Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Fəal təlimin ( fəal dərsin) iş formaları



Yüklə 0,82 Mb.
səhifə51/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

4.Fəal təlimin ( fəal dərsin) iş formaları

Fəal təlimin müxtəlif iş formaları vardır. Müasir tədris prosesində fəal təlimin əsasən dörd formasından geniş şəkildə istifadə olunur. Bunlar fərdi, cütlərlə,qrupla və kollektivlə təşkil olunan işdir.


Fərdi iş formasında şagird ona verilən hər bir tapşırığı təkbaşına yerinə yetirir. Müəllim şagirdlərin inkişaf səviyyəsini fərdi şəkildə izləyir, zəif tərəflərini müəyyənləşdirir və onların sərbəst düşünmələri üçün şərait yaradır. Bu iş formasından istifadə olunması şagirdlərdə özlərinə inam formalaşdırır.
Fərdi iş formasının bu kimi müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də vardır. Əgər bu iş formasından davamlı olaraq istifadə edilərsə, uşaqlarda əməkdaşlıq etmək, ünsiyyət qurmaq bacarığı formalaşmaz. Buna görə də müəllimlər hər bir iş formasından lazımı səviyyədə istifadə etməyi bacarmalıdır.
Cütlərlə işforması şagirdlərin biri-biri ilə daha yaxından əməkdaşlıq etməsinə, ünsiyyət qurmasına imkan yaradır. Müəyyən tapşırıqları birgə şəkildə yerinə yetirən şagirdlər bir-birinə kömək edir, işləri haqqında fikir mübadiləsi edir, qarşılıqlı şəkildə qiymətləndirmə aparırlar.
Qruplarla işforması əməkdaşlıq vərdişləri formalaşdırır, məsuliyyət hissini artırır, şagirdlər arasında rəqabət yaradır, qısa zaman müddətində daha geniş məlumat toplamaq və təqdim etmək bacarıqlarını inkişaf etdirir.
Müəllim uşaqları müəyyən qruplara bölür və hər qrupa mövzuyla bağlı tapşırıq verir. Tapşırıq verildikdən sonra qrupda uşaqların hər biri onu həll etməkdə iştirak edirlər. Qrup liderini müəllim seçmir, onu şagirdlər özləri seçir. Problem həll olunduqdan sonra qrup liderləri nəticəni bütün sinfə təqdim edirlər .
Qrup işində bəzən passiv qalan şagirdlər olur. Bu iş formasının tətbiqi zamanı müəllim qrupdakı bütün şagirdlərin tapşırığın həllində iştirakını diqqətdə saxlamalıdır.
Kollektivlə işforması sinifdəki bütün şagirdləri eyni problemi həll etməyə cəlb edir. Bu iş forması zamanı şagirdlərdə kollektivlə müzakirə aparmaq, müzakirə zamanı biri-birini dinləmək , digərlərinin fikirlərinə hörmətlə yanaşmaq bacarıqları formalaşır. Kollektivlə iş forması uşaqların ünsiyyət bacarığını inkişaf etdirir.
Kollektivlə iş formasının qeyd etdiyimiz müsbət xüsusiyyətləri ilə yanaşı bəzi mənfi tərəfləri də var. Şagirdlər birgə şəkildə fəaliyyət göstərdikləri üçün müəllim hər bir şagirdin fərdi olaraq hansı çətinliyi olduğunu müəyyən edə bilmir. Bəzi uşaqlar yaradıcı fikirlərini kollektivdə göstərə bilmədiyi üçün passiv qalır və digər iştirakçıların fikirlərinə münasibət bildirmədən qəbul edirlər.Ona görə də fəal təlim zamanı müəllimin son dərəcə diqqətli olması və şagirdlərə psixoloji dəstəyi vacibdir.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin