Karusel strategiyası
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Qruplara ayrılandan sonra müəllim hər qrupa sual yazılmış bir kağız verir. Qrupların sayı 4-sə 4 müxtəlif sual qoyulur. Hər qrupun üzvləri sualı oxuyur və ona bir cavab yazırlar. Sonra müəllimin köməkliyi ilə kağızları saat əqrəbi istiqamətində bir-birinə ötürürlər. Ikinci dairə ilə gələn suala da cavab yazılır, yenə də qruplar kağızı dəyişdirirlər və beləliklə “karusel” kimi 1-ci qrupdakı kağız bütün digər qruplardan keçərək, axırda özünə qayıdır (eləcə də digər qrupların kağızları da digər qruplardan keçərək, axırda özünə qayıdır). Deməli, hər qrup hər bir suala öz cavabını verir.Qruplar fərqli rənglərə malik qələmlərlə işlədiyi üçün hər qrupun sualları hansı səviyyədə cavablandırdığını müəyyən etmək asan olur. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və sualların cavabları üzərində işləyirlər.
Beləliklə, bütün bu fəal təlim metodlarının tədris prosesində tətbiq edilməsi şagirdlərin idrak fəallığını gücləndirir, onlarda yaradıcı qabiliyyətlərin formalaşmasına və təlimin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.
MÖVZU 8. MÖVZU 8. Təlimin təşkili formaları və onlardan istifadə imkanları. Sinfin təşkili və idarə olunması texnologiyaları
Plan:
Təlimin təşkili formalarının tarixi
Dərs təlimin əsas təşkili forması kimi
Təlimin təşkilinin digər formaları
Öyrədici mühit və sinfin təşkili texnologiyaları
1-Təlimin təşkili formalarının tarixi
Təlimin səmərəsi onun hansı formada təşkilindən çox asılıdır. Təlimin məqsəd və məzmunu onun təşkili forması ilə həyata keçirilir. Məzmun formanı müəyyən edir və onunla reallaşır. Buna görə də təlimin səmərəli formalarının seçilməsi böyük əhəmiyyətə malikdir. Təlimin təşkili forması bütöv təlim prosesinin mühüm komponentlərindən biridir. Forma hər hansı fəaliyyətin, işin zahiri ifadəsidir. Təlimin təşkili forması müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə cərəyan edən birgə fəaliyyətinin ifadəsidir.
Dostları ilə paylaş: |