Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının


Dioksinlər və ona oxşar birləşmələr



Yüklə 377,84 Kb.
səhifə15/17
tarix24.01.2020
ölçüsü377,84 Kb.
#30297
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
QAL36bJYB4


Dioksinlər və ona oxşar birləşmələr

Dioksinlər çox zəhərli birləşmələr olub mutagen (hüceyrələrdə mutasiya dəyişgənliyi yaratmaq xassəsi) kanserogen (xərçəng xəstəlikləri əmələ gətirmək xassəsi) və teratogen xassələrə malikdirlər. Dioksinlər pestisidlər, plasmass, kağız və defoliantlar istehsalının əlavə məhsulu kimi əmələ gəlir və bu məhsulların

tərkibində az da olsa qalaraq təhlükəyə çevrilir.

Dioksinlər metallurgiya zavodlarının tullantılarında, kağız və ağac emalı müəssisələrinin ətraf zonalarında, zibillərin yandırılaraq utilizasiyası zamanı, istilik elektrik stansiyalarında, avtomobillərdən çıxan qazların tərkibində, sintetik örtüklərin yanması zamanı da aşkar edilmişdir. Pambığın maşınlarla yığılması zamanı defoliantlardan istifadə olunur. Bu zaman onların tərkibində olan 0,0003% dioksinlər əkin sahələrinə çökərək uzun müddət zəhər mənbəinə çevrilir. 1962-1971-ci illərdə Vyetnam müharibəsi zamanı Amerika Birləşmiş Ştatlarının hərbi hava qüvvələri 57000 ton defoliantdan istifadə etmişdir ki, onun da tərkibində 170 kq dioksin olmuşdur. Nəticədə istər Vyetnamlılarda, istərsə də müharibə iştirakçıları ABŞ əsgərlərində bir sıra xəstəliklər, o cümlədən xərçəng xəstəlikləri müşahidə edilmişdir. Dioksin qrupu birləşmələr 100-dən çox olub, hamısı da çox zəhərlidirlər. Onlardan ən təhlükəlisi 2, 3, 7, 8 –tetraxlordibenzopara- dioksin (TXDD) olub quruluşu aşağıdakı kimidir: TXDD-klassik dioksin adlandırılaraq sianidlərdən, strixinindən, zoman və zarindən daha təhlükəli zəhərdir. Qorxulu xassələri – oksidləşmə və hidrolizə uğramır, yüksək temperaturda stabildir (7500C-də parçalanır), turşu və qələvilərə qarşı davamlıdır və üzvi həlledicilərdə yaxşı həll olunur – dioksinlərin təhlükəli maddə olmasını göstərir.

Aromatik həlqədə əvəzləyicilərin dəyişməsi nəticəsində bir sıra homoloqlar və izomerlər alınır. Məsələn, TXDD 22 izomeri vardır. Ətraf mühitə tökülən dioksinlər torpaqda toplanaraq su hövzələrinə, oradanda kənd təsərrüfatı məhsulları vasitəsilə insan orqanizminə daxil olaraq, dəyişmədən miqrasiya edir.

Orqanizmə dioksinlər əsasən qida vasitəsilə daxil olurlar. Dioksinlərin ən çox toplandığı ərzaq məhsulları heyvan və bitki yağları, ət və süd məhsulları, yağlı balıqlar olur. Dioksinlər yağda yaxşı həll olduğundan yağ vəzilərində toplanır. Orqanizmdən süd vasitəsilə xaric olduğundan inək südündə heyvan toxumalarına

nisbətən 400-500 dəfə çox dioksin olur. Dioksinlər üçün YMH (Yol verilən miqdar həddi) yoxdur, çünki bütün konsentrasiyalarda təhlükəlidir. Dioksinlər insan və heyvan orqanizmlərində yüksək spektrli təsir mexanizminə malikdirlər: Aşağı dozalarda belə mutagen effekti yaradaraq, kumilyəvi xassəyə malikdirlər; orqanizmdə olan fermentlərə dağıdıcı təsir yaradaraq onların effektivliyini azaldır; hüceyrələrdə bölünmə zamanı DNT-yə təsir göstərərək genetik dəyişikliklər törədirlər. Yuxarıdakı təsirinə görə dioksinlər superkotoksikantlar sırasına aid edilirlər. Dioksinlərin sanitar normaları ölkələrdən asılı olaraq müxtəlif kriteriyalarla ölçülür. Məsələn, ABŞ-da immuno toksikant (imun sistemini məhv etdiyinə görə) kimi, Avropada onkogennost (xərçəng şişləri əmələ gətirdiyinə görə) kimi qəbul edilməkdədir. Dioksinlərin Yol verilən Gündəlik Qəbul (YVGQ) norması 70 il ömür zamanı gündəlik norma 10-11q/kq-dan artıq olmamalıdır. Dioksinotoksikantlar üçün hazırda nəinki alimlər hətta dövlət rəhbərləri də narahat olmağa başlamış və onların bütün planetimiz üçün təhlükə törətməsinin qarşısını almaq üçün profilaktik tədbirlər planı hazırlanmışdır. Əksər dövlətlərdə dioksinlərlə mübarizə üsulu kimi ekoloji monitorinq laboratoriyaları yaradılmışdır. Azərbaycanda ilk belə laboratoriya Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında yaradılmışdır və Almaniya dövləti tərəfindən maliyə dəstəyi göstərilir. Dünya ölkələrindən ABŞ-da və Avropada texnoloji proseslərə nəzarət gücləndirilmiş, məişət tullantılarının çeşidlənməsi və utiliraziyası zamanı təhlükəsizlik texnikasına əməl olunması nəticəsində yüksək nəticələr əldə olunmuşdur. İsveç dövləti artıq 10 ilə yaxındır ki, plasmas sənayesində və kağız istehsalında dioksinlərin minimum hədd daxilində alınmasına nail olmuşlar. Almaniya, ABŞ, Hollaniya, Fransa və Yaponiyada antidioksin filtirləri quraşdırılmışdır. Bəzi elementlər əsasən ağır metallar-qurğuşun, kadmium, civə – radiasiya, nitrat-nitritlər, xlorfenollar və kükürdlü üzvü birləşmələr dioksinlərin təsir dərəcəsini xeyli artıraraq sinergetizm yaradırlar.

Çoxnüvəli Aromatik karbohidrogenlər

Çoxnüvəli aromatik karbohidrogenlərin (ÇAK) 200-ə qədər nümayəndəsi kanserogen xassəli olub ətraf mühiti çirkləndirən təhlükəli maddələr hesab olunurlar. Bu karbohidrogenlərin ən təhlükəli hesab olunanı 3,4-benzo-piren olub aşağıdakı quruluş sxeminə malikdir: O, ilk dəfə 1933-cü ildə kanserogen maddə kimi qeydə alınmışdır. Sonralar çoxnüvəli aromatik karbohidrogenlərin digər nümayəndələrində də – xlorantren, perilen, tribenzopiren– bu xassə aşkar edilmişdir. Bu karbohidrogenlərin bir sıra nümayəndələri – antrasen, fenantren,

piren, flüoranten – az zəhərli maddələr sırasına daxil edilmişlər. ÇAK-ların kanserogen aktivliyinin 70-80%-i benzopirendə toplanmışdır. Kanserogen ÇAK-lər təbiətdə həmçinin abiogen yolla da əmələ gəlir. Hər il minlərlə ton benzopiren təbii yolla əmələ gələrək biosferə yayılır. Bundan bir neçə dəfə çox texnogen yolla əmələ gəlir. ÇAK-lar neft məhsullarının, kömürün, odunçağın, məişət tullantılarının, ərzaq məhsullarının, tütünün yanmasından əmələ gəlir. Temperatur aşağı olduqda ÇAK-ların alınması çoxalır. Hətta ekoloji təmiz bitki məhsullarında belə benzopirenin miqdarı 0,03-0,1 mkq/kq olur. Termiki işlənmə zamanı isə miqdar artaraq 50 mkq/kq-a çatır ki, bu da təhlükəli hesab olunur. Məişətimizə daxil olan polimer materiallardan hazırlanmış paketlər, stəkanlar, torbalar benzopiren mənbəi hesab olunurlar. Benzopiren yağlarda və süd məhsullarında həll olduğundan onların qablaşdırılması zamanı polimer materiallardan istifadə məsləhətli deyildir. Benzopiren tütünün yanması zamanı, papiros tüstüsündə ən çox rast gəlinir. Yaşlı insan yemək vasitəsilə il ərzində 0,006 mq benzopiren qəbul

edir. Ekoloji çirklənən yaşayış massivlərində və böyük şəhərlərdə bu rəqəm 5-6 dəfə artır. Benzopirenin YMH (yol verilən miqdar həddi) atmosferdə – 0,1 mkq/100 m3, suda –0,005 mq/l, torpaqda – 0,2 mq/kq hesablanmışdır.



Çox təhlükəli digər çirkləndirici maddələr

Atmosferə atılan kimyəvi birləşmələr arasında zəhərli və ya zərərli hesab edilən bir çox maddələr vardır. Atmosferi çirkləndirən belə təhlükəli maddələrə demək olar ki nəzarət edilmir və onların çirkləndirici kimi atmosferdə olan miqdarı da təyin edilmir. Lakin qeyd etmək lazımdır ki, bu maddələrə xüsusi nəzarət günün

ən vacib məsələlərindən biri olmalıdır. Belə təhlükəli çirkləndirici maddələrə civə suxarları, vinilxlorid və benzol aiddir.

Atmosferin potensial təhlükəli çirkləndiriciləri

Bu birləşmələrə əsasən halogenli metan, etan, propan, xlorargenlər, xlorlu aromatik birləşmələr, qaz halında olan oksigenli birləşmələr və tərkibində azot olan birləşmələr aiddir. Diqqəti cəlb edən məsələlərdən biri və əsası təhlükəli qaz halında olan çirkləndiricilərdir. Çünki onların havada və örtülü oltaqlarda qala bilmək təhlükəsi var. Bunlara Radioaktiv qazlar, radon, formaldehid buxarı misal ola bilər.



Benzol. Benzol təhlükəli çirkləndiricilərdən biridir. O rəngsiz, asan uçucu məhlul halında maddədir. Molekul formulu C6H6 olmaqla heksaqonal strukturaya malikdir və bir neçə hibrid halıda mövcuddur. Benzolda ikiqat rabitələrin təbiəti sabitdir, reaksiya girmə qabiliyyəti nisbətən az olan birləşmədir.

Adi şəraitdə benzol kimyəvi reaksiyalara girmir, lakin buna baxmayaraq benzol kimya sənayesində mühüm xammaldır. Bundan etilbenzol, fenol, tsikloheksan və malein anhidridinin alınmasında istifadə edilir. Xam neftin distilləsi zamanı benzol alınır. Bildiyimiz kimi benzol da benzinin ən mühüm kompanentlərindən biridir. Benzolun atmosferdə reaksiya qabiliyyəti çox aşağıdır. İşıq dalğasının uzunluğu 2800 Å artıq olduqda benzol fotolizə uğramır. Benzol suda azda olsa həll olur. Buna görə də su ambarlarında onun yüksək konsentrasiyasıda olması qeydə alınmışdır. Ətraf mühitin benzolu çıxarmaq üçün bakterialarla parçalanma üsulundan istifadə olunur.



Vinilxlorid. Vinilxlorid (CH2=CHCl) rəngsiz, şirintəhər iyli, qaz halında

maddədir. 0,13,40C qaynayır, buxarının təzyiqi 250C, 2600 mm civə stununa bərabərdir. Qızdırıldıqda vinilxlorid asanlıqla parçalanır və fosgen əmələ gətirir, suda az həll olur. İş otağında onun yolverilməz konsentrasiyası 8 saat ərzində 1

mln.-1, 15 dəqiqə ərzində isə 5 mln hesab olunur. ABŞ-nın ətraf mühitin mühafizəsi agentilyi vinilxloridi xüsusi təhlükəli çirkləndirici maddələrə aid edir.

Vinilxlorid konsentrastiyası 1 mln.-1-dən artıq olduqda onun təsiri altında işçilərdə qaraciyərin anqiosərkoması xəstəliyi əmələ gəlir. Bir sıra tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, vinilxlorid rak xəstəliyinin bir neçə formasının əmələ gətiricisidir. Ona görə də atılan qazlar içərisində vinilxloridin miqdarı 10 mln.-1 artıq olmamalıdır. Vinilxloridi 1,2-dixloretanın dexlorlaşmasından, etilenin xlorlaşmasından və yaxud etilenin oksixlorlaşması ilə almaq olur. Vinilxlorid istehsalı zamanı atılan tullantıların miqdarı ildə 100 min. tonla qiymətləndirilir. Bu tullantıların 90% polivinil xlorid istehsalı zamanı əmələ gəlir. Ətraf mühitdə vinilxloridin konsentrasiyası 5 tr.ln-1 bərabərdir. Vinilxlorid fotokimyəvi reaksiyalarda iştirak edə bilir. Bu da atmosferin çirklənməsində mühüm rol oynayır. Vinilxloridin atmosferdə oksidləşmə məhsullarına formaldehid, qarışqa turşusu və hidrogen-xlorid aiddir.

