3. Fəal təlimin prinsipləri Fəal təlim zamanı zamanı istiqamətverici ideyalar kimi qəbul edilərək praktikada tətbiq edilməli prinsiplər aşağıdakılardır:
- Şəxsiyyətə yönəlmiş təlim prinsipi: şagird təlim zamanı müəllimdən diqqət, hörmət gördükdə özünə inamı artır və fikirlərini sərbəst söyləyir. Təlim uşağın bilik, bacarıq və qabiliyyəti nəzərə alınmaqla təşkil edilməli onun maraq və tələbatlarının ödənilməsinə yönəlməlidir;
2. Fəal təlim prinsipi: müəllim şagirdlərdə idrak fəallığını təmin etmək üçün problemli situasiya yaradaraq onların müstəqil öyrənməsinə şərait yaradır. Uğur qazanmaq uşaqlara sevinc bəxş edir, onlarda təlimə qarşı daha çox həvəs yaradır.
3. İnkişafetdirici təlim prinsipi: hər bir uşağın mənimsəmə qabiliyyəti fərqlidir, buna görə də müəllim tapşırıq tərtib edən zaman uşaqların fərdi potensial imkanlarını nəzərə almalıdır.Tapşırığın şagirdin bilik səviyyəsindən çətin və ya asan olması onun inkişaf etməsinin qarşısını alır. Şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək təlimin əsas məqsədi olmalıdır.
4. “Qabaqlayıcı təlim” pinsipi:cəmiyyətin inkişaf meyillləri təlim prosesində də əks olunmalıdır ki , şagirdlər gələcəkdə yaxın gələcəkdə qarşılaşacağı problemləri dəf edə bilsinlər.
5. Çeviklik prinsipi : cəmiyyətin və şəxsiyyətin dinamik tələb və ehtiyaclarını nəzərə alaraq təhsilin məzmununun, təlimin təşkili formalarının, təlim strategiyalarının müntəzəm olaraq yenilənməsidir.
6. Əməkdaşlıq prinsipi: Pedaqoji sistemdə “müəllim-şagird-valideyn” qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Müəllim şagirdlərlə qarşılıqlı əlaqə zamanı onlarda özlərinə inam hissi formalaşdırır. Şagirdlər sərbəst şəkildə öz fikirlərini söyləməkdən çəkinmir, fəallıq göstərirlər. Əməkdaşlıq prinsipi sayəsində şagirdlər problemin həlli yolunu tapmaq üçün birgə işləyirlər.
7. Dialoji təlim prinsipi:özünün və qrupun fikirlərini , təcrübələrini müəyyən etmək və faydalanmaq məqsədi ilə hər bir öyrənənin müzakirələrdə və qrup işində iştirakı təmin olunmalıdır. Müzakirələr sayəsində uşaqlarda ünsiyyət bacarıqları formalaşır.
Bu prinsiplərin həyata keçirilməsi hər bir fərdi həyata səmərəli şəkildə qoşulmağa və aramsız olaraq dəyişən şəraitə uyğunlaşmağa qadir edən zəruri bacarıqların formalaşması üçün şərait yaradır.