fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;
varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.
2.Təhsil sahəsində dövlət standartları Təhsilin ayrı-ayrı pillələrində məzmunun işlənib hazırlanmasında mühüm rol oynayır.Təhsil standartı-məzunların ümumi təhsil hazırlığına verilən tələblərin məcburi səviyyəsidir, təlimin və nəzarətin həmin tələblərə uyğun gələn məzmunu, metodlarını, formalarını və vasitələrini özündə əks etdirir. Təhsil standartı-dedikdə ictimai idealı əks etdirən, bu ideala nail olmaq üçün şəxsiyyətin və təhsil sisteminin real imkanlarını nəzərə alan və dövlət təhsil normaları kimi qəbul edilən əsas parametrlər sistemi başa düşülür. Bunlar həm “norma”, həm “nümunə” və həm də “ölçü” dür.
Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur.Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür.
Ümumi dövlət təhsil standartı aşağıdakıları nəzərdə tutur:
-təhsilin hər bir pilləsi üzrə məzmunu əks etdirir. Dövlət şagirdlərə ( tələbələrə) zəruri ümumi təhsil hazırlığı verməyi nəzərdə tutur;
-təhsilalanların zəruri hazırlığına minimum tələblər verilir.
Məzmun baxımından ümumtəhsil məktəbinin dövlət standartı nəzərdə tutur:
-elmlərin əsaslarına dair nəzəriyyələrdən, konsepsiyalardan, onların tarixindən, problemlərindən, metodologiyasından və proqnozlarından xəbərdar olmaq;
-bu və ya digər bilik sahəsinin əsas anlayışlarını bilmək və tətbiq etmək bacarığı;
-əsas anlayışlara tərif vermək;
-anlayışın məzmununu və qayəsini açmaq;
-anlayışlara praktik şərh( təfsir) vermək;
-bilik, elm sahələri və fəaliyyət növləri üzrə fasiləsiz özünütəhsil texnologiyaları ilə tanış olmaq və onların əsaslarını mənimsəmək;
-cəmiyyətin əsas problemlərini ( ailə, milli, sosial, siyası mənəvi, mədəni, beynəlxalq, ekoloji, iqtisadi, istehsalat və s. sahələrdə) bilmək və onların həll edilməsi sahəsində öz vəzifələrinin nədən ibarət olduğunu aydın başa düşmək;
-sabit( standart) və dəyişən ( qeyri-standart) situasiyalarda idraki ( nəzəri) və praktik vəzifələrin yerinə yetirilməsi zamanı elmi bilikləri tətbiq etmək bacarığı;
-müvafiq təhsil sahəsinin nəzəriyyəsi və praktikasına bələd olmaq.
Təhsil standartında iki komponent ayrılır: