Referat – hər hansı mövzuda müxtəlif mənbələritəsnif etməklə hazırlanır. Burada şagirdin özünəməxsus yaradıcılığı da əks olunur.
Tezis – müəyyən bir mövzuda hazırlanmışməruzənin, mühazirənin, referatın ideyalarının qısa şəkildə ifadəsidir.
Bundan əlavə təlim prosesində laboratoriya işi, illüstrasiya və demonstrasiya, çalışmalar , praktik işlər kimi metodlardan da istifadə olunur.
Laboratoriya işi - şagidlərdə müşahidəçiliyi, dəretmə qabiliyyətini inkişaf etdirir, əmək mədəniyyətini formalaşdırır. Laboratoriya işi şagirdlərin müstəqil surətdə eksperiment keçirməsinə, tədqiqatlar aparmasına əsaslanır,məktəbliləri praktik bacarıq və vərdişlərlə silahlandırır. Laboratoriya işinin üstünlüyü ondadır ki, şagirdlərdə şagirdlərdə avadanlıqdan istifadə , ölçmə, hesablama bacarığı formalaşdırır. Bu metod daha çox fizika, kimya, biologiya dərslərində tətbiq olunur.
İllüstrasiya fakt və hadisələri hərəkətsiz göstərməyə deyilir. İllüstrasiyanın aşağıdakı növləri var: 1) Əşyanın özü şagidlərdə aydın təsəvvür yaradır. Əşyanı görən uşaq onu heç vaxt yaddan çıxartmır. 2) Əşyanın şəkli şagidləri fəallaşdırır. 3) Əşyanın modeli və ya maketindən o vaxt istifadə edilir ki, həmin əşyaları sinfə gətirmək mümkün olmur. 4) Simvolik əyani-vəsaitlərə sxem, cədvəl, diaqram, xəritələr və s. daxildir.
Çalışmalar nəzəribilik və əməli işin vəhdətini təmin edən tərzlərdir. Çalışmaların aşağıdakı növləri var: şifhi çalışmalar; yazılı çalışmalar ( üzündən köçürmə, imla, inşa) ; bədən tərbiyəsi çalışmaları; qrafik işlər. Çalışmalar təkrarla əlaqədardır.
Praktik işlər mühüm təlim-tərbiyə vəzifələrini yerinə yetirir, mənimsənilmiş biliklərin yoxlanılmasına şərait yaradır, şagirdləri məktəb mühitindən çıxarıb həyata, istehsal sahəsinə daxil edir. Praktik işlər şagirdlərdə təşəbbüskarlığı, müstəqilliyi tərbiyə edir.
2. Fəal təlimin xüsusiyyətləri
Ənənəvi dərs sistemində təlim yadda saxlama qabiliyyətinə əsaslanaraq şəxsiyyətin yaddaşının möhkəmlənməsinə və yeni məlumat qazanmasına istiqamətlənmişdir. Bu zaman uşaqlara hər bir məlumat təhsilverən tərəfindən hazır formada ötürülür. Uşaqlar bu cür təlim prosesinin passiv iştirakçısı mövqeyini tuturlar. Amma təlim prosesi uşaqlarda məntiqi düşüncəni, fəallığı, sərbəst bilik qazanmağın yollarını və fərdi inkişaf etmək bacarığını tərbiyə etməlidir. Elə təlim metodları seçilib istifadə olunmalıdır ki, onlar şagirdlərin məntiqi, yaradıcı və tənqidi təfəkkürünü inkişaf etdirsin. Hazırda bu deyilənləri həyata keçirmək imkanı fəal təlimə məxsusdur..
Fəal təlim zamanı müəllim hər bir uşağı diqqətlə müşahidə edir, onun potensialından maksimum səviyyədə istifadə etməyə çalışır. İnteraktiv metodlarla qurulan dərslər bütün iştirakçıların qarşılıqlı etimadı, inamı əsasında reallaşan canlı ünsiyyət prosesidir. Bu tip dərslər həm müəllimin, həm də şagirdlərin yaradıcı fəaliyyətinin səmərəli nəticəsidir. Dərsin bütün mərhələlərində müəllimin şagirdlər üzərində emosional, mənəvi, psixoloji təsiri hiss olunur.Müəllim müstəqil surətdə çalışan şagirdlərinin hiss və həyəcanlarını duymağa, onlara istiqamət verməyə, yönəltməyə çalışır və bununla da özünə qarşı inam oyadır.Belə olduqda uşaqlar da özünü rahat hiss edərək bütün qüvvə və potensialından maksimum istifadə etməyə və verilən tapşırığı keyfiyyətlə yerinə yetirməyə çalışırlar.
Fəal təlim , təbii olaraq, ikitərəfli proses hesab olunur. Öyrənən təlim müddətində kəşf edən, tədqiqatçı qismində iştirak edir. Üzləşdiyi problemi tədqiqat prosesində sərbəst şəkildə yerinə yetirməyə çalışır. Onlar təlim prosesinin bərabər hüquqlu iştirakçıları olaraq, tədqiqatçı kimi aktivlik göstərirlər və bilikləri fəal axtarışlar etmək, müəyyən kəşflər prosesində əldə edirlər.
Müəllim bu prosesdə bələdçi kimi çıxış edərək müxtəlif problemli vəziyyətləri planlaşdıraraq təşkil edir. Problemin həlli zamanı şagirdlərə metodiki kömək göstərir.
Fəal təlim aşağıdakı xüsusiyyətlərə malikdir:
təlim prosesində qarşılıqlı fəaliyyətin subyekt-subyekt xarakteri kəsb etməsi;
təhsilalanın fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi, məntiqiliyi , yaradıcı xarakteri və sərbəstliyi;
dərsin bütün gedişi ərzində iştirakçıların fəal iştirak etməsi;
dərsin əvvəlində ,ilk olaraq, problemli vəziyyətin, situasiyanın yaradılması və uşaqların diqqətini problemin həll olunmasına yönəltmək;
əməkdaşlıq və qrupla qarşılıqlı fəaliyyətin mütəmadi mövcudluğu ;
dialoq mədəniyyətinin formalaşması;
həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı şəkildə istifadə olunmasının təmin edilməsi.
Beləliklə, fəal təlim ənənəvi təlimdən əsaslı şəkildə fərqlənir:
-ənənəvi təlim yaddaşa , fəal təlim isə təfəkkürə əsaslanır;
-ənənəvi təlimdə müəllim, fəal təlimdə isə şagird daha aktivdir;
-ənənəvi təlimdə biliklər müəllim tərəfindən hazır şəkildə ötürülür, fəal təlimdə isə şagirdlər bilikləri müstəqil olaraq “ kəşf edirlər”;
Fəal təlim prosesində müəllimlə şagirdlərin mövqeyi də dəyişir: müəllim fasilitator (istiqamət verən, bələdçi), şagirdlər isə kiçik tədqiqatçılardır.
Bu zaman müəllim dərsdə uşaqların tam sərbəst olması üçün imkan yaradır, şagirdlər müstəqil olaraq tədqiqat aparır və öz fikirlərini söyləməkdən çəkinmirlər.
Dostları ilə paylaş: |