Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


İnteraktiv təlim metodları və onların tətbiqi imkanları



Yüklə 0,82 Mb.
səhifə53/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

6.İnteraktiv təlim metodları və onların tətbiqi imkanları

Fəal təlim prosesində bir çox metodlardan (strategiyalardan) istifadə olunur. Ümumtəhsil məktəblərində daha çox tətbiq edilən interaktiv təlim metodları aşağıdakılardır: İnsert, BİBÖ, beyin həmləsi, klaster, dəyirmi masa, Venn diaqramı, karusel və s.


İnsert metodu
Insert səmərəli mütaliə və təfəkkürün inkişafı üçün interaktiv qeydetmə sistemidir. İşarələr sistemindən istifadə edib mətni başa düşmək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsuludur.
Yeni dərsi oxumazdan əvvəl müəllim şagirdləri cütlərə ayırır. Beş dəqiqə ərzində onlardan xahiş edir ki, məsələn, Hindistan haqqında nə bilirlərsə, təsəvvürlərinə gələnləri qısa şəkildə yazsınlar. Müəllim bildirir ki, ola bilsin, sizin yazdıqlarınız dəqiq olmasın, buna bir o qədər fikir verməyin, dərsin gedişi zamanı düzəliş aparacağıq. Hindistan haqqında bildiklərinizi siyahı şəklində, alt-alta yazın. Cütlərdə iş qurtardıqdan sonra bütün sinif müzakirəyə başlayır. Hindistan haqqında məlumatlar lövhədə qeyd edilir və ümumiləşdirilir. Bundan sonra mətn paylanılır və oxutdurulur. Müəllim şagirdlərə müraciət edərək deyir: “oxuduqca səhifənin kənarında işarələr qoyacaqsınız, işarələr aşağıdakı kimi olmalıdır”.

  1. Əvvəl biliyin məlumatı təsdiq edən informasiya varsa, qarşısında (V) işarəsini qoy.

  2. Oxuduğun bir informasiya əvvəllər bildiyini inkar edirsə, (-) işarəsi qoy.

  3. Rast gəldiyin informasiya sənin üçün yenidirsə, (+) işarə et.

  4. Haqqında əlavə məlumat almaq istədiyin məsələ varsa, qarşısında (?) işarəsi qoy.

Sonra qruplar işarələr qoyulmuş informasiyaları cədvəldə aşağıdakı kimi qeyd edirlər:



V

+


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin