Təhsilin məqsədi Azərbaycan Respublikasının “Təhsil haqqında Qanunu” nun 4-cü maddəsində təhsilin əsas məqsədi aşağıdakı şəkildə ifadə olunuşdur:
4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Təhsilin formaları Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur:
1.Formal;
Formal təhsil - təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil formasıdr;
2.Qeyri-formal;
Qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır;
3. İnformal.
İnformal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır;
Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təhsilalma formaları Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:
1.Əyani;
2. Qiyabi;
3. Distant (məsafədən);
4. Sərbəst (eksternat).
Distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır.
Sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.[ Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.
Təhsil sisteminin quruluşu. Təhsil sistemi-müxtəlif pillələrdən olan ardıcıl təhsil proqramlarının məcmuyundan, onları həyata keçirən təhsil orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir. Bu gün Azərbaycan təhsil sistemində fasiləsiz təhsil mühiti mövcuddur. Onun ehtiva etdiyi müəssisələr arasında ardıcıllığa əsaslanan əlaqələr vardır. Bu əlaqələr həm də bir-birini tamamlamaqla tənzimlənir. Fasiləsiz təhsil sisteminin əsasında ailə dayanır. Digərləri onun formalaşdırdığı bacarıq və vərdişlər üzərində davam edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikasının təhsil sisteminin quruluşu aşağıdakı kimi müəyyənləşdirilir:
1.Bütün təhsil müəssisələri, təlim-tərbiyə prоsesi ilə məşğul оlan və təhsil хidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və оnun inkişafını təmin edən elmi tədqiqat institutları və infоrmasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-prоfilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kоmpleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabхanalar, yataqхanalar, düşərgələr və digər infrastruktur оbyektləri;
2. Təhsili idarəetmə оrqanları və оnların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar;
3. Təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assоsiasiyalar, cəmiyyətlər, elmi-metоdik şuralar və digər qurumlar