Xətti struktur-Tədris materialının ayrı-ayrı hissələri bir-biri ilə six əlaqədə fasiləsiz ardıcıllıqla, məktəb təlimi dövründə bir dəfə öyrədilir. Bu strukturda müvafiqlik, tarixilik, sistemlilik, ardıcıllıq tələblərinə əməl edilməlidir. Tarixin, əsas götürəndə ardıcıllıq, tarixilik, sistemlilik, müvafiqlik tələblərinə riayət etmək lazımdır. Tədris materialının xətti strukturu tarixin, dilin, ədəbiyyatın tədrisində özünü doğruldur.
Konsentrik struktur- əvvəl öyrənilən biliklərə qayıtmağı nəzərdə tutur. Eyni bir material bir neçə dəfə təkrar olunur. Materialın məzmunu hər dəfə genişlənir, yeni məlumatlar, əlaqələr və asılılıqlarla zənginləşir.
Spiralvari strukturunxarakterik xüsusiyyəti odur ki, burada şagirdlər başlanğıc problemi diqqətdən kənarda qoymur, onunla bağlı olan biliklərin dairəsini müddət keçdikcə dolğunlaşdırır.
Qarışıq strukturbu gün tədris proqramları və dərslikləri tərtib edənlər daha çox adi qarışıq strukturun imkanlarından istifadə edirlər. Bu struktur xətti konsentrik və spiralvari strukturların birləşməsidir. Təhsilin birinci atributu onun məzmunu hesab olunur. Qalan forma, üsul, vasitə və digər komponentlər məzmuna istinadən yaranır. Başqa sözlə, onun məntiqinə uyğun olaraq formalaşır. Odur ki, təhsil islahatları aparıldığı zamanlarda həmişə onun məzmununun daha uğurlu olması diqqət mərkəzində saxlanılmışdır. Bu tələb indi də zəruri şərt kimi öz qüvvəsində qalır.
Tədris planı.Məktəbin fəaliyyətini istiqamətləndirən normativ sənəddir. Tədris planı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilən sənəd olub, tədris ilinin müddətini, rüblərin və tətillərin sürəkliyini, tədris müəssisələrində öyrənilən fənlərin tərkibini (sırasını), onların hər bir sinif üzrə bölüşdürülməsini, bu və ya digər sinifdə öyrənilən fənn üçün nəzərdə tutulan saatların həftəlik və illik miqdarını əks etdirir. Tədris planının 2 növü var. Dövlət komponenti və regional komponent. Tədris prosesinin məzmunu, tədris planı, fənlər üzrə tədris proqramları ilə müəyyən edilir və dərs kitablarında, informasiyanı toplayıb saxlayan elektron avadanlıqlarda əks olunur. Tədris sisteminin əhatə etdiyi hər tədris müəssisəsinin özünə məxsus tədris planı olur. Tədris müəssisələrinin tip və formalarından asılı olaraq tədris planları nə qədər müxtəlif olsa da onların ümumi cəhətləri mövcuddur: 1)Tədris ilinin, rüblərin və tətillərin müddəti; 2)tədris müəssisəsində oyrənilən fənlərin tam siyahısı; 3)təlim illəri üzrə fənlərin bölüşdürülməsi; 4)hər fənnin bütün təlim müddətində və hər sinifdə öyrənilməsinə ayrılan saatların miqdarı;
5)hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarı;
6) praktikumların strukturunu, müddəti.
Tədris planında cəmiyyətin qəbul etdiyi təhsil-tərbiyə idealı, müəyyənləşdirilmiş məqsədlər, təhsilin məzmununun formalaşdırılması konsepsiyası öz əksini tapır. O, təlim-tərbiyə prosesinin qanunauyğunluqlarını, sanitar-gigiyenik və təşkilati tələbləri, yaranmış ənənələri nəzərə almaqla işlənib hazırlanır.
Tədris planina daxil edilən fənlər məcburi və fakültativ (seçmə) fənlərə ayrılır.
Tədris planında tədris fənlərinin uzlaşdırılması diqqət mərkəzində dayanır. Məktəblilərin hər tərəfli inkişafı, zəruri bacarıq və vərdişlərin formalaşdırılması ümumtəhsil hazırlığı təmin olunur.
Tədris planının tərtibinə verilən tələblərə nəzər salaq:
Fənləri onların arasındakı əlaqəyə və məktəblilərin səviyyəsinə uyğun şəkildə əks etdirilməsi, sonrakı fənn üçün baza yaradan əvvəl verilir, nisbətən çətin fənlər yuxarı siniflərdə tədris olunur.
Fənlər arasındakı nisbətə diqqət yetirilməsi (elmlərdən bir qisminə, məsələn, təbiət elmlərinə üstünlük vermək və başqa qismini arxa plana çəkmək olmaz;
Şagirdlərin yaş xüsusiyyətləri diqqət mərkəzində dayanmalı;
Fənlərin tədrisində ardıcıllığa əməl olunmalı;
Milli tərbiyə ənənələrinin nəzərə alınması;
Təhsilin məzmunundakı vahidlik və varislik gözlənilməlidir;
Hər bir fənnə (sinifdən-sinfə keçdikcə) verilən yer,ardıcıllıq və s. –in gözlənilməsi.