GMO müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin geninin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu zaman heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. GMO-nun yaradılması üzərində ilk eksperimentlər XX əsrin 70-ci illərində başlayıb. 1992-ci ildə Cində pestisidlərə dözümlü tütün becərilməyə başlanıb. 1994-cü ildə isə ABŞ-da daşınmalara dözümlü olan GMO pomidorlar peyda olub. O vaxtdan GMO bütün dünyada daha sürətlə irəliləməyə başlayıb. Artıq 15 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli GMO-dan isifadə edir. GMO istehsalının zərərli təsiri ilə bağlı ilk elmi nəticə isə ingilis alim Arpad Puştaiyə məxsusdur. Onun sınaq siçovullarına bir müddət GMO məhsul yedizdirməsi nəticəsində bu heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, mədə və qaraciyərin ölçüləri kiçilərək funksiyaları zəifləyib, ümumi çəkisi və beynin çəkisi azalıb, balalarının ölüm faizi artıb, həm analarda, həm də balalarda aqressivlik yüksəlib, hətta onlar bir-birini yeməyə başlayıb. Siçovullar öz morfologiya və biokimyalarına görə insana çox oxşar olduğundan laboratoriya sınaqları zamanı məhz bu heyvanlardan istifadə olunur. A.Puştainin bəyanatının doğurduğu etiraz üzündən o, çalışdığı Rouet Elmi-Tədqiqat İnstitutundan kənarlaşdırılıb. Lakin maraqlıdır ki, Puştainin həmkarı Stenli Yuen onun eksperimentlərinin nəticələrini yoxlayıb və düzgünlüyünü təsdiq edib. Braziliya Elm və Texnika Nazirliyinin komissiyası isə Şimali Amerika şirkəti “Monsanto”ya ölkənin cənubunda becərdikləri soya və qarğıdalını məhv etməyi tövsiyə edib. Komissiyanın gəldiyi nəticəyə görə, transgen mənşəli qida məhsullarının insana mənfi təsir göstərməyəcəyinə və qarşısıalınmaz mutasiyalara gətirməyəcəyinə tam əminlik yoxdur. Artıq bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Yaponiya, Avstraliya, Yeni Zelandiya, Çin və bir çox inkişaf etməkdə olan dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişiklərə gətirməsi səbəbindən GMO idxalını ümumiyyətlə qadağan edib.

GMO sahəsində uzun illərdir araşdırma aparan müstəqil ekspert Babək Tatlıyev APA-ya deyib ki, dünyada GMO məhsullarının sürətli istehsalı 1992-ci ildən başlayıb. Hazırda bu sahədə aktivlik göstərən 15-dək şirkət var. Bu məhsullar daha çox Şimali Amerikada istehsal olunur. B.Tatlıyev deyib ki, Azərbaycanda GMO sahəsində lazımi araşdırmalar aparılmayıb. Qərb kompaniyalarının transgen məhsullarla bağlı ekspansiyası qısa müddətdə başladığından tək Azərbaycan deyil, dünyanın bir çox ölkəsi buna müqavimət göstərməyə hazır deyil: “Lakin hamı bu təhlükələrin mahiyyətindən xəbərdar olmalıdır. İndiyədək qabaqlayıcı tədbirlər ona görə görülməmişdi ki, informasiya qıtlığı var idi. Azərbaycanın özündə GMO-nun nə olduğunu bilən tək-tək adam var. Bu sahədə əsas məsuliyyət alimlərin və mətbuatın üzərinə düşür. 2005-ci ildə 84 ölkədən 825 alim Avropa Birliyinin Ərzaq Təhlükəsizliyi Agentliyinə GMO-nun təhlükəliliyi ilə bağlı məktub göndərib. Azərbaycanda isə hələ indiyədək alimlər həyəcan təbili çalmayıb”. B.Tatlıyevin sözlərinə görə, hazırda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət məhsulları, kolbasa və sosiska, dondurma, makaron məmulatları, meyvə-tərəvəz, bəzi uşaq qidalarıdır: “Bu məhsullar Azərbaycana daha çox İran, Rusiya və Gürcüstandan gəlir. ABŞ, Kanada və Argentinadan idxal olunan qida və yemlərin də çoxu transgendir. Kartofa soyuğa və xəstəliyə davamlı olması üçün əqrəb və ya qargülü geni vururlar. Artıq bütün dünyada kartofa onlarla yad genin köçürülməsi təcrübəsi var. Bəzi növ pomidor və çiyələklərə isə şaxtaya davamlı olması üçün kambala balığının geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Dovşanlara qaçanda işıq saçsınlar deyə meduza geni əlavə edirlər. Donuza insan geninin vurulması hazırda bəzi Qərb ölkələrində din xadimlərində etiraz doğurub. Hazırda bununla bağlı Qərbdə ciddi polemikalar gedir. Bunlar onu göstərir ki, gen mühəndisliyi nə qədər ”rəngarəngdir".

Ekspert çıxış yolunu bu məhsulların Azərbaycan bazarına daxil olmasını qanunvericilik baxımından maksimum qaydada məhdudlaşdırmaqda görür: “Transgen məhsulların zərərli təsirləri tam araşdırılmayınca bu məhsulların Azərbaycana gətirilməsi məhdudlaşdırılmalıdır. Avropada bu məhsulların miqdarı 0,9 faizdən yuxarı olmamalıdır. Rusiyada bu miqdar 1-1,1 faiz təşkil edir. Azərbaycanda isə qanunvericilikdə təsbit olunmuş məhdudiyyət yoxdur. Xaricdə transgen məhsullar ayrı satılır. Onların markasında miqdarı da, tərkibi də göstərilir. Bizdə belə şey yoxdur. Biz mağazadan aldığımız məhsulun tərkibində nə olduğunu bilmirik. Hazırda Rusiyanın 20-yə yaxın şirkəti 200 adda transgen məhsul istehsal edir. Bu məhsulların əksəriyyəti Azərbaycanda var. Son vaxtlar infeksion xəstəliklər insanlarda uzunmüddətli keçir. Viruslar daha aqressiv olur. Əvvəllər uzağı bir həftə davam edən viruslar indi iki ay və daha çox davam edir. Fəsadları da çox olur. Əsas səbəb bizim immun sisteminin zəifləməsidir. İmmun sisteminin zəifləməsində əsas faktor isə qidadır. Nə yediyimizi biliriksə, özümüzü dərk edirik. Transgen məhsullar istehsal edən şirkətlərin ətrafında alimlərdən, mətbuatdan ibarət nəhəng ordu var. Onlar sübut eləməyə çalışır ki, bu məhsulların ziyanı yoxdur. Dünyada qəbul edilmiş qayda var. İstehsalçı istehsal etdiyi məhsulu əvvəlcə sınaqdan keçirməli, zərərli təsirlərini araşdırmalı, ondan sonra satmalıdır. İngiltərə və Rusiya laboratoriyalarında sübut edilib ki, bu məhsullar həddən artıq təhlükəlidir. Amma bu sübutların üstünü həmin ölkələrdə ört-basdır eləməyə çalışırlar. İngiltərədə bu tədqiqatları aparan şəxsi işdən çıxarılar. Yaxud bu tədqiqatların aparıldığı Sloveniyada mutant heyvanları yandırıb məhv edirdilər ki, ictimaiyyət görməsin. Transgen məhsullarla bağlı aparılan tədqiqatların nəticələri heç də şəffaf deyil. Belə çıxır ki, biz öz sağlamlığımızın hesabına kimlərisə varlandırırıq. Amma bu faktdır ki, gen mühəndisliyinin geniş inkişaf etdiyi Amerikada əhalinin 70 faizi allergiyadan zərər çəkir. GMO-nun qadağan edildiyi

İsveçdə isə belə şəxslər cəmi 7 faiz təşkil edir”.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2009-cu ildə Azərbaycana 11911,5 ton quş əti, 10560,7 ton kərə yağı, digər süd yağları və pastaları (bunun 6189,8 tonu kərə yağı), 29434,5 ton kartof, 36514,4 ton tərəvəz, 56829,5 ton meyvə, 931,2 ton buğda, 22055,1 ton düyü, 80575,5 ton bitkidən hasil olan piy və yağlar, 18232,9 ton şokolad məmulatı, 14069,5 ton meyvə-tərəvəz konservi, 14938,2 ton meyvə-tərəvəz şirələri idxal olunub. 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib ki, Azərbaycanda “GMO məhsullar haqqında” qanun olmadığından bu məhsullardan istifadəni də tənzimləmək mümkün deyil: “Buna görə də biz hansısa sahibkardan soruşa bilmərik ki, sənin gətirdiyin mal geni dəyişdirilmiş maldır, ya yox. Bu məsələdə hər hansı qadağa, ya tənzimləyici norma olmadığına görə hər hansı tələb də irəli sürmək mümkün deyil. İstəyirik ki, Azərbaycanda bu sahədə tezliklə qanun qəbul olunsun, GMO-nu araşdıran elmi laboratoriyalar açılsın”.

Azad İstehlakçılar Birliyinin (AIB) sədri Eyyub Hüseynin sözlərinə görə, AİB Avropa Komissiyasının Azərbaycandan başqa 7 ölkədə maliyyələşdirdiyi “Biomüxtəlifliyinin qorunmasında istehlakçı təşəbbüsü” layihəsini yekunlaşdırıb: “Azərbaycan bir neçə beynəlxalq sənədə, o cümlədən 2005-ci ildə Biotəhlükəsizlik haqqında Kartaxen protokoluna qoşulub. Yəni Azərbaycan GMO orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılmasının qarşısının alınması üçün üzərinə öhdəlik götürüb. Lakin təəssüf ki, Azərbaycanda GMO məhsullar nəzarətdən çıxıb. Azərbaycanda GMO əkinçilik, GMO toxumçuluq var. Xaricdən gətirilmiş kartofların 80, İrandan gətirilən pomidorun 70, ümumilikdə ölkəyə gətirilən pomidorların 90, soyaların 98, qarğıdalının 70, çuğundurun 60 faizi, qarpızın isə demək olar hamısı GMO məhsuludur. Əkilir, biçilir və ətraf mühitə nəzarətsiz yayılır. GMO bitkiləri ətraf mühitə nəzarətsiz yayılanda təbiətin biomüxtəlifliyini pozur, digər yerli aborigen bitkiləri sıradan çıxarır. GMO barədə alimlərin fikri birmənalı deyil. GMO-nu dünyada irəlilədən Amerikanın ”Monsanto" şirkətidir. Hansı ki, keçmiş Amerika prezidentləri onun şərikləridir. O şirkət bütün dünyaya GMO yayır. Ümumdünya Ticarət Təşkilatı isə Amerikanın əlində alət olaraq GMO-nun bütün dünyada yayılmasına xidmət edir. 2007-ci il iyulun 13-də ölkəmizdə qəbul olunmuş “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda Azərbaycanda GMO-nun yayılmasına yaşıl işıq yandırılıb. Qanun qəbul ediləndə radikal çıxış etdik ki, Azərbaycana GMO məhsullarının gətirilməsinə qadağa qoyulsun. Amma ÜTT kimi böyük qurumun qarşısında Azərbaycan acizdir. Buna görə də GMO Azərbaycanda irəliləyir. Onu yığışdırmaq isə artıq mümkün deyil. Azərbaycan artıq GMO-nun əsiridir".

AİB sədri “Elə isə istehlakçılar nə yesin” sualına “Ancaq yerli məhsullar” cavabını verib. Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev deyir ki, hazırda Azərbaycanın bazarları müxtəlif yollarla gətirilən GMO məhsulları və onların çeşidləri ilə doludur: “Bu problemi əhali arasında tam açıqlığı ilə qabartmasaq, problem daha da böyüyəcək. Hazırda Azərbaycanda GMO məhsullarını aşkar edən laboratoriya, hətta GMO-nu təsdiq edən kiçik metodlar da yoxdur. Bu təklif dəfələrlə yüksək dairələrdə qaldırılıb. Əhali nə yediyini bilməlidir. Hazırda Ukraynada 5, Almaniyada isə yüzlərlə belə laboratoriya var. Uzun illərdən sonra Rusiya da bu laboratoriyanı əldə edib. Azərbaycan isə hazırda ”açıq qapı"dır. Bu, çox bahalı laboratoriya da deyil. 70-80 min manat Azərbaycan üçün nə puldur ki? Əhali arasında müxtəlif allergik reaksiyalar, mədə-bağırsaq xəstəlikləri, cürbəcür patologiyalar yaranır. Həkimlər də xəstəliyin mənşəyini tapmaqda çətinlik çəkir. Problem son dərəcə ciddidir. Mütəxəssislərin fikrincə, hazırda dünyada üç qlobal problem var: ozon dəliyi, atom bombası və GMO. Artıq hamı qəbul etməlidir ki, yediyimiz qidaların hamısının tərkibi pisliyə doğru dəyişib".

Milli Məclisin Aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov deyir ki, hələlik Azərbaycanda GMO-nu tənzimləyən qanun yoxdur. Lakin müxtəlif qanunlardakı maddələr bu məsələni qismən tənzimləyir. “Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunun 6.5-ci maddəsində göstərilir ki, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında GMO-dan istifadə edilməsin: “Qanunun 19.9-cu maddəsində göstərilir ki, alıcıların seçim hüququnu təmin etmək məqsədilə satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində o məhsulların istehsalında GMO və onların törəmələrindən istifadə haqda məlumatlar göstərilməlidir. Qanunun 18.4-cü maddəsində isə deyilir ki, Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsal prosesində GMO-dan və onların törəmələrindən istifadə haqda məlumatlar əksini tapmalıdır. ”Toxumçuluq haqqında" qanunda da göstərilir ki, Azərbaycana GMO toxumların gətirilməsinə yol verilmir. Rusiyada GMO ilə bağlı ayrıca qanun var. Hətta Moskva meri Yuri Lujkovun qərarı var ki, bütün məhsulların üzərində GMO-nun olub-olmaması yazılsın. Təəssüf ki, bizdə bu yoxdur. GMO-nun olub-olmamasını yoxlamaq üçün Azərbaycanda laboratoriya və mütəxəssis olmalıdır. Lakin bu da yoxdur. Bazara bu məhsullar açıq şəkildə daxil olur. Rusiyadan, digər ölkələrdən gələn məhsulların üzərində bu yazılar qeyd olunmur" (APA).



MÖVZU 14: Qida əlavələri və onların təhlükəsizliyi

Plan

Qida əlavələri və onların təhlükəsizliyi

Qida əlavələri və onların beynəlxalq təsnifatı

Bir sıra yeyinti qatqılarının siyahısı və təyinatı

Qida qatqıları kimi Avropada icazə verilmiş bir sıra konservantların məhsullara daxil edilmə mormaları

Bir sıra yeyimti qatqılarının texnoloji funksiyaları və əmələ gətirdiyi proseslər



ƏDƏBİYYAT

  1. Fətəliyev H.K., Mikayılov V.Ş.Cəfərov F.N.Təklükəsiz qida məhsulları istehsalı dövrün tələbidir. Respublika qəzeti, №263 (3691), 04 dekabr 2009, səh.6.

  2. Mövsümov E.E., Yusifov N.M. Qida kimyası. Bakı, MBM, MMC, 276 səh.

  3. Рогов И.А., Антипова Л.В., Дунченко Н.И., Жеребцов Н.А. Химия пищи.- М.: Колос, 2000. 384 с.

  4. ПозняковскиЙ В.М. Гигиенические основы питания, безопас­ность и экспертизы продовольственных товаров. Новосибирск: Изд-во Новосибирского университета, 1999. 447 с.

  5. Донченко Л.В., Надыкта В Д. Безопасность пищевого сырья и продуктов питания. М,: Пищепромиздат, 1999. 360 с.

  6. Дудкин М.С., Щелкунов Л.Ф.. Новые продукты питания. М.: Наука, 1998. 300 с.

  7. Суханов Б.П., Австриевских А.Н., Позняковский В.М. Биологи­чески активные добавки в питании человека. Томск, 1999. 290 с.

  8. Келигов М.Б. Обеспечение продовольственной безопасности страны по основным видам пищевой продукции. М.: АгриНресс ЛТ£), 1998.

  9. Рисман М. Биологически активные пищевые добавки: неиз­вест­ное об известном. М.: Арт-Бизнес-Центр, 1998. 490 с.

  10. Спиричев В.Б. Сколько витаминов человеку надо. М: 2000, 185с.

  11. П. Методические указания определение безопасности и эффективности биологически активных добавок к пище. Минздрав России, 2.32.721, 1998.

Düzgün qidalanma insan sağlamlığında çox mühüm rol oynayır. Gündəlik qida rasionunda kifayət qədər vitaminlər, minerallar, makro və mikroelementlərin olmaması orqanizmin müqavimətini zəiflədir və onu müxtəlif xəstəliklərə qarşı risk altında qoyur. Məhz bunun aradan qaldırılması və qidalara xüsusi qoxu, rəng, tam verilməsi üçün qida əlavələrindən istifadə getdikcə artır. Bu tendensiyanın özü isə istehlakçıların daha diqqətli olmasını zəruri edir. Belə ki, keyfiyyətsiz, zəruri tələblərə cavab verməyən qida əlavələri və onlardan istifadə edilməklə hazırlanan məhsullar sağlamlıq üçün daha təhlükəli hesab olunur.

Hər gün ticarət obyektlərindən müxtəlif ərzaq malları alırıq və bəzən onların tərkibinə baxmırıq. Əslində isə bu məhsulların tərkibindəki konservantlar, qida əlavələri, rəngləndiricilərin bəzilərinin insan orqanizmi üçün təhlükəli olması ehtimalı çox yüksəkdir və onlara diqqət etmək zəruridir. İctimai iaşə müəssisələrində də yeməklərin hazırlanmasında aşağı keyfiyyətli və həyat üçün təhlükəli ola bilən komponentlərdən, qida əlavələrindən istifadə oluna bilər. Müxtəlif yeməklərin hazırlanmasında, onlarla birlikdə təqdim olunan sous, ketçup və mayonezlərdə çoxlu miqdarda soya və qida əlavələri olur. Ona görə də istər ticarət, istərsə də ictimai iaşə obyektlərində olarkən diqqətli olun.

Nəzərə alın ki, qida əlavələri təbii və ya süni yolla əldə edilmiş əlavə və yaxud da onların qarışığıdır. Onlar qidanın hazırlanma prosesi zamanı yalnız əlavə kimi tətbiq edilir. Bu əlavələr əsasən texnoloji məqsədlər və ya qidaya müəyyən xüsusiyyətlər (qoxu, rəng, tam və s.) vermək, keyfiyyətli saxlanma, saxlanma və yaxud yararlılıq müddətinin artırılması məqsədilə istifadə olunur. İstehsalçılar tərəfindən texnoloji qida əlavələri əsasən istehsal prosesinin yüngülləşdirilməsi, məhsulun saxlama müddətini artırılması, xarici görünüşünün dəyişdirilməsi və s. məqsədlər üçün istifadə olunur. Ədviyyat və digər qatqılar isə məhsullara əlavə dad verilməsi üçün əlavə edilir. Bioloji aktiv əlavələr isə məhsullara əlavə vitamin və digər faydalı qatqıların əlavə edilməsi üçündür.

Qida əlavələri turşu, konservant, rəngli, yumşaldıcı, parıltılı, qoxulu maddələr kimi əsas funksional siniflərə bölünürlər. Bunlardan əlavə onların digər kiçik növləri də vardır. Hal-hazırda istifadəyə icazə verilən 500 ada yaxın qida əlavəsi mövcuddur.

Mövcud qanunvericiliyə görə qida əlavələri və köməkçi vasitələrin tətbiqi insan həyatına təhlükə törətməmək şərtilə həyata keçirilməlidir. Qida əlavələri və köməkçi vasitələrin istehsalı normativ və texniki qaydalara uyğun olaraq həyata keçirilməli, təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verməlidir.

Ticarət şəbəkələrində satılan qida əlavələrinin üzərində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

-   istehsalçının adı və ünvanı;

-   istehsalçının əmtəə nişanı;

-   istehsal və qablaşdırma tarixi;

-   saxlama müddəti və şəraiti;

-   tərkibi;

-   xalis çəkisi;

-   istifadə haqda təlimatlar;

-   əks təsirləri;

-   standarta uyğunluğu və s.

Dəqiq markalanmayan, etiketdəki məlumatları solğun və ya pozulmuş olan qida əlavələrini almaqdan çəkinin.

Qida əlavələrinin qablaşdırılması və daşınması zamanı da bir sıra zəruri tələblərə əməl edilməsi vacibdir. Belə ki, bu məhsullar ticarət şəbəkələrinə üstü bağlı nəqliyyat vasitələrində, xüsusi temperatur rejimində daşınmalıdır. Əks halda onların keyfiyyətinin itməsi etimalı artır.

Eyni zamanda qida əlavələrini alarkən ticarət obyektinin şəraitinə fikir vermək lazımdır. Bu obyektlər malların yığılma və saxlanması üçün müasir texnoloji yeniliklərlə təchiz olunmalı, müştərilərin mal seçməsi üçün lazım olan qədər inventarlarla təmin edilməli, saxlama və satışın sanitar və gigiyenik normalarına ciddi nəzarət etməlidir. Nəzərə alın ki, bu kimi məhsullar satılan  ticarət obyektlərində soyutma sistemi işləməli, temperatur rejiminə ciddi əməl olunmalıdır.

İstehlakçı olaraq hər kəs ticarət və ictimai iaşə obyektində olarkən, həmçinin məişətdə qida əlavələrindən istifadə edərkən birinci növbədə onların saxlama şəraitinə və temperaturuna diqqət etməlidir. Qida əlavələri temperaturu 25ºC-dən yüksək olmayan yerlərdə saxlanmalı, gün şüalarından qorunmalıdır. Bu məhsulları alarkən onun mənşəyi, tərkibi və istehlak xassələri barədə məlumatlarla tanış olun. Həmçinin malın üzərində onun istehsalçısı barədə zəruri məlumatların olmasına diqqət edin. Mənşəyi məlum olmayan,  yararlılıq müddəti ötmüş qida əlavələrini almayın.

Mal alarkən onun tərkibinə diqqət edin. Malın tərkibindəki qida əlavələrinin miqdarına fikir verin. Bilin ki, tərkibində qida əlavələri daha az olan məhsullardan istifadə olunması məsləhət görülür.



Yüklə 377,84 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin