maddələrlə asan həll olan kompleks duzlar əmələ gətirərək asanlıqla qana sorula bilir. Bismut birləşmələri orqanizmdə uzun müddətqala bilir. Tər vəzləri ilə xaric olunan bismut birləşmələri dəridə səpişiklər və yaralar əmələ gətirmək xassəsinə malikdir.
Kadmium. Kadmium və birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilir. Tez əriyən ərintilərin, qələvi akkumlyatorlarında elektrodların, kadmium lampalarının, mətbəə şriflərinin hazırlanmasında kadmium metalından istifadə olunur. Kadmium metalı əridilərkən çox zəhərlidir. Onun oksidi daha zəhərli olub mədə turşusunda (HCl) həll olaraq xlorid şəklində qana tez keçir. Kadmiumdan məişət qablarının üzərinə örtük çəkilir. Həmin qablarda turş yeməklər hazırladıqda kadmiumla zəhərlənmələr baş verir. Həzm sisteminə düşən kadmium birləşmələri böyrəklərin fəaliyyətinə təsir edərək onların tez sıradan çıxmasına səbəb olur. Eləcə də qaraciyərin və ürəyin piylənməsinə, bağırsaq qanaxmalarına şərait yaradır. Kadmium birləşmələri tütündə daha çox olur. Odur ki, siqaret çəkən zaman kadmium oksid tüstü ilə birlikdə tənəffüs yollarına, oradan da qana keçərək böyrəklərdə və qaraciyərdə toplanır. Kadmiumun ölüm dozası insanlar üçün müəyyən edilməmişdir. Lakin, onun havada miqdarı 0,0001-0,001 mq/m3 miqdarında ola bilər. Oksidinin aerozulu atmosferdə 2500-2900 mq/m3 olduqda ölüm dozası hesab olunur. Orqanizmdən kadmium çox gec xaric olur. Ağır metal kimi amin, karboksil və merkapta qruplu zülallarla həll olmayan birləşmələr əmələ gətirərək toxumalarda toplanır. Kadmium mikroelement kimi bir sıra bitkilərin tərkibində olmasına baxmayaraq, onların qəbulu zamanı zəhərlənmə hadisələri baş vermir. 1955-ci ildə Yaponiyada kadmium birləşmələrinin əmələ gətirdiyi xəstəlik müşahidə edilmiş və buna «itai-itai» adı verilmişdir. Əksərən yaşlı qadınlarda əmələ gələn bu xəstəliyin baş vermə səbəbləri təhlil edildikdə məlum olmuşdur ki, orta Yaponiyanın İtsu çayı sahilində istismar olunan sink mədənlərindən suya kadmium birləşmələri keçərək suvarılan düyü plantasiyalarında məhsula daxil olur və belə düyü ilə qidalanan insanlarda, kadmium sümükdə olan kalsiumu əvəz edərək, sümüklərin elastikliyini azaldır və sümüklərin azacıq təzyiqdən belə qırılmasına səbəb olur. Digər tərəfdən orqanizmə daxil olan kadmium sink metalını onun fermentlərində əvəz edərək fermentlərin funksiyasını pozur. Nəticədə proteinuriya (sidikdə zülalın miqdarının artması) baş verir. Kadmium və birləşmələri sintez edilən zavodlarda kadmiumla zəhərlənmələr tez-tez baş verir. Odur ki, təhlükəsizlik texnikasına əməl olunmalı və zavod tullantıları atmosferə və su hövzələrinə yayılmamalıdır.
Sink .Sinkin bir sıra birləşmələri sənayedə, kənd təsərrüfatında, məişətdə və tibbdə geniş istifadə edilir. Onun suda həll olan duzları çox zəhərlidir. Sink xloriddən dəmiryol şpallarının çürüməsinin qarşısını almaq üçün hopdurucu maddə kimi istifadə edilir. Lehimləmə prosesində də sink xloriddən istifadə edilir. Sink fosfiddən – Zn3P2 gəmiriciləri məhv etmək üçün, sink sulfatdan isə parçaların rənglənməsi zamanı istifadə olunur. Odur ki, sink birləşmələri ekoloji çirklənmə yarada bilir. Dəmir əşyaları korroziyadan qorumaq üçün üzəri sink təbəqəsi ilə örtülür. Sinklənmiş məişət qablarında yemək bişirilərkən sink birləşmələri ilə zəhərlənmə hadisələri baş verir. Sinkin az miqdarı mikroelement kimi orqanizm üçün vacib elementlərdən olub, onun çatışmaması zamanı xərçəng xəstəliyi əmələ gəlir. Çox miqdarı isə güclü zəhər olub mədəaltı vəzdə toplanaraq onun fəaliyyətini məhdudlaşdıraraq hormonların sintezini dayandırır. Sink duzları ilə zəhərlənmə zamanı güclü qusma hadisəsi baş verir ki, bu da müdafiə refleksi olaraq sinkin orqanizmdən xaric olmasını təmin edir. Sink filizlərinin çıxarılması, latun və bürünc istehsalı ilə məşğul olan fəhlələrdə tez-tez zəhərlənmə hadisəsinə rast gəlinir. Bu zaman bədən temperaturası 39-400C qalxa bilir. Sink birləşmələri sintez edilən zavod tullantıları təbiətə yayıldıqda ekoloji çirklənmə yaradır.
Tallium. Tallium birləşmələri şüşə sənayesində, elektrik lampalarının hazırlanmasında kənd təsərrüfatı ziyanvericiləri, əsasən gəmiricilərlə mübarizədə, funqsid məqsədilə geniş tətbiq edilir. Tallium duzlarından az miqdarda tibbdə tüklərin tökülməsi zamanı istifadə edilir. Talliumun bütün birləşmələri çox zəhərli
olub, ilk növbədə tüklərin tökülməsi ilə müşahidə olunur. Zəhərlənmə zamanı həzm sisteminin funksiyası pozulur, böyrəklər və qaraciyər zədələnir və sinir sisteminin iflici baş verir. Tallium sulfatın ölüm dozası 0,1-0,2 qram miqdarında müəyyən edilmişdir. Talliumun mikroelement kimi orqanizmdə rolu müəyyən edilməmişdir. Odur ki, təbbi şəkildə onun birləşmələrinə orqanizmdə rast gəlinmir.
Tallium birləşmələrinin istehsalı və tətbiqi zamanı texnoloji proseslər düzgün aparılmadıqda ekoloji çirklənmələr müşahidəedilir.
Civə. Civə sərbəst metal halında və birləşmələr şəklində xalq təsərrüfatında geniş tətbiq edilməkdədir. Civədən lüminesens lampaların, ölçü-nəzarət cihazlarının, civə nasoslarının və düzləndiricilərin istehsalında istifadə olunur. Xlorun elektroliz üsulu ilə alınmasında, qızıl və gümüşün filizlərindən ayrılmasında, kimyəvi qabların kalibirləşməsində civə metalından istifadə olunur. Civənin birləşmələrindən civə nitrat, civə sulfid, civə amidoxlor, sulema, civə yodid, civə oksisianid və civənin üzvi birləşmələri tibbdə və başqa sahələrdə geniş tətbiq edilir. Odur ki, insanların civə və civə birləşmələri ilə təması qaçılmaz olub, onunla zəhərlənmə hadisələri tez-tez baş verir. Metal civə adi şəraitdə tez buxarlandığından civə termometrləri sınarkən onun buxarları tənəffüs yolu ilə orqanizmə daxil ola bilir. Bu zaman sinir sistemini və ilk növbədə baş beyin yarımkürələrini zədələyir. Civə 2-xlorid sulema ilə zəhərlənmə zamanı aminturşularda gedən reaksiyalar zamanı həll olmayan birləşmələr əmələ gəlir. Sulemanın ölüm dozası 0,2-0,3 qram olub müalicəsi mümkün olmayan hadisələr törədir. Orqanizmdən civə birləşmələri çətin ixrac olur və əsasən böyrəkdə, qaraciyərdə və dalaqda toplanır. Onun təbii yolla orqanizmə daxil olması da mümkün olub 0,0001 mq təşkil edir.
Dostları ilə paylaş: |