Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


MÖVZU 6. Təlimin prin­sip­ləri və onların tətbiqi imkanları



Yüklə 0,82 Mb.
səhifə41/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

MÖVZU 6. Təlimin prin­sip­ləri və onların tətbiqi imkanları
PLAN :
1. Təlimin prinsipləri haqqında anlayış.
2. Təlimin prinsipləri təlimin qanunauyğunluqlarının inikası
kimi.
3. Təlimin prinsiplərinin təsnifatına müxtəlif yanaşmalar.
4. Təlimin prinsiplərinin təsnifatı.
5. Təlimin prinsiplərinin qarşılıqlı əlaqəsi, bir - birindən asılılığı və
onların tətbiqi imkanları
1. Təlimin prinsipləri haqqında anlayış
Prinsip latın sözü olan " prinsipium" sözündən götürülmüş və əsas ideya, ilkin ideya, başlıca tələb mənalarında işlənir. Pedoqoji ədəbiyyatda təlim prinsipi təlimin səmərəliliyini artıran əsas ideya və tələb kimi qəbul edilmişdir. Təlim prinsipləri elə mühüm tələblərdir ki , müəllimlər həmin tələblərə əməl etməklə məktəblilərin daha yüksək və möhkəm əsaslar üzərində qurulmuş nəticələrinə nail olurlar. Təlim prinsipləri təlim prosesinin istiqamətini və müəllimin fəaliyyətini müəyyən edən cəhətləri aşkara çıxarır. Təlim prinsipləri tədris prosesinin bütün komponentlərinə ­­­- onun planlaşdırılması və müəllim tərəfindən həyata keçirilməsi məntiqinə, təlimin məqsəd və vəzifələrinə, məzmunun müəyyənləşdirilməsinə , təşkili forma və metodlarının seçilməsinə, məktəblilərin təliminin stimullaşdırılmasına, tədris prosesinin nəticələrinin təhlilinə verilən tələbləri şərtləndirir.
Təlim prinsiplərinin sistemi yaranmışdır. Bu sistemin əsasını pedaqoji prosesin qanunauyğunluqları təşkil edir. Təlim prinsipləri tarixən konkret olub , müəyyən ictimai tələbatı əks etdirir. İctimai tərəqqi və elmi nailiyyətlərin təsiri nəticəsində təlimin yeni qanunauyğunluqları aşkara çıxdıqca, müəllimlərin təcrübəsi artdıqca təlimin prinsipləri də dəyişir və təkmilləşir.
Müasir məktəbdə tədris prosesini optimal şəkildə təşkil etmək üçün müəllim ilk növbədə təlimin məqsəd və vəzifələrini müəyyənləş­dirməyi, şagird şəxsiyyətinin inkişaf etdirilməsi vəzifələrinə kompleks yanaşmağı bilməlidir. Təlimin prinsipləri özünün tam ifadəsini müəllim və şagirdlərin təlim prosesindəki birgə fəaliyyətində tapır. Təlim prosesində müəllim şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırır , onların inkişafını təmin edir. Bu prosesdə müəllimin fəaliyyəti öyrətməkdir. Öyrətmək dedikdə , yalnız şagirdlərə bilik vermək nəzərdə tutulmur , eyni zamanda şagirdləri tərbiyə etmək , onları hərtərəfli inkişaf etdirmək ( fiziki , psixi, sosial ) nəzərdə tutulur. Müəllim şagirdlərə öyrənməyi öyrədir. Öyrənmək isə təlim materiallarını əzbərləmək deyil , bu , düşünməkdir , mühakimə yürütməkdir, əmək sevincini hiss etməkdir. Müəllim öz fəaliyyətini şagirdlərin yaş xüsusiyyətlərinə , fərdi qabiliyyət və imkanlarına müvafiq şəkildə istiqamətləndirir, sistemə salıb konkretləşdirir , şagirdlərin mənim­sədikləri biliklərini məntiqi cəhətdən əsaslandırır. Təlim prinsip­lərindən düzgün , məqsədyönlü istifadə edildikdə müəllimlər təlimdə yüksək nailiyyətlər əldə edə bilir. Təlimin prinsipləri təlim vəzifələrinə və ictimai tərəqqi tələblərinə cavab verməklə, təlim prosesinin ümumi istiqamətini , onun xarakterini, müəllimin öyrədici fəaliyyətinin əsaslarını və şagirdlərin dərketmə fəaliyyətinin idarə olunmasını təmin edir.
Pedaqogikada mövcud olan tərbiyə prinsipləri də ümumi pedaqoji prosesin özəyini təşkil edən təlim prinsiplərindən törəyir , onların ayrılmaz elementini təşkil edir. Təlim prinsipləri bir sistem yaratdığı halda , tərbiyənin prinsipləri spesifik prinsiplər kimi sistemaltı statusa malikdirlər , yəni nisbi müstəqildirlər , köməkçi prinsiplər funksiyasını yerinə yetirirlər.
Təcrübə göstərir ki , didaktik prinsiplərə əsaslanan təlim prosesi, bir qayda olaraq , müsbət nəticə verir. Əksinə , həmin prinsiplərə istinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir. Elmi tədqiqatlar sübut edir ki , təlimin prinsipləri təhsil- tərbiyənin məqsədləri ilə müəyyən olunur və tarixi xarakter daşıyır.
Beləliklə , təlim prinsipləri pedoqoji fikir və məktəbin tarixi sınağından çıxarılmış elə əsas tələblərdir ki , onlar pedaqoji prosesin, şagird - müəllim münasibətlərinin özülünü təşkil edir. Təlim prinsipləri arasında sıx qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Bunlardan birinin pozulması bütövlükdə təlim prosesinin pozulmasına gətirib çıxarır.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin