Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə44/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

4. Təlimin prinsiplərinin təsnifatı
Ayrı-ayrı ədəbiyyatlarda təlim prinsiplərinin adları və sayla­rındakı müxtəlifliklərə baxmayaraq , aparılan təhlillər göstərir ki , əksər pedaqoq - alimlər tərəfindən qəbul edilmiş əsas prinsiplər aşağıdakılardır:
1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi;
2. Təlimdə fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi;
3. Təlimdə şüurluluq və fəallıq prinsipi;
4. Təlimdə elmilik prinsipi;
5. Təlimdə müvafiqlik prinsipi;
6. Təlimdə sistematiklik və ardıcıllıq prinsipi;
7. Təlimdə əyanilik prinsipi;
8. Təlimdə biliklərin möhkəmləndirilməsi prinsipi.
1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi.Təlimin məhsuldar əməklə, təbiətin mühafizəsi ilə, məktəblilərin müxtəlif ictimai-praktik fəaliyyəti ilə əlaqələndirilməsi kimi mühüm ünsürləri özündə birləşdirir. Bu zaman şagirdlər qənaətçiliyə dair biliklərə yiyələnir, rayonun, respublikanın həyatı ilə, habelə dünya iqtisadi prosesi ilə də tanış olur. Şagirdlər Azərbaycanda yeni həyat tərzinin yarandığını, adamların azadlıq, müstəqillik uğrunda mübarizəsinin mahiyyətini dərk edirlər. 2. Təlimdə fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi . Təlim prosesində hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaq zəruri prinsipdir. Müəllim sinifdəki hər bir şagirdin fərdi keyfiyyəylərini bilməlidir. L.N.Tolstoy yazırdı: İnsanlar çaya bənzəyir. Su bütün çaylarda eyni axır. Lakin çaylar müxtəlif olur: dar , enli , lal axan , suyu lilli , soyuq , isti olan çaylar var. Uşaqlar da belədir. Kimisi sakitdir , kimisi coşqundur , kimisi qaradinməzdir , kimisi şən , kimisi utancaqdır. Ona görə də müəllim şagirdlərin bu fərdi xüsusiyyətlərini nəzərə alıb, onlarla məqsədyönlü iş aparmalıdır. Müəllim dərs dediyi şagirdləri öyrənərkən onların əqli fəaliyyətinə və əqli inkişaf səviyyəsinə, insanlara, əməyə, təbiətə münasibətinə, maraqlarına xüsusi diqqət yetirməlidir. Uşaqları konkret şəkildə tanımadan onlara planlı , məqsədli təsir etmək mümkün deyildir. Fərdi yanaşma prinsipi məktəblinin sinir sisteminin oyanıqlığını , müvazinətlilik qüvvəsini , sinir fəaliyyətinin tiplərini , məktəbli şəxsiyyətinin psixi vəziyyətinin xarakterini - şüurunun , iradəsinin , emosional proseslərin qüvvəsini nəzərə almağı tələb edir.
3. Təlimdə şurluluq və fəallıq prinsipi
Bu prinsip təlim prosesində şagirdlərin fəal rolunu, fakt və hadisələrə şüurlu münasibətini əks etdirir. Şagirdlərin fəallığı və şüurluluğu yalnız təlim materiallarını qavramaq, yadda saxlamaqla məhdudlaşmr, habelə onları müstəqilliyə, biliklərin müstəqil təhlilinə və onların əlverişli şəkildə ümumiləşdirilməsinə istiqamətləndirir. Biliyi şüurlu mənimsəmiş şagird öyrəndiyi öz sözləri ilə danışır, dərsliklərdə verilmiş nümunələrlə kifayətlənmir, özü əlavə misallar söyləyə bilir, əldə etdiyi bilik və bacarıqları praktikaya tətbiq edə bilir. Təlim materiallarının şüurlu mənimsənilməsi təlimdə formalizmin qarşısını alır və biliklərin məktəblilərin möhkəm əqidəsinə çevrilməsinə səbəb olur. Şagirdləri fəallaşdırmaq üçün müsahibədən, yeri gəldikcə şagirdi ayağa qaldırıb şərh olunan məsələnin nədən ibarət olduğunu soruşmaqdan istifadə etməklə, problem situasiya yaratmaqla, şagirdləri heyrətləndirməyə, yüksək fəallığa, şüurluluğa və müstəqilliyə cəlb etməklə nail olmaq olar.
4. Təlimdə elmilik prinsipi
Bu prinsip təlim prosesində şagirdlərin obyektiv elmi faktlar, anlayışlar və nəzəriyyələrlə , elmi nailiyyətlərlə tanış edilməsini tələb edir. Proqramlar, dərsliklər hazırlanarkən elmilik prinsipi əsas götürülür. Bu zaman elmin klassik, müasir və perspektiv komponentləri üzvü şəkildə əlaqələbdirilir. Elmlərin yeni nailiyyətləri ilə şagirdlərin tanış olmaları tədrisin ayrılmaz tərkib hissəsinə çevrilir. Elmilik prinsipi təkcə şagirdlərin elmi axtarış vərdişlərinin inkişafını, elmşünaslıq ünsürləri, əməyin elmi təşkili qaydaları ilə tanış olmalarını təmin etməklə kifayətlənmir, dərsə problemlilik ünsürlərini, laboratoriya və praktik işlərin daxil edilməsi, fakt və hadisələri müşahidə etmək, müşahidələrin nəticələrini qeyd edib təhlilini aparmaq bacarığının aşılanmasını tələb edir. Şagirdlərdə elmi təfəkkür ünsürlərinin inkişaf etdirilməsi onların görkəmli alimlərin həyatı, yaradıcılığı, elmi kəşfləri ilə tanış olmasına şərait yaradır. Təlimdə elmilik prinsipi müvafiqlik prinsipi ilə sıx bağlıdır.
5- Təlimdə müvafiqlik prinsipi
Müvafiqlik prinsipi təlimin məktəblilərin real əqli imkanları səviyyəsində qurulmasını, şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. Bu prinsipdən məlumdan məchula, yaxından uzağa, sadədən mürəkkəbə, ümumidən xüsusiyə, konkretdən mücərrədə kimi didaktik qaydalar meydana gəlir. Hər bir şagirdin fərdi xüsusiyyətlərini, inkişaf səviyyəsini, fəallığı və əşyalara münasibət dərəcəsini, materialın tez və dəqiq qavranılmasını, dərketmək qabiliyyətini nəzərə almaq vacibdir.

  1. Təlimdə sistematiklik və ardıcıllıq prinsipi.

Bu prinsipi böyük çex pedaqoqu Y.A.Komenski tərəfindən irəli sürülmüş,sonralar isə K.D.Uşinski daha da genişləndirmişdir. Hər bir fənnin özünəməxsus elmi məntiqi vardır. Sistemlilik materialın ardıcıl yerləşdirilməsi ilə təmin edilir. Əsil sistem varislik və fənnlərarası əlaqələr arasında yaradılır. Sistemli və ardıcıl biliklər sayəsində şəxsiyyətin formalaşdırılması kimi mürəkkəb problem həll edilir. Təlim təbiət və cəmiyyətdə baş verən qarşılıqlı əlaqələri düzgün dərk etməkdə məktəblilərə kömək edir. Tədris fənnləri də həmin elmin sistem və məntiqini mühafizə edir. Sistematiklik və ardıcıllıq prinsipi şüurluluq və fəallıq prinsipi ilə sıx bağlıdır. Ardıcıl və sistemli verilən biliklər asan və şüurlu mənimsədildiyi halda, pərakəndə verilən biliklər tez unudulur. Sistemlə öyrənilən biliklər onlardan sonra gələn biliklərə yol açır, elmi anlayışlar arasındakı daxili əlaqəni aşkara çıxarır. Sistematiklik və ardıcıllıq prinsipi proqram və dərsliklərin məzmununda həyata keçirilir.

  1. Təlimdə əyanilik prinsipi .

Bu prinsipiböyük çexpedaqoquY.A.Komenski əsaslandırmış, onumüəllimlər üçün “qızıl qayda” adlandırmışdır. Komenskiyə görə görünən şeylər görmə üzvünə, dadı olan şeyləri (mümkünsə) dad bilmə üzvünə, iyi olan şeyləri iy bilmə üzvünə təqdim etmək müəllimlər üçün qızıl qayda olmalıdır. Bir əsr sonra J.J.Russo şagirdi (qəhrənamı Emili) ətraf mühitin dərk edilməsinə yaxınlaşdırmış, idrak şeylərdən, təbiətdən başlayır demişdir. İ.H.Pestalossi təfəkkürün əyaniliklə əlaqələndirilməsinin zəruri olduğunu qeyd etmiş, şagirdləri təbiət hadisələrini, bitkilərin həyatını müşahidə etməyə, təcrübəçilik işləri aparmağa cəlb etmişdir. A.Disterveq əyaniliyi təlimin əsas prinsipi hesab etmiş, və təlimdə əyaniliyin böyük rolunu qeyd etmişdir. K.D.Uşinski uşaqların duyğularının anlamaya çevrilməsi, anlamadan fikrin yaranması və fikrin sözə çevrilməsi ideyasını əsaslandırmış, əyanilikdə təfəkkürün psixologiyasını açmışdır. Əyaniliyin mahiyyəti ondan ibarətdir ki, şagirdlər öyrənilən fakt və hadisələr haqqında aydın, konkret təsəvvürlərə yiyələnirlər. Əyanilik yalnız bilik mənbəyi kimi çıxış etmir, eyni zamanda şagirdlərin inkişafına güclü təsir göstərir. Əyaniliyin tətbiq edilməsi şagirdlərin nitq və təfəkkürünü inkişaf etdirir, konkretdən mücərrədə keçməyi asanlaşdırır, qavrayış və diqqətlərinin təşkilinə kömək edir. Əyanilikdə konkret hadisələrin, ətraf aləmdəki cisimlərin müxtəlifliyi əks olunur. Əyanilik şagirdlərin dərketmə fəaliyyətini asanlaşdırır. Əyaniliyin yaratdığı canlı əlaqələr uzun müddət yadda qalır. Əyanilik təlimin inkişafetdirici vəzifəsinin yerinə yetirilməsinə kömək edir, şagirdlərin hissi idrakını genişləndirir, sensor tərbiyəsinə şərait yaradır.
8. Təlimdə biliklərin möhkəmləndirilməsi prinsipi-Bu prinsipmənimsənilmiş bilikləri, bacarıq və vərdişləri praktikaya tətbiq etmək üçün möhkəmləndirməyi tələb edir. Böyük çex pedaqoqu Y.A.Komenski biliklərini möhkəmləndirməyən adamın işini xəlbirlə su daşımağa bənzədirdi. Biliklərin möhkəmləndirilməsi prinsipi şagirdlərin zəruri bilik, bacarıq və vərdişlərlə silahlanmasını təmin edir. Bu prinsip yeni biliklərin kəşfinə deyil, kəşf olunmuş həqiqətlərin mənimsənilməsinə yönəldilən öyrənmənin xüsusiyyətlərini səciyyələndirir. Biliklərin möhkəmləndirilməsidə təkrardan, tətbiq etmədən istifadə olunur. Təlimin prinsipləri sistem halında həyata keçirilir. Təlim materialı o zaman şüurlu mənimsənilir ki, o şagirdlərin bilik səviyyəsinə və yaş xüsusiyyətlərinə uyğun olur. Sistemli öyrənilən biliklər yadda daha möhkəm qalır. Yalnız sistemli, əyani və şüurlu təlimə əsaslanaraq biliyin möhkəmliyinə nail olmaq olar. Təlimin prinsipləri bir-birindən təcrid olunmuş halda deyil, bir-biri ilə vəhdətdə həyata keçirilir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin