1. Motivasiyalaşdırıcı funksiyaşagirdləri fənni öyrənməyə sövqedən, işə maraq və pozitiv münasibət formalaşdıran stimullar yaratmaqdan ibarətdir.
2. İnformasiyavermə funksiyasışagirdlərə biliklərinin həcmini genişləndirmək, dünyagörüşünü formalaşdırmaq üçün mümkün olan bütün yollardan istifadə etməklə informasiya almaq imkanını yaratmaqdan ibarətdir.
3.Nəzarət-korreksiya funksiyasışagirdlərə təlimin gedişini və nəticələrini yoxlamağı, özünüqiymətləndirməyi, korreksiya imkanları yaratmağı, həmçinin zəruri bacarıq və vərdişləri formalaşdırmaq üçün çalışmaları yerinə yetirməyi nəzərdə tutur.
Dərsliklər və dərs vəsaitləri
Dərsliklər tədris proqramının tələbləri əsasında hazırlanır. Tədris proqramının məzmununun konkretləşdirilməsi öz ifadəsini dərsliklərdə və dərs vəsaitlərində tapır. Dərsliklər və dərs vəsaitləri biliklərin, məktəblilərin müstəqil işlərinin təşkilinin əsas mənbəyi və təlimin ən mühüm vasitələrindən biridir.
Dərs vəsaiti- konkret fənn üzrə tədris proqramına uyğun hazırlanmış, dərslikdə verilən biliklərin genişləndirilməsi və möhkəmləndirilməsinə xidmət edən vəsaitdir.
Variativ dərsliklər ayrı-ayrı müəlliflərin (müəllif qrupunun) vahid tədris proqramı əsasında eyni fənn üçün hazırladıqları müxtəlif dərsliklərdir.
Dərsliyə əlavə kimi müxtəlif dərs vəsaitləri-müntəxəbatlar, metodik göstəriş və tövsiyələr, lüğətlər, məlumatlar, tapşırıq və məsələlər tarix və coğrafiya xəritələri, lal xəritələr və fonomüntəxəbat, sinifdənxaric oxu üçün materiallar və s. verə bilərlər.
ƏDƏBİYYAT SİYAHISI
1.İsmayılova T.Kurikulum. Yeni təlim texnologiyaları.I kitab.Bakı, Mütərcim, 2020, 296 səh.
2. Talıbov Y., Ağayev Ə.,İsayev İ., Eminov A. Pedaqogika.1993, s.104-122
3. Qasımova L., Mahmudova R. Pedaqogika. 2003, s.182-213, 237-266
4.Paşayev Ə., Rüstəmov F.. Pedaqogika. 2007, s.114-146
5.AbbasovƏ.M, Cavadov İ.A, İbadova B. O, Quliyeva K.R., Sultanova İ. H, Cavadova S. E. .Kurikulumbələdçisi.https://azedu.az/uploads/pdf/ kurikulum _ beledcisi.Pdf
6.İbrahimov F., Hüseyzadə R. Pedaqogika. Ic., 2013, s.393-445, 345-392
7. Ümumi təhsilin fənn standartları ( I-IX siniflər). Bala: Mütərcim, 2012,s. 402 31.
8.Veysova Z.A. Fəal-interaktiv təlim: müəllimlər üçün vəsait. Birləşmiş Millətlər Təşkilatının Uşaq fondu (UNİCEF) Azərbaycan nümayəndəliyi.2007,s. 152
9.Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri, Bakı, Mütərcim, 2013, s.38
Dostları ilə paylaş: |