1) invariant (dəyişilməz) komponent. Bu, təhsilin özəyinifəşkil edir. Ona hərdənbir yenidən baxılır və dəyişdirilir. 2) variativ (dəyişən) komponent. Bukomponent cəmiyyətin tələbatlarından asılı olaraq sistematik olaraq təzələnir və ona yenidən baxılır. Bazis tədris planının invariant hissəsini dövlət komponenti, variativ hissəsini isə regional komponenti təşkil edir (milli muxtar qurumlar üçün).Təhsil standartı həmçinin normativ sənədlərin işlənib hazırlanması, tədris müəssisələrində onların praktiki olaraq həyata keçirilməsi üçün ümumi tələbləri müəyyənləşdirir. Standartı tətbiq etməyin başlıca məqsədi vətəndaşların təhsil səviyyəsinin aşağı düşməsinə yol verməmək, bütün tip tədris müəssisələrində təhsil almaq üçün bərabər şərait yaratmaq, şagirdlərin bilik, bacarıq və vərdişlərinə verilən tələbləri müəyyənləşdirməkdir. Təhsil standartı yüksək səviyyəli təhsil almaq üçün özünəməxsus təminatdir.
Təhsilin məzmunu yeni dövrdə hansı xarakterik cəhətləri ilə fərqlənir və müəllimlərdən hansı bacarıqlara sahib olmağı tələb edir? Orta ümumtəhsil məktəbində təhsilin məzmununa verilən tələblər təhsilin inkişafı üzrə dövlət strategiyası ilə müəyyən olunur.
Azərbaycan Respublikası Prezidentinin yaxın günlərdə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafıüzrə Dövlət Strategiyası”nda Təhsil İslahatlarının davamı kimi ölkədə yenitəhsil sisteminin yaradılması üçün zəruri hədəflər qəbul olunmuşdur. Onlardan birincisi yeni məzmunun yaradılmasıdır. Strategiyada göstərilir ki, “Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla bütün pillələr üzrə kurikulumların inkişafı kimi vacib hədəfi ifadə edir”. Odur ki, ilk strateji istiqaməti də “səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması” kimi müəyyən edilmişdir. Göründüyükimi, yeni məzmun səriştəyə əsaslananşəxsiyyətyönlü olması ilə fərqlənir. Bu, o deməkdir ki, məzmun, ənənəvi təhsildə olduğu kimi, təlim materiallarının deklorativ olaraq təsvirini tələb etmir. Burada şagird şəxsiyyətində formalaşması nəzərdə tutulan səriştələr (kompetensiyalar) ifadə olunur. Bu səriştələr mahiyyət etibarilə tədris-təlim prosesinin nəticəsi olaraq formalaşır. Onlar hər bir şagird şəxsiyyətinin mərhələlər üzrə inkişafını müəyyənləşdirməyə imkan verir. Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi kimi həm də ona məzmun standartları da deyilir. Bacarıqlar formasında ifadə olunmuş bu standartlar inteqrativ xarakterdə olmaqla öz məzmununda şagirdlərin mənimsəyəcəkləri zəruri bilikləri və fəaliyyətləri ehtiva edir. Bu səriştələr xarakter etibarı ilə praktik mahiyyət daşımaqla şəxsiyyətə yönələrək onda hansısa bir qabiliyyətin formalaşmasını tələb edir. Şəxsiyyətyönlülük inkişafla tənzimlənən bir anlayışdır. Belə ki, onun bu xarakteri şagird şəxsiyyətində müəyyən keyfiyyətiformalaşdırmaqla onun inkişafını təmin edir. Dövlət Strategiyasında göstərildiyi kimi, yeni məzmun standartlarla yanaşı, yeni kurikulumların da yaradılmasını tələb edir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrdən – 1991-ci ildən etibarən, cəmiyyətin strateji bir vəzifəsi kinıi, təhsil sahəsində islahatlar aparılmağa başlandı. 1992-ci ildə qəbul olunmuş Təhsil Qanununda dünya standartlarına müvafiq dövləttəhsil standartlarının tətbiqi zəruriliyi qevd edilmişdir. Bu məsələ 1995-ci ildə qəbul olunan «Azərbaycan Respublikasının Konstitusiyası»nda (maddə 42) da öz əksini tapmışdır.
1999-cu ildən bəri Azərbaycanda mərhələli şəkildə ümumi təhsilin məzmununda islahatlar həyata kecirilməyə baslanmısdır. Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk kredit sazişi əsasında bağlanıb. 15 iyun 1999-cu il tarixdə “Azərbaycan Respublikasının təhsil sahəsində “İslahat Proqramı” təsdiq edilmişdir.
Kurikulumu zəruri edən səbəblər:
-Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması
-İnformasiya əsrinin tələbləri
-Mövcud təhsil proqramlarının müasir tələblərə uyğunsuzluğu
-Dünya təhsil sisteminə inteqrasiya
-Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
-Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması
-Yaşayış tərzi
-Ünsiyyət tərzi
Kurikulum 90-cı illərin sonundan başlayaraq Azərbaycan təhsil sisteminə yeni pedaqoji terminologiya kimi daxil olmuşdur. “Kurikulum” termininin Azərbaycan və rus dillərində ekvivalenti yoxdur, lakin bu söz beynəlxalq səviyyədə təhsil termini olaraq geniş istifadə olunur. Bu söz Azərbaycan dilinin ahəng qanunlarına uyğun gəlmədiyi üçün dilçilər bu termini Kurikulum kimi istifadə etməyi qərara alıblar. İslahatın başlanğıcında Kurikulum adlansa da dilimizin tələblərinə uyğun olaraq sonradan “Kurikulum” kimi- “l” ”r”ilə yazılış məqbul hesab edilmişdir.
Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən sənəddir.
“Təhsil Haqqında” Azərbaycan Respublikasının qanununda Kurikulum aşağıdakı kimi ifadə olunmuşdur:
1.1.35. təhsil proqramı ( kurikulum)-ümumi təhsil pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlətini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqi sistemini özündə əks etdirən dövlət sənədidir.
Kurikulum konseptual sənəd kimi özlüyündə təhsilalanlar üçün zəruri kompetensiyaları, məzmun və qiymətləndirmə standartlarını, hazırkı tədris planı və proqramlarını, şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini və s. təsvir edir, müəllim və məktəb qarşısında duran vəzifələri və onların konkret həlli yollarını göstərir. Müxtəlif mərhələlərdə ümumtəhsil pilləsində məzmuna verilən tələbləri əks etdirən sənədlər təsdiq və tətbiq edilmişdir.
Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları” Nazirlərlər Kabinetinin 26 aprel 1999-cu il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmişdir.
“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum” Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edilmişdir.
“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları ( Kurikulumları)” Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Kurikulumun “Şəxsiyyətyönümlülük”, “Şagirdyönümlülük” və “Nəticəyönümlülük” yanaşmaları təlimin mərkəzində şagirdin olmasını göstərir.Bidiyimiz kimi, ölkəmizdə əvvəllər mövcud olan təhsil sistemində müəllim sinifdə avtoritar tətbiq edərək ev tapşırıqlaını yoxlayıb,dərsi soruşurdu,ardınca yeni dərsi izah edirdi,qiymətləndirmə aparıb dərsi tamamlayırdı. Yəni müəllim köhnə sistemdə şagirdin beyninə yeritdiyi nəzəriyyə ilə düsturları, qaydaları əzbərlətməklə kifayətlənirdi. Ancaq belə yanaşma artıq müasir təhsil sisteminə və şagirdlərin təlabatına tam cavab vermir.Çünki yeni nəsil daha çox araşdırma apararaq nəyisə öyrənməyə çalışır. Əgər şagird öyrəndiyi düsturu tətbiq edə bilirsə,deməli şagird öz biliyini bacarığa çevirə bilib. Şagird öz biliyini tətbiq etməklə yalnız bacarığa yiyələnmir, həmçinin şagird vərdiş,dəyər,keyfiyyət kimi kompetensiyaları da(“Competençe”sözündən əmələ gəlib, fransız mənşəli sözdür,”bacarşq,səriştə” deməkdir.) özündə formalaşdırmış olur. Kurikulum xüsusiyyətlərinin təlim-tərbiyə prosesində böyük faydası var: təlim-tərbiyə prosesini daha səmərəli edir, təcrübə yönümlü bacarıqlar formalaşdırmağa imkan yaradır. Bununla əlaqədar müəllimin qarşısına yeni tələblər qoyulur .
Müasir kurikulumun ənənəvi təhsil proqramından bir sıra üstünlükləri vardır. Fənn kurikulumlarının səciyyəvi cəhətlərinin müqayisəli təsviri:
Ənənəvi təhsil proqramı bilikyönümlüdür. Müasir kurikulum isə şəxsiyyətyönümlüdür.Şəxsiyyətyönümlülük -Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
Ənənəvi təhsil proqramı müəllimyönümlüdür.Müasir kurikulum isə şagirdyönümlüdür. Şagirdyönümlülük - Təhsil sahəsində fəaliyyətlərin təhsilalanlarm mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
Ənənəvi təhsil proqramı fənyönümlüdür. Müasir kurikulum isə nəticəyönümlüdür. Nəticəyönümlülük - Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsidir.
Ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.Müasir kurikulumunda isə inteqrativlik əsas prinsip kimi qəbul olunub. İnteqrativlik - Təhsilin məzmun komponentlərinin bir- biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.
Ənənəvi təhsil proqramı təklifyönümlüdür. Müasir kurikulum isə tələbyönümlüdür. Tələbyönümlülük - Fərdi, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
Kurikulum konseptual sənədinin qəbul olunması ilə Azərbaycan təhsil sisteminədə müasir qiymətləndirmədən istifadə olunmağa başladı. Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisədə bir sıra üstünlükləri nəzərə çarpır:
-Ənənəvi qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu. Müasir qiymətləndirmədə isə qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.
-Ənənəvi qiymətləndirmə zamanı cari qiymətləndirmə formalizmə gətirib çıxarırdı. Bunun əksinə olaraq müasir qiymətləndirmədə cari qiymətləndirmənin aradan qaldırılması qiymətləndirmənin obyektivliyini təmin edir.
-Ənənəvi qiymətləndirmədə əsasən bilik səviyyəsi qiymətləndirilirdi. Müasir qiymətləndirmədə isə şagirdin nailiyyəti qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir. Ənənəvi qiymətləndirmədə qiymətləndirmə standartları mövcud deyil. Müasir qiymətləndirmədə isə məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